Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 588Dəfnin müstəhəb əməlləri

Ölünün dəfnində müstəhəb olan əməllər

Məsələ 588: Müstəhəbdir ki, Allahın razılığını qazanmaq ümidi ilə dəfndə aşağıdakı işlər görülsün:1. Qəbir orta boylu insanın qaməti ölçüsündə qazılsın.2. Meyyit ən yaxın qəbristanlıqda basdırılsın. Amma uzaqdakı qəbristanlığın üstünlükləri varsa, məsələn orada yaxşı insanlar dəfn olunmuşsa və ya “Fatihə” oxuyan çoxsa, meyyiti həmin qəbristanlıqda basdrmaq olar.3. Dəfn zamanı cənazəni qəbrin bir neçə addımlığında yerə qoysunlar, üç dəfəyə asta-asta qəbrə yaxınlaşdırsınlar və dördüncü dəfə onu qəbrə salsınlar.4. Meyyit kişi olsa onu baş tərəfindən qəbrə daxil etsinlər. Meyyit qadındırsa, onu qəbrə eninə daxil etsinlər. Qadını qəbrə daxil edərkən qəbrin üzərinə parça tutsunlar.5. Cənazəni tabutdan asta-asta çıxarıb, aramlıqla qəbrə qoysunlar. Dəfndən öncə və dəfn zamanı göstəriş verilən duaları oxusunlar.6. Qəbirdə meyyiti yerləşdirmək üçün “ləhəd” olmalıdır. Ləhəd elə hazırlanmalıdır ki, torpaq meyyitin üstünə tökülməsin. Qəbrin aşağı hissəsi dar olmalıdır. Meyyit qəbrə qoyulduqdan sonra yuxarı hissəyə kəsək və ya kərpic qoyulur, ya da qəbrin qiblə tərəfi aşağıdan azca genişləndirilir. Belə ki, meyyit orada yerləşsin.7. Meyyitin başının arxa tərəfinə torpaq və ya kəsək qoyulur ki, onu sağ tərəfi üstə uzadanda arxaya aşmasın.8. Meyyit qəbrə qoyulduqdan sonra kəfənin düyünləri açılır, meyyitin üzü torpağa qoyulur, başının altına torpaqdan balış düzəldilir.9. Meyyiti qəbrə qoyan şəxs pak (təharətli), başı və ayağı açıq olmalıdır. Bu şəxsin qohumlardan olmaması lazımdır. Əlin arxası ilə torpaq qəbirə tökülür və deyilir: “İnna lillahi və inna iləyhi raciun.” Əgər meyyit qadın olsa, ona məhrəm şəxs meyyiti qəbrə qoyur. Məhrəm olmasa qohumları onu qəbrə yerləşdirir.10. Ləhədi örtməzdən öncə sağ əl meyyitin çiyninə vurulur və hərəkət etdirilərək üç dəfə deyilir: “İsmə’ ifhəm ya fulanəbnə fulan” (filan sözünün yerinə meyyitin adı və atasının adı deyilir.) Məsələn üç dəfə deyilir:اِسمَع اِفهَم يَا مُحَمَّد بن عِلِىًّ“İsmə ifhəm ya Muhəmmədəbnə Əli”.Sonra aşağıdakı qaydada İslam əqidələri meyyitə təlqin olunur və belə deyilir:هَل اَنتَ عَلىَ العَهدِ الَّذىِ فَارَقتَنَا عَليهِ مِن شَهَادَتِ اَن لاَ اِلهَ اِلاَّاللَّه وَحدَهُ لاَشَرِيكَ لَهُ وَاَنَّ مُحَمَّدًا صَلّى اللَّهُ عَلَيهِ وَآلِهِ عَبدُهُ وَرَسُولُهُ وَسَيّدُ النَّبِيَّينَ وَخَاتَمُ المُرسَلِنَ وَاَنَّ عَلِيَّا علیه السلام اَمِير المُومِنِينَ وَسَيِّدُ الوَصيَّينَ وَاِمَامُ اِفتَرَضَ اللهُ طاَعَتَهَ عَلَى العَالَمِينَ وَاَنَّ الحَسَنَ وَالحُسَينَ وَعَلىَّ بنَ الحُسَين وَمُحَمَّدَ بنَ عَلِىّ وَجَعفَرَبنَ مُحَمَّدٍ وَمُوسی بنَ جَعفَرٍ وَعَلِىَّبنَ مُوسىَ وَمُحَمَّدَ بنَ عَلىّ وَعَلِىّ بنَ مُحَمَّدٍ وَالحَسَنَ بنَ عِلِىّ وَالقَايئمَ الحُجّةَ المَهدِىّ صَلَواَتُ اللهِ عَلَيهِم ائمَّةُ المُومِنِينَ وَحُجَجُ اللهِ عَلىَ الخَلقِ اجمَعِينَ وَاَيئمَّتَكَ اَئمّةُ هُدِىَ بِهِم اَبراَرُ يَا فُلانَ بنَ فُلاَن“Həl əntə ələl-əhdil-ləzi farəqtəna ələyhi min şəhadəti ənla ilahə illəllahu vəhdəhula şərikə ləhu və ənnə Muhəmmədən səlləllahu ələyhi və alihi əbduhu və rəsuluhu və səyyidun-nəbiyyinə və xatəmul-mursəlinə və ənnə Əyiyyən Əmirul-mo’mininə və səyyidul-vəsiyyinə və imamuniftərəzəllahu taətəhu ələl-aləmin və ənnəl-Həsənə vəl-Huseynə və Əliyyəbnəl-Huseyni və Muhəmmədəbnə Əliyyin və Cəfərəbnə Muhəmmədin və Musəbnə Cəfərin və Əliyyəbnə Musa və Muhəmmədəbnə Əliyyin və Əliyyəbnə Muhəmmədin vəl-Həsənəbnə Əliyyin vəl Qaiməl-Huccətəl-Məhdiyyə sələvatullahi ələyhim əimmətul-mu’mininə və hucəcullahi ələl-xəlqi əcməin və əimmətukə əimmətu hudən əbrarun ya fulanəbnə fulan (“filan”) əvəzinə meyyitin adı və atasının adı deyilir.)Sonra deyilir:اِذا اَتَاكَ المَلَكَانِ المُقَرَّبَانِ رَسُولَينِ مِن عِندِاللهِ تَبَارَكَ وَتَعَالىَ وَسَألاَكَ عَن رَبِّكَ وَعَن نَبِيِّكَ وَعَن دِينِكَ وَعَن كِتَابِكَ وَعَن قِبلَتِكَ وَعَن اَئمَّتِكَ فَلاَتَخَف وَلاَتَحزَن وَقُل فِى جواَبِهِمَااللهُ رَبىِّ وَمُحمَّدًُ صَلَّىاللهُ عَلَيهِ وَآلِهِ نَبيِّىِ وَالاِسلاَمُ دِينِيَ والقُراَنُ كِتَابِى وَالكَعبةُ قِبلَتىِ وَاَمِيرُ المُؤْمِنِينَ عَلِىُّ بنُ اَبِى طَالِبٍ علیه السلام اِمَامِى وَالحَسَنُ بنُ عَلَىٍّ المُجتَبىَ علیه السلام اِمَامِى وَالحُسَينُ بنُ عَلِىٍّ الشَّهِيدُ بِكَربَلاَ علیه السلام اِمَامِى وَعَلِىٌّ زَينُ العَابِدِينَ علیه السلام اِمَامِى وَمُحَمَّدًُ البَاقِرُ علیه السلام اِمَامِى وَجَعفَرًُ الصَّادِقُ علیه السلام اِمَامِى وَمُوسَى الكاَظِمُ علیه السلام اِمَامِى وَعَلِىُّ الرِّضَا علیه السلام اِمَامِى وَمُحَمَّدًُ الجَواَدُ علیه السلام اِمَامِى وَعَلِىًُّ الهاَدِى علیه السلام اِمَامِىوَالحَسَنُ العَسكَرىِ علیه السلام اِمَامِى وَالحُجَّةُ المُنتَظَرُ علیه السلام اِمَامِى هَوُلاَءِ صَلَوَاتُ اللهِ عَلَيهِم اَجمَعِينَ اَئِمَّتِى وَساَدَتىِ وَقَادَتِى وَشُفَعَائي بِهِم اَتَوَلَّى وَمِن اَعدائهِم اَتَبَرَّءُ فِى الدُنْيَا وَالاَخِرَةِ ثُمَّ اعلَم يَا فُلاَنَ بنَ فُلاَن“İza ətakəl-mələkanil-muqərrəbani və rəsuləyni min indillahi təbarəkə və təala və səəlakə ən rəbbikə və ən nəbiyyikə və ən dinikə və ən kitabikə və ən qiblətikə və ən əimmətikə fələ təxəv vələ təhzən və qul fi cəvabihima Allahu Rəbbi və Muhəmmədun səlləllahu ələyhi və alihi nəbiyyi vəl-İslamu dini vəl-Qur’anu kitabi vəl-Kəbətu qibləti vəl-Əmirəl-mö’mininə Əliyyubnu Əbi Talibin imami vəl-Həsənubnu Əliyyinil-Muctəba imami vəl-Huseynubnu Əliyyiniş-şəhidu bi-Kərbəla imami və əliyyun Zəynul-Abidinə imami və Muhəmmədunil-Baqiru imami və Cəfərunis-Sadiqu imami və Musəl Kazimu imami və Əliyyunir-Riza imami və Muhəmmədunil-Cəvadu imami və Əliyyunil-Hadiyyu imami vəl-Həsənul Əskəriyyu imami vəl-Huccətul muntəzəru imami həulai sələvatullahu ələyhim əcməinə əimməti və sadəti və qadəti və şufəai bihim ətəvəlla və min ə’daihim ətəbərruu fid dünya vəl axirəti summə’ləm ya fulanəbnə fulan (“filan”) əvəzinə meyyitin adı və atasının adı deyilir.”Sonra deyilir:اِنَّ اللهَ تَبَارَكَ وَتَعَالَى نِعمَ الرَّبُّ وَاَنَّ مُحَمَّداً صَلًى اللهُ عَلَيهِ وَآلِهِ نِعمَ الرَّسُولُ وَاَنَّ عَلِىَّ بنَ اَبِى طاَلِبٍ وَاَولاَدَهُ المَعصُومِينَ الاَئمَّةَ الاِثنىَ عَشرَ نِعمَ الاَئِمَّةُ وَاَنَّ مَاجَاءَ بِهِ مُحَمَّدًُ صَلَّى اللهُ عَلَيهِ وَ آلِهِ حَقٌّ وَاَنَّ المَوتَ حَقٌّ وَسُؤاَلَ مُنكَرٍ وَنَكِيرٍ فِى القَبرِ حَقٌّ وَالبَعثَ حَقٌّ وَالنُّشُورَ حَقٌّ وَالصِّراطَ حَقٌّ وَالمِيزاَنَ حَقٌّ وَتَطاَيُرَ الكُتُبِ حَقٌّ وَاَنَّ الجَنَّةَ حَقٌّ وَالناَّرَ حَقٌّ وَاَنَّ السَّاعَةَ آتِيَةُ لاَرَيبَ فِيهَا وَاَنَّ اللهَ يَبعَثُ مَن فِى القُبُورِ“İnnəllahə təbarəkə və təala ni’mər rəbbu və ənnə Muhəmmədən səlləllahu ələyhi və alihi nimər rəsulu və ənnə Əniyyəbnə Əbi Talibin və əvladul-məsuminəl-əimmətəl-isna əşərə niməl-əimmətu və ənnə maca əbihi Muhəmmədun səlləllahu ələyhi və alihi həqqun və ənnəl-məvtə həqqun və sualə munkərin və nəkirin fil-qəbri həqqun vəl-bəsə həqqun vən-nuşurə həqqun və siratə həqqun vəl-mizanə həqqun və tətayurəl-kutubi həqqun və ənnəl-cənnətə həqqun vən-narə həqqun və ənnəs-saətə atiyətun-la rəybə fiha və ənəllahə yəbəsu mən fil-qubur.” Sonra deyilir: “Əfəhimtə ya fulan (“filan”) əvəzinə meyyitin adı çəkilir) sonra deyilir:ثَبَّتَكَ اللهُ بِالقولِ الثَابِتِ وَهَداَكَ اللهُ اِلى صِراَطٍ مُستَقِيمٍ عَرَّفَ اللهُ بَينَكَ وَبَينَ اَولِيَاءِكَ فِى مُستَقَرٍّ مِن رَحمَتِهِ“Səbbətəkəllahu bil-qəvlis-sabiti və hədəkəllahu ila siratin mustəqimin ərrəfəllahu bəynəkə və bəynə əvliyaikə fi mustəqərrin min rəhməti.” Sonra deyilir: “Əllahummə cafil-ərzə ən cənbəyhi və əs’id biruhihi iləykə vəl-ləqhihi minkə bürhanən Allahummə əffəkə əffəkə.”11. Qəbir düzbucaqlı formasında düzəldilir və yerdən dörd barmaq qaldırılır. Onun üzərinə nişan qoyulur ki, tanınsın. Qəbirin üzərinə su səpilir və su səpdikdən sonra orada iştirak edənlər əllərini qəbrə qoyub barmaqlarını açılmış vəziyyətdə torpaqa daxil edirlər, yeddi dəfə “İnna ənzəlna” surəsini oxuyurlar. Sonra meyyit üçün bağışlanma dilənilir.12. Sonra bu dua oxunur:اَللَّهُمَّ جَافِ الاَرضَ عَن جَنبَيهِ واصعَد بِرُوحِهِ اِلَيكَ وَلَقِّه مِنكَ بُرهَانًا اللَّهُمَّ عَفوَكَ عَفوَكَAllahummə cafil-ərzə ən cənbəyhi və əsid iləykə ruhəhu vəl-ləqhihi minkə rizvanən və əskin qəbrəhu min rəhmətikə ma tuğnihi bihi ən rəhməti mən sivak.”

Nömrə 589Dəfnin müstəhəb əməlləri

Yas sahibinə başsağlığı vermək

Məsələ 589: Əzadarlıq sahiblərinə başsağlığı vermək müstəhəbdir. Amma əzadarlıqdan bir müddət ötmüşsə və müsibət yaddan çıxmışsa başsağlığı ilə müsibəti yada salmamaq üçün bu işi tərk etmək daha yaxşıdır. Yaxşı olar ki, meyyitin əhlinə üç gün təam göndərilsin.

Nömrə 592Dəfnin müstəhəb əməlləri

Üz cırmaq

Məsələ 592: Əgər kişi öz zövcəsinin və ya övladının ölümünə görə libasını cırarsa və ya qadın meyyitin əzadarlığında üzünü cırarsa (belə ki, qan gəlsin), saçını yolarsa, vacib ehtiyata əsasən, and kəffarəsi kimi kəffarə versin, yə’ni bir bəndə azad etməli, ya on fəqirə təam verməli, ya da onları geyindirməlidir. Hətta üzünü cırarkən qan gəlməsə bu göstərişə əməl etsin.

Nömrə 594Vəhşət namazı

Vəhşət namazını qılmaq tərzi

Məsələ 594: Müstəhəbdir ki, Allahın razılığını qazanmaq ümidi ilə ilk qəbir gecəsində meyyit üçün iki rəkət vəhşət namazı qılınsın. Bu namazın birinci rəkətində “Həmd”dən sonra bir dəfə “Ayatəl-kürsi”, oxunur. İkinci rəkətdə “Həmd”dən sonra on dəfə “İnna ənzəlna” surəsi oxunur. Namazın salamından sonra deyilir: “Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd vəb’əs səvabəha ila qəbri fulan.” (“filan”) sözünün əvəzinə meyyitin adı deyilir).

Nömrə 595Vəhşət namazı

Vəhşət namazının vaxtı

Məsələ 595: Vəhşət namazını ilk qəbir gecəsində istənilən vaxt qılmaq olar. Amma daha münasib olar ki, birinci gecə işa (xiftən) namazından sonra qılınsın.

Nömrə 597Qəbrin açılması

Müsəlman qəbrinin açılması

Məsələ 597: Müsəlmanın qəbrini açmaq haramdır. Uşaq və divanənin də qəbrini açmaq haram sayılır. Qəbrin açılması dedikdə onun elə bir şəklə salınması nəzərdə tutulur ki, meyyitin bədəni görünsün. Bədən görünməsə eybi yoxdur. Bir şərtlə ki, bu iş hörmətsizlik sayılmasın.

Nömrə 599Qəbrin açılması

Qəbrin açılması icazəli olan hallar

Məsələ 599: Qəbri açmaq bir neçə halda haram sayılmır:1. Meyyit qəsbi torpaqda dəfn edildikdə və torpaq sahibi razı olmadıqda. Meyyitin kəfəni və ya onunla dəfn olunmuş bir şey qəsbi olduqda. Varisə çatacaq bir şey meyyitlə birlikdə dəfn edildikdə və varis həmin şeyin qəbirdə qalması ilə razılaşmadıqda. (Məsələn, qiymətli üzük və ya başqa bir zinət əşyası). Hətta varis razılaşdıqda həmin şeyin qəbirdə qalması israfdırsa onu çıxarmaq lazımdır. Əgər meyyit vəsiyyət etsə ki, bir dua və ya üzüyü onunla birlikdə dəfn etsinlər, vəsiyyəti mülkünün üçdə birindən artıq olmazsa və israf sayılmazsa, qəbiri açmaq olmaz.2. Həqiqəti sübuta yetirmək üçün meyyitin bədəninə baxmaq zəruri olduqda.3. Meyyit ona hörmətsizlik sayılacaq bir yerdə dəfn edildikdə. Məsələn, kafir qəbristanlığında və ya zibillikdə.4. Qəbirin açılmamasından daha əhəmiyyətli şər’i bir məsələyə görə. Məsələn, hamilə qadının bətnindən körpəni çıxarmaq üçün. (Körpə anası öldükdən sonra bir müddət sağ qala bilər.5. Meyyitə vəhşi heyvanın toxunmasından və ya düşmənin onun qəbirdən çıxarmasından qorxduqda.6. Meyyitin bədəninin bir hissəsi onun cəsədi ilə dəfn edilmədikdə. Vacib ehtiyat budur ki, həmin hissə dəfn olunanda meyyitin bədəni görünməsin.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت