Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 478Heyzə aid müxtəlif hökmlər

Mübtədiə, müztəribə və nasiyənin vəzifəsi

Məsələ 478: Mubtədiə, muztəribə, nasiə və ədədiyyə adəti olan qadınlar heyiz nişanəli qan gördükdə dərhal ibadəti tərk etməlidirlər. Sonradan başa düşsələr ki, heyiz olmayıblar, yerinə yetirmədikləri ibadətlərin qəzasını yerinə yetirməlidirlər. Amma qanda heyiz nişanəsi olmadıqda istihazə hökmünə əməl olunmalıdır. Heyiz qanı sübuta yetənədək belə əməl olunur. Amma vəqtiyyə adəti və vəqtiyyə və ədədiyyə adəti olan qadınlar adət günlərində qan görən kimi ibadəti tərk edirlər.

Nömrə 359Vacib qüsllar

Vacib qüsllar yeddidir

Məsələ 359: Yeddi vacib qüsl var: Cənabət qüslü, istihazə qüslü, heyiz qüslü, nifas qüslü, meyyitə toxunma qüslü, meyyit qüslü, vacib olmuş müstəhəb qüsl (nəzir, and və bu kimi səbəblərlə)

Nömrə 360Cənabət

Cənabətə səbəb olan işlər

Məsələ 360: İnsan iki halda “cünub” (cənabətli, qüsl verməyə borclu) olur:1.”Cima” (cinsi yaxınlıq);2. Yuxuda və ya oyaq vaxt, az və ya çox miqdarda, şəhvət və ya şəhvətsiz sperma (məni) xaric olması.

Nömrə 361Cənabətin hökmləri

Spermanın əlamətləri

Məsələ 361: İnsan ondan xaric olan rütubətin sperma və ya başqa bir şey olduğunu bilməsə, bu maye atıcılıq və şəhvətlə xaric olduqda sperma hökmündədir. Əgər bu əlamətlərin heç biri və ya biri olmazsa, həmin rütubət sperma hökmündə deyil. Amma qadında və ya xəstə insanda həmin mayenin atıcılıqla xaric olması şərt deyil. Əgər rütubət xaric olan vaxt insan yüksək şəhvani durumda olarsa, həmin rütubət sperma sayılır.

Nömrə 363Cənabətin hökmləri

Spermanın istibrası

Məsələ 363: Müstəhəbdir ki, sperma xaric olduqdan sonra sidiyə gedilsin. Belə olduqda sperma zərrələri kanaldan xaric olur. Əgər sidiyə gedilməsə, qüsldən sonra özündə rütubət görsə, bu rütubətin sperma olub-olmadığı mə’lum olmazsa, o sperma hökmündədir və yenidən qüsül verilməlidir.

Nömrə 364Cənabətin hökmləri

Cinsi əlaqə yolu ilə cunub olmaq

Məsələ 364: Əgər insan cima (cinsi yaxınlıq) etsə və sünnət yeri həddində yaxınlıq olsa, həm kişi, həm də qadın cünub, cənabətli olar. Tərəflərin büluğ həddində olub-olmaması, spermanın xaric olub-olmaması şərt deyil. Deyilən hökm qabaqdan yaxınlığa aiddir. Əgər arxadan yaxınlıq olarsavə sperma xaric olmasa, vacib ehtiyata əsasən, həm qüsl etməli,həm də dəstəmaz almalıdır.(Xatırlama:Arxadan yaxınlıq etmə kişinin qadınının razılığı olmasa haram,razı olduğu təqdirdə şiddətli kərahəti vardır.Bəzi vaxtlar müxtəlif xəstəliklərə səbəb olur)

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت