Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 549Kəfənləməyin hökmləri

Heyvan dərisindən kəfən

Məsələ 549: Zərurət olmadıqda meyyiti hətta əti halal heyvanların dərisi ilə kəfənləmək olmaz. Amma əti halal heyvanın yunundan və tükündən hazırlanmış parça ilə kəfənləməyin eybi yoxdur. Amma müstəhəb ehtiyat budur ki, həmin iş görülməsin.

Nömrə 550Kəfənləməyin hökmləri

Nəcis olmuş kəfən

Məsələ 550: Əgər kəfən xaricdən və ya meyyitin özündən murdarlanarsa, onu yumaq lazımdır. Əgər kəfən korlanmazsa, onun murdar hissəsini kəsmək olar. Bu iş mümkün olmasa, kəfəni dəyişmək lazımdır.

Nömrə 552Hənut etməyin hökmləri

Hənut edilən yeddi yer

Məsələ 552: Qüsül başa çatdıqdan sonra meyyiti “hənut” etmək vacibdir. “Hənut” dedikdə yeddi səcdə yerinə (alın, əllərin içi, dizlər, ayaqların baş barmaqlarının ucu) kafur sürtülməsi nəzərdə tutulur. Vacib ehtiyat budur ki, bu üzvlərin üzərinə bir qədər kafur qoyulsun. Kafur pak, halal və təzə olmalıdır. Belə ki, onun səciyyəvi qoxusu olmalıdır.

Nömrə 553Hənut etməyin hökmləri

Hənut sırası

Məsələ 553: Vacib ehtiyat budur ki, kafur əvvəlcə meyyitin alnına sonra digər üzvlərə çəkilsin. Bu işi kəfənləmədən öncə və ya həmin vaxt görmək lazımdır, sonraya saxlamaq olmaz.

Nömrə 558Hənut etməyin hökmləri

Kafura türbət qatmaq

Məsələ 558: Yaxşı olar ki, kafura bir qədər Seyyidüş-şühədanın(ə) türbətindən qatılsın. Amma həmin türbətdən o qədər qatmaq olmaz ki, qatqı kafur adlanmasın.

Nömrə 561Cənazə namazı

Cənazə namazının vaxtı

Məsələ 561: Meyyit namazı qüsül, hənut və kəfəndən sonra qılınır. Hətta unutqanlıq səbəbindən bu namaz qüsül, hənut və kəfəndən qabaq və ya onlar arasında qılınarsa batildir.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت