Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1297Ayat namazının hökmləri

Gündəlik namazların əsnasında ayat namazının vaxtının dar olmasını bilmək

Məsələ 1297: Gündəlik namazın gedişində anlasa ki, ayat namazının vaxtı dardır, gündəlik namazın da vaxtı dar olduqda onu davam etdirib, sonra ayat namazı qılmalıdır. Gündəlik namazın vaxtı dar olmadıqda, onu saxlayıb ayat namazını qılmalı, sonra gündəlik namazı yerinə yetirməlidir. Ayat namazının gedişində mə’lum olsa ki, gündəlik namazın vaxtı dardır, ayat namazını saxlayıb gündəlik namazı qılmalıdır. Namazı bitirdikdən sonra namaz halından çıxmamış ayat namazının davamını qıla bilər.

Nömrə 1299Ayat namazının qılınma qaydası

Ayat namazının oxunma qaydası

Məsələ 1299: Ayat namazı iki rəkətdir. Hər rəkətdə beş rüku var. Onu iki şəkildə yerinə yetirmək olar:1. Niyyətdən sonra təkbir deyilir, tam şəkildə bir Həmd və surə oxunur, rükuya gedilir. Rükudan qalxdıqdan sonra yenidən bir tam Həmd və surə oxunur, yenə rükuya gedilir. Bu qayda ilə beş dəfə Həmd və surə oxunur, beş rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə başlanılır. İkinci rəkət də birinci rəkət kimi qılınır və səcdələrdən sonra təşəhhüd və salam oxunur. 2. Niyyət və təkbirdən sonra Həmd oxunur, surənin ayələri beş hissəyə bölünür. Birinci hissədən sonra rükuya gedilir və rükudan qalxdıqdan sonra ikinci hissə deyilir. İkinci hissə deyildikdən sonra ikinci dəfə rükuya gedilir. Beləcə surənin hər hissəsi oxunduqdan sonra bir rüku yerinə yetirilir. Məsələn, “Həmd”dən sonra “İxlas” surəsi oxunacaqsa, İxlas surəsi beş hissəyə bölünür: “Bismillahir rəhmanir rəhim”, “Qul huvəllahu əhəd”, “Allahu səməd” “Ləm yəlid və ləm yuləd”, “və ləm yəkun ləhu kufuvən əhəd”. Hər hissə deyildikdən sonra bir rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə başlanılır. İkinci rəkət də eyni qaydada qılınır, sonra təşəhhüd və salam oxunur.

Nömrə 1304Ayat namazının qılınma qaydası

Rükətlərin sayında şəkk

Məsələ 1304: Rəkətlərin sayında şəkk olsa və neçə rəkət qılındığı bilinməsə, namaz batildir. Amma rukuların sayında şəkk olduqda, az ehtimal əsas götürülür. Məhəl ötsə, yə’ni səcdəyə gedilsə şəkkə e’tina olunmur.

Nömrə 1308Fitir və Qurban bayramı namazlarının qaydası

Fitir və Qurban bayramı namazlarınn qılınma qaydası

Məsələ 1308: Fitr və qurban bayramı namazı iki rəkətdir. Birinci rəkətdə Həmd və surədən sonra beş təkbir deyilir. Hər təkbirdən sonra qunut tutulur. Beşinci qunutdan sonra növbəti təkbir deyilir. Sonra rüku və səcdələr yerinə yetirilir. İkinci rəkətdə dörd təkbir deyilir. Hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir, təşəhhüd və salam deyilir.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت