Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1332Orucun niyyəti

Şəkk günündə insanın vəzifəsi

Məsələ 1332: Yəvmuş-şəkdə, yəni insanın tərddüd etdiyi gün - şaban ayının axırı və ya ramazan ayının ilk günü oruc tutmaq vacib deyil. Əgər (yəvmuş-şəkdə) oruc tutmaq istəsə, şaban ayını niyyət etməlidir və yaxud boynunda qəza orucu olsa, qəzanı niyyət etməlidir. Belə ki, sonradan ramazan ayı olduğu mə’lum olsa (orucu) ramazan ayından hesab olar. Lakin, əgər gün ərzində (ramazan ayı olduğunu) başa düşsə, tez öz niyyətini ramazan ayının orucu ilə əvəz etməlidir.

Nömrə 1333Orucun niyyəti

Vacib oruc tutarkən niyyəti dəyişmək ya da tərəddüd etmək

Məsələ 1333: Əgər ramazan ayında, yaxud hər hansı müəyyən bir vacib orucda oruc tutmaq niyyətindən dönsə və yaxud oruc tutub-tutmamasında tərddüd etsə, orucu batil olur. Həmçinin, orucu batil edən bir şeyi yerinə yetirməyi niyyət etsə, məsələn, nəsə yemək qərarına gəlsə, hətta yemək yeməsə belə, orucu batil olur. Əgər qərara gəldiyi zaman o əməlin orucu batil etməsinə diqqət yetirməyibsə, istisnadır.

Nömrə 1335Orucu pozan hallar

Orucu pozan işlər

Məsələ 1335: Vacib ehtiyata əsasən, doqquz şey orucu batil edir:1-Yemək-içmək; 2-Cima; 3-İstimna (istimna–spermanın xaric olmasına səbəb olan müəyyən bir iş görmək); 4-Allah, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və onun canişinlərinin (əleyhimüs-salam) adından yalan demək; 5-Qəliz tozu boğaza çatdırmaq; 6-Başını suya batırmaq; 7-Sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq; 8-Axıcı (maye) şeylərlə imalə etmək; 9- Bilərəkdən qusmaq.

Nömrə 1336Yemək və içmək

Bilərəkdən yemək və içmək

Məsələ 1336: Bilərəkdən yeyib-içmək orucu batil edir –istər o şeyin yeyilib-içilməsi adət olsun, çörək, su və s. kimi, istərsə də adət olmasın, ağac yarpaqları kimi; istər az olsun, istərsə də çox; hətta əgər diş fırçasını ağzından çıxardıb, yenidən ağzına qoyaraq rütubətini udsa, orucu batil olur. Amma əgər diş fırçasının rütubəti az olduğundan ağzının suyunda aradan getsə, istisnadır.

Nömrə 1339Yemək və içmək

Oruc halında iynə vurmaq

Məsələ 1339: Əzələyə vurulan hər növ müalicəvi və ya gücləndirici iynələrin, həmçinin əzələyə vurulan peyvəndin oruc tutan insan üçün eybi yoxdur. Lakin damara vurulan iynə və serumlar icazəli deyil. Həmçinin qan vurdurmaq orucu pozur. Bütün bunlarla günün sonuna qədər orucu pozan bütün işlərdən çəkinməlidir. Vacib ehtiyata əsasən, o günün qəzasını da tutmalıdır.

Nömrə 1340Yemək və içmək

Azandan öncə dişləri təmizləmək müstəhəbdir

Məsələ 1340: Oruc tutmaq istəyən şəxsin sübh azanından qabaq dişlərini fırçalaması və xilal etməsi yaxışıdır. Əgər dişlərinin arasında qalan yeməyin gündüz udacağını bilsə, vacib ehtiyata əsasən, qabaqcadan onları fırçalayıb xilal etsin. Belə etmədikdə, yemək udulsa, orucu sona qədər tutmalı və sonra qəzasını da yerinə yetirməlidir.

Nömrə 1341Yemək və içmək

Ağız suyunu, başdan və sinədən gələn bəlğəmi udmaq

Məsələ 1341: Ağız suyunu udmaq–hətta əgər turşluq və s. kimi şeyləri xəyala gətirməklə belə ağıza yığılsa, orucu batil etmir. Başdan, sinədən gələn suyu (bəlğəm və burun suyunu), ağız fəzasına çatmadığı halda, udmağın eybi yoxdur. Amma ağız fəzasına daxil olsa, ehtiyat-vacibə görə onu udmamalıdır.

Nömrə 1342Yemək və içmək

Uşaq üçün yeməyi çeynəmək və yeməyi dadmaq

Məsələ 1342: Uşaq üçün yeməyi çeynəmək, yeməyin dadına baxmaq, ağızı su və dərmanla yumaqla onlardan bir şey boğaza getməsə, orucu batil etmir. Əgər ixtiyarsız olaraq boğaza çatsa, eybi yoxdur. Amma əgər əvvəldən ixtiyarsız olaraq boğaza çatacağını bilsə, orucu batildir, qəza və kəffarəsi var.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت