Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 2383Üçüncü qrupun iris

Varis təkcə bir dayı və ya bir xala olarsa

Məsələ 2383: Əgər varis təkcə bir dayı və ya bir xala olarsa, bütün mal ona çatır. Əgər həm dayı, həm də xala olarsa (istər ata-anadanbir, istər atadanbir, istər anadanbir olsun) mal onlar arasında bərabər bölünür. Müstəhəb ehtiyat budur ki, bir-birləri ilə razılaşsınlar.

Nömrə 2385Üçüncü qrupun iris

Varis təkcə atadanbir dayı və xala, anadanbir dayı və xala, ata-anadanbir dayı və xala olarsa

Məsələ 2385: Əgər varis təkcə atadanbir dayı və xala, anadanbir dayı və xala, ata-anadanbir dayı və xalasa, atadanbir dayı və xalaya irs düşmür. Mal üç hissəyə bölünür, bir hissə anadanbir dayı və xalaya bərabər şəkildə bölünür, qalan hissə ata-anadanbir dayı və xalaya çatır. Onlar da bu payı öz aralarında bərabər bölürlər.

Nömrə 2387Üçüncü qrupun iris

Varis bir dayı və ya bir xala, əmi və bibi olsa

Məsələ 2387: Əgər varis bir dayı və ya bir xala, əmi və bibi olsa, əmi və bibi ata-anadan və ya atadanbir olduqda, mal üç hissəyə bölünür, bir hissə dayı və ya xalaya verilir, qalan iki hissədən iki pay əmiyə, bir pay bibiyə çatır. Əgər malı doqquz paya bölsələr, üç pay dayı və ya xalaya, dörd pay əmiyə, iki pay bibiyə düşər.

Nömrə 2388Üçüncü qrupun iris

Varis anadanbir bir dayı və ya bir xala, bir əmi və ya bir bibi, ata-anadan və ya atadanbir əmi və bibi olarsa

Məsələ 2388: Əgər varis anadanbir bir dayı və ya bir xala, bir əmi və ya bir bibi, ata-anadan və ya atadanbir əmi və bibi olarsa, mal üç hissəyə bölünür, bir hissə dayı və ya xalaya verilir, qalan iki hissənin altıda biri anadanbir əmi və ya bibiyə, altıda beşi ata-anadan və ya atadanbir əmi və bibiyə verilir. Əmi bibi ilə müqayisədə iki pay götürür.

Nömrə 2389Üçüncü qrupun iris

Varis bir dayı, ya bir xala, anadanbir əmi və bibi, ata-anadan və ya atadanbir əmi və bibi olsa

Məsələ 2389: Əgər varis bir dayı, ya bir xala, anadanbir əmi və bibi, ata-anadan və ya atadanbir əmi və bibi olsa, mal üç hissəyə bölünür, bir pay dayı və ya xalaya çatır, qalan iki hissə üç paya bölünür. Bir pay anadanbir əmi və bibiyə çatır (vacib ehtiyata əsasən, öz aralarında razılıqla bölürlər), iki pay ata-anadan və ya atadanbir əmi və bibi arasında bölünür. Əmi iki pay, bibi bir pay götürür.

Nömrə 2390Üçüncü qrupun iris

Varis bir neçə dayı və ya bir neçə xala olsa, hamısı ata-anadan, ya atadan, ya anadanbirdirlərsə, ölünün əmisi və bibisi də varsa

Məsələ 2390: Əgər varis bir neçə dayı və ya bir neçə xala olsa, hamısı ata-anadan, ya atadan, ya anadanbirdirlərsə, meyitin əmi və bibisi olduqda, mal üç hissəyə bölünür. İki pay yuxarıda göstərildiyi qaydada əmi və bibi arasında bölünür. Bir pay dayılar və xalalar arasında bərabər bölünür.

Nömrə 2391Üçüncü qrupun iris

Varis anadanbir dayı və ya xala, atadanbir və ya atadanbir bir neçə dayı və xala, əmi və bibi olsa

Məsələ 2391: Əgər varis anadanbir dayı və ya xala, atadanbir və ya atadanbir bir neçə dayı və xala, əmi və bibi olsa, mal üç hissəyə bölünər, onun iki hissəsi yuxarıda göstərilən qaydada əmi və bibi arasında bölünür, qalan bir hissə anadanbir dayı və ya xala olduqda altı hissəyə bölünür, onun bir hissəsi anadanbir dayı və ya xalaya verilir, qalan hissəsi ata-anadan və ya atadanbir dayı və xalaya çatır. Onlar bunu öz aralarında bərabər bölürlər. Əgər anadanbir bir neçə dayı və ya bir neçə xala varsa, ya da həm anadanbir dayı, həm də anadanbir xala varsa, qalan bir hissə üç paya bölünür. Bir pay anadanbir dayılar və xalalar arasında bərabər bölünür, qalan hissə ata-anadan və ya atadanbir dayı və xalalara verilir. Onlar bunu öz aralarında bərabər bölürlər.

Nömrə 2393Üçüncü qrupun iris

Əgər ölünün varisi əmi və bibi, atanın dayı və xalası, ya əmi və bibi, ananın dayı və xalası olsa

Məsələ 2393: Əgər meyitin varisi əmi və bibi, atanın dayı və xalası, ya əmi və bibi, ananın dayı və xalası olsa, mal üç hissəyə bölünür, bir pay əmi və bibiyə, meyitin anasının dayı və xalasına çatır. (Onlar vacib ehtiyata əsasən bölgüdə razılaşırlar.) Qalan iki hissə üç paya bölünür. Bir pay atanın dayı və xalasına verilir və onlar bunu öz aralarında bərabər bölürlər. Qalan iki pay atanın əmi və bibisinə çatır. (Əmi bibi ilə müqayisədə iki pay götürür.)

Nömrə 2394Üçüncü qrupun iris

Əminin, bibinin, dayının və xalanın irs payı

Məsələ 2394: Əmi və bibinin, dayı və xalanın irsini (əgər ata-anadanbir olarlarsa) belə bölmək olar: bir əmi və ya bir bibiyə bütün mal çatır. Əgər varis bir neçə əmi və ya bir neçə bibisə, onlar arasında bərabər bölünür. Əgər həm əmi, həm bibi varsa, əmi iki pay, bibi bir pay götürür. Bir dayı və ya bir xala olduqda bütün mal ona çatır. Əgər bir neçə dayı və ya bir neçə xala varsa, ya da həm dayı, həm də xala varsa, mal bərabər şəkildə bölünür. Əgər əmi və bibi, dayı və xala olsa, əmi və bibi iki pay götürür, dayı və xalaya bir pay çatır. Əmi iki pay götürür, bibi bir pay. Dayı və xalanın payı isə bərabər bölünür.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت