Kişi və qadınların qıldığı müştərək camaat namazında azan və iqamə
Məsələ 850: Kişilərin və qadınların iştirak etdiyi camaat namazında azan və iqaməni kişi söyləməlidir. Qadınların camaat namazında isə qadının söylədiyi azan və iqamə bəs edər.
Məsələ 850: Kişilərin və qadınların iştirak etdiyi camaat namazında azan və iqaməni kişi söyləməlidir. Qadınların camaat namazında isə qadının söylədiyi azan və iqamə bəs edər.
Məsələ 851: Əgər azan və iqamənin sözləri qarışıq şəkildə deyilsə, məsələn, əvvəlcə “Əşhədu ənnə Muhəmmədən rəsulullah” sonra “Əşhədu ənla ilahə illəllah” söylənilsə, əvvələ qayıdıb ardıcıllığı gözləmək lazımdır.
Məsələ 852: Azan və iqamə arasında uzun fasilə verilməməlidir. Əgər elə bir fasilə verilsə ki, iqamə azanın ardınca deyilmiş sayılmasın, onu yenidən demək lazımdır. Eləcədə azan və iqamə ilə namaz arasında cox fasilə olmamalidir əks təqdirdə azan və iqaməni yenidən deməlidir.
Məsələ 853: Azan və iqamə aydın ərəb dilində söylənilməlidir. Əgər ərəb mətnində səhvə yol verilsə və ya mətnlərin tərcüməsi söylənilsə düzgün deyil.
Məsələ 854: Namazın vaxtı daxil olmamış azan və iqamə söyləmək olmaz. Əgər namazın vaxtı daxil olmamış azan və iqamə söylənilsə batildir.
Məsələ 855: Əgər bir şəxs iqaməni deməzdən öncə şəkk etsə ki, azan deyib yoxsa yox, azanı söyləsin. Əgər iqaməni deməyə başlayıbsa şəkkinə əhəmiyyət verməsin. Amma azan və iqamənin cümlələrini düzgün dediyinə şəkk etsə, vacib ehtiyat budur ki, yenidən söyləsin.
Məsələ 856: Azan deyərkən üzü qibləyə dayanmaq, dəstəmazlı olmaq, səsi qaldırmaq, səsi uzatmaq, cümlələr arasında azca fasilə buraxmaq, arada danışmamaq müstəhəbdir.
Məsələ 857: Yaxşı olar ki, insan iqamə deyən zaman bədənini aram saxlasın, iqaməni azandan asta söyləsin, cümlələr arasında azca fasilə buraxsın, azan və iqamə arasında ya bir addım atsın, ya azca otursun, ya səcdəyə getsin, ya dua oxusun, ya da iki rəkət namaz qılsın.
Məsələ 848: Müstəhəbdir ki, başqa birinin dediyi azanı eşidən şəxs onun hər cümləsini təkrarlasın. Savab ümidi ilə iqaməni də təkrarlamaq müstəhəbdir. (Bu təkrarlama azan və iqamənin “hekayati” adlanır.)
Məsələ 858: Azan üçün ədalətli, vaxtı tanıyan, səsi münasib və uca olan bir şəxs seçilsə daha yaxşıdır. Yaxşı olar ki, azan uca bir yerdən söylənilsin. Amma səs ucaldıcı varsa, azanı uca yerdən deməmək olar.
Məsələ 859: Radio və bu kimi başqa xətlərdən azan eşitmək bəs etmir, namaz qılanın özünün yuxarıdakı şərtlər ödənməklə azan söyləməsi nəzərdə tutulur.
Məsələ 860: Günah məclislərə münasib haram musiqi tonunda azan söyləmək haram və batildir.