Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 22Ümumi aktual məsələlər

Yeni ayın sübuta yetməsi

22. Ayın başa çatmasının sübuta: ayın göründüyü şəhərlərlə eyni və ya yaxın üfüqə malik şəhərlərdə ay görünmüş sayılır. Eləcə də ayın şərq məntəqələrində görünməsi qərb məntəqələri üçün dəlildir.

Nömrə 24Ümumi aktual məsələlər

Əmək haqqı

24. Əmək haqqı: burada bank və ya xeyriyyə fondu işçisinə verilən zəhmət haqqı nəzərdə tutulur. Bu qrupdan olanlar hesabların qorunması və digər xidmətlərinə görə zəhmət haqqı alırlar. Belə bir məqsədlə müştəridən alınan əlavə haqq düzgündür.

Nömrə 25Ümumi aktual məsələlər

Kredit borc

25. Borc götürmək: şər’i ölçülər həddində əlavə məbləğ ödəməklə bankdan borc götürmək olar və bu sələm sayılmır.

Nömrə 26Ümumi aktual məsələlər

Xüms verməyən insanın evində dəstəmaz almaq, namaz qılmaq və nə isə yemək

26. Xüms verməyən şəxsin evində dəstəmaz almaq, namaz qılmaq və nə isə yemək: qonaq ev sahibinin evinin və süfrəsində olanların xümsü verilməmiş puldan olduğuna əmin deyilsə, bunlardan istifadə edə bilər. Əgər bunların xümüslü olduğu mə’lumsa, istifadə etdikdən sonra həmin miqdarın xümsünü ehtiyaclı seyidlərə vermək olar. Əgər gücünüz çatmasa, öhdənizə götürün, imkanınız çatanda ödəyin.

Nömrə 28Ümumi aktual məsələlər

Cehizin xümsü

28. Cehizin xümsü: adi və ehtiyac duyulan cehizin xümsü yoxdur. Məsələn, qız ərə getmək yaşındasa və cehizi birdəfəyə almaq mümkün deyilsə, tədricən alınan cehizin xümsü yoxdur. Əks təqdirdə cehizə xüms verilməlidir.

Nömrə 29Ümumi aktual məsələlər

Anası seyid olanlar

29. Anası seyid olanlar: bu qəbil insanlar müəyyən baxımdan seyid, müəyyən baxımdan qeyri-seyid hökmündədir. Onlar xüms götürə bilməzlər, seyidlərə məxsus libasdan istifadə edə bilməzlər. Amma onlarda seyidlik şərafəti var.

Nömrə 30Ümumi aktual məsələlər

Böyük muzaf suya düşən nəcis

30. Əgər qatqılı (müzaf) su o qədər çox olarsa ki, murdar onun bir tərəfinə düşdükdə o biri tərəfinə sirayət etməsin, murdar sayılmır. (Məsələn, böyük bir hovuzun bir tərəfinə murdar düşərsə, o biri tərəfi murdarlanmaz.)

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت