Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1098Ehtiyat namazı

Digər vacib namazlardakı şəkklərin höküm

Məsələ 1098: Gündəlik vacib namazlardakı şəkk, səhv və zənn haqqında deyilən hökmlər digər namazlar üçün də öz gücündədir. Məsələn, ayat namazında şəkk yaransa ki, bir rəkət qılınıb, yoxsa iki rəkət, bu şəkk iki rəkətli namaza aid olduğundan namaz batildir. Şəkk, səhv və zənnlə bağlı digər hökmlər də öz gücündə qalır.

Nömrə 334

Digər üzvlərin nəcis olmasının qarşısını almaq

Məsələ 334: Bir şəxsdən ixtiyarsız olaraq sidik və nəcis xaric olursa, namazda bədənini bulaşıqlıqlardan qorumaq üçün parçadan istifadə etməlidir. Ehtiyat vacibə əsasən, hər namazdan öncə sidik və nəcis çıxacağını suya çəkməlidir.

Nömrə 1507Qazanc və işdən gələn mənfəət

Dini tələbələrin kitablarının xümsü

Məsələ 1507: Dini tələbələrin və ya qeyrilərinin qazanclarından aldıqları kitablara ehtiyacları olduğu halda, xümsü yoxdur. Amma hazırda bu kitablara ehtiyacları yoxdursa və məqsədləri gələcəkdə istifadə etmədirsə xümsü var. (Əgər il boyu o kitablardan istifadə etməsələr, lakin, o kitabların kitabxanada zəruri hallarda istifadə etmək üçün olması lazımdırsa, ehtiyacdan sayılır.) Həmçinin, il boyu istifadə olunmasa belə, yanğının baş verə biləcəyi ehtimal olunan yerlərdə yanğınsöndürən cihazların və evlərdə məişət xərclərindən hesab olunan tə’cili yardım üçün lazım olan bəzi dərmanların xümsü yoxdur.

Nömrə 114Kafir

Dinin zəruri məsələlərində vasvaslıq

Məsələ 114: Allaha və İslam Peyğəmbərinə (s) inandığı halda bə’zən şübhələrə düçar olub araşdırma aparan şəxslər pakdırlar və həmin şübhələrin zərəri yoxdur.

Nömrə 115Kafir

Dinin zəruri məsələlərini rədd etmək

Məsələ 115: Bir şəxs İslamın dini zərurətlərini, yəni bütün müsəlmanların bildiyi (məad və qiyamət gününə etiqad bəsləmək, namaz və orucun vacib olması kimi) mövzuları inkar edərsə, onların zəruriliyini bilirsə, kafirdir. Yox əgər onların zəruriliyinə şübhə edirsə, kafir deyil. Müstəhəb ehtiyata əsasən belələrindən çəkinmək lazımdır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت