Azan namaz niyyəti ilə olmalıdır
Məsələ 861: Vacib ehtiyat budur ki, azan həmişə namaz məqsədi ilə deyilsin. Namazı nəzərdə tutmadan yalnız vaxtın daxil olmasını bildirmək üçün azan deyilməsinə irad var.
Məsələ 861: Vacib ehtiyat budur ki, azan həmişə namaz məqsədi ilə deyilsin. Namazı nəzərdə tutmadan yalnız vaxtın daxil olmasını bildirmək üçün azan deyilməsinə irad var.
Məsələ 862: Namazın on bir vacib şərti var: Niyyət; “Təkbirətül-ehram” (“Allahu əkbər” söyləmək); qiyam (farağat vəziyyətdə dayanmaq); qiraət; rüku; səcdələr; rüku və səcdənin zikrləri; təşəhhüd; salam; tərtib (ardıcıllıq); movalat (fasiləsizlik);
Məsələ 863: Namazın vacib şərtləri iki qismə bölünür: Rükn (əsas) şərtlər və rükn olmayan şərtlər. Rükn sayılan şərtlər yerinə yetirilmədikdə və ya artırılıb-əskildildikdə namaz batil olur. Bu işin bilərəkdən və ya səhvən baş verməsi şərt deyil. Rükn olmayan şərtlər isə bilərəkdən yerinə yetirilmədikdə və ya artırılıb-əskildildikdə namaz batil olur. Bu şərtlər bilmədən pozulduqda namaz batil olmur.
Məsələ 864: Namazın beş rüknü (əsası) var: Niyyət; təkbirətül-ehram; qiyam (təkbirətül-ehram deyərkən, rükuya bağlı qiyam, yə’ni rükudan qabaq qiyam vəziyyətində dayanmaq; rüku; səcdələr.) Niyyətdə artıqlıq təsəvvür olunmur. Təkbirətül-ehram da bilmədən artırılarsa namaz batil olmaz. Amma müstəhəb ehtiyat budur ki, belə olsa təkrarlansın.)
Məsələ 865: Namaz Allaha yaxınlaşmaq, Onun əmrini yerinə yetirmək məqsədi ilə icra olunmalıdır. Niyyəti dilə gətirmək və ya namazdan öncə qəlbdən keçirmək vacib deyil. Əgər namaza dayanan şəxsdən nə etdiyini soruşduqda Allaha xatir namaz qıldığını söyləyərsə, bəs edər.
Məsələ 866: Niyyət edərkən hansı namazın qılındığını nəzərdə tutmaq lazımdır. Təkcə dörd rəkət namaz niyyət edilsə kifayat deyil. Qılınacaq namaz niyyətdə müəyyənləşməlidir. Vacib ehtiyat budur ki, namazın qəza və ya əda olması da müəyyənləşsin.
Məsələ 867: Niyyət namazın sonunadək gücündə qalmalıdır. Əgər insan namaz gedişində nə etdiyini bilməzsə namaz batildir.
Məsələ 868: Bir şəxs riya üçün, yə’ni özünü başqalarına göstərmək məqsədi ilə namaz qılıb ibadət edərsə, həm ibadəti batildir, həm də kəbirə günaha yol vermişdir. Əgər həm Allahı, həm də xalqı nəzərdə tutarsa, yenə də əməli batildir, kəbirə günah etmişdir.
Məsələ 869: Əgər namazın bir hissəsi riyakarlıqla icra olunarsa namaz yenə batildir. Həmin hissəni vacib və ya müstəhəb olmasının fərqi yoxdur. (Vacib ehtiyata əsasən).
Məsələ 870: Bir şəxs namazı Allaha xatir qıldığı halda riya üçün, özünü camaata göstərmək məqsədi ilə məscidə gedib cəmiyyət namazında iştirak edərsə, namazı batildir. Amma məqsədi namazı ilk vaxtda qılmaq və ya məsciddə qılmaq onun üçünn daha rahatdırsa bunun eybi yoxdur.
Məsələ 871: Namazın ilk hissəsi “təkbirətül-ehram” adlanan Allahu əkbərdən ibarətdir.Təkbirətül-ehramı bilərəkdən və ya səhvən tərk etmək namazı batil edir. Amma onu bilərəkdən artırmaq, məsələn, bir dəfə yox, iki dəfə “Allahu əkbər” söyləmək bilərəkdəndirsə, namazı batil edir.
Məsələ 872: “Allahu əkbər” cümləsi də namazın digər zikrləri kimi aydın ərəbcə söylənilməlidir. Bu sözlərin ərəbcə səhv söylənilməsi və ya tərcüməsinin deyilməsi bəs etmir.