Tərtibi qüsl üçün vaxtı olmayan insanın vəzifəsi
Məsələ 386: Tərtibi qüsl üçün vaxt olmadıqda və irtimasi qüsl verməyə imkan olduqda, irtimasi qüsl vermək vacibdir.
Məsələ 386: Tərtibi qüsl üçün vaxt olmadıqda və irtimasi qüsl verməyə imkan olduqda, irtimasi qüsl vermək vacibdir.
Məsələ 387: Vacib ehtiyat budur ki, vacib oruc tutmuş, həcc və ümrə üçün ehram bağlamış şəxs irtimasi qüsl verməsin, başını suya batırmasın. Əgər unudaraq irtimasi qüslü verərsə, qüslü düzgündür. Bu halda irtimasi qüslün oruc və ehrama zərəri yoxdur.
Məsələ 388: Tərtibi qüsüldə üç dəfə suya batmaq olar. Birinci dəfə baş və boyuna qüsül vermək niyyəti ilə, ikinci dəfə sağ tərəfə qüsl vermək niyyəti ilə üçüncü dəfə sol tərəfə qüsl vermək niyyəti ilə suya batmaq düzgündür.
Məsələ 389: İrtimasi qüsüldə bədən tamamilə pak olmalıdır. (Vacib ehtiyata əsasən). Tərtibi qüsldə isə bütün bədənin pak olması vacib deyil. Tərtibi qüsl zamanı hər üzvə qüsl verməzdən öncə həmin üzv paklanarsa bəs edər.
Məsələ 390: Öncə qeyd etdik ki, haram yolla cünub olmuş şəxsin təri murdar deyil. Belə bir şəxs isti su ilə qüsl verə bilər. Amma daha yaxşı olar ki, onu tərlətməyəcək ilıq su ilə qüsl versin.
Məsələ 391: Əgər bədənin az bir hissəsi yuyulmamış qalarsa, hər zaman yadına düşsə o hissəni qüsl niyyəti ilə yusun, əks təqdirdə qüsl batildir. Amma qulaq, burun və gözün içi kimi daxili yerləri yumaq lazım deyil.
Məsələ 392: Qüsl verərkən suyun bədənə çatmasına mane olan hər şey təmizlənməlidir. Əgər ağlabatan şəkildə belə bir şeyin olması ehtimal edilərsə, araşdırma aparıb arxayın olmaq lazımdır.
Məsələ 393: Bədəndən sayılan qısa tükləri yumaq lazımdır. Vacib ehtiyata əsasən, uzun tükləri və onların altını da yumaq lazımdır.
Məsələ 394: Dəstəmaz suyunun pak olması kimi şərtlər qüsüldə də öz gücündə qalır. Amma qüsüldə bədəni yuxarıdan aşağıya yumaq vacib deyil. Tərtibi qüsüldə bədən üzvlərinin yuyulması arasında fasilə də buraxıla bilər. Amma ehtiyata əsasən sidik və nəcisini saxlaya bilməyən şəxs ardıcıl qüsl verib dərhal namaz qılmalıdır. İstihazə halında olan qadın da belədir.
Məsələ 395: Hamam pulunu vermək fikri olmayan və ya hamam sahibinin razılığını öyrənmədən hamam pulunu nisyəyə saxlayan şəxsin qüslü vacib ehtiyata əsasən batildir. Hamam pulunu haram və ya xümsü verilməmiş puldan ödəmək də qüslü batil edir.
Məsələ 396: Hamamda adi həddən artıq su işlədən şəxsin qüslünə irad var. Amma hamamçını artıq pul verməklə razı salmaq məqsədi olsa, eybi yoxdur.
Məsələ 397: Əgər insan qüsl verib-vermədiyinə şəkk etsə, qüsl verməlidir. Amma qüsl verdikdən sonra verdiyi qüslün düzgünlüyünə şübhə etsə, bu şübhəyə əhəmiyyət verməməlidir.