Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1213İsticari namaz

Namaz qıldırmağın olar-olmaz halları

Məsələ 1213: Dünyasını dəyişmiş insanın qəza namazları və ibadətlərini yerinə yetirmək üçün muzd vermək iradsız deyil. Amma həcc istisnadır. Bir şəxs ibadət üçün muzd vermək, “əcir” tutmaq istədikdə savab qazanmaq ümidində olsun. Amma qəza namaz və oruclarını, eləcə də müstəhəb namaz və orucları savab üçün əcir almadan yerinə yetirməyin eybi yoxdur.

Nömrə 1214İsticari namaz

Müstəhəb işləri pulla gördürmək

Məsələ 1214: İnsan bə’zi müstəhəb işlər, məsələn Peyğəmbər (s) və imamların qəbrinin ziyarəti üçün sağ adamlar tərəfindən əcir ola bilər. Vacib ehtiyat budur ki, bu işdə yalnız müqəddimə əməlləri üçün pul götürsün. Eləcə də müstəhəb əməlləri yerinə yetirib onların savabını ölülərə və ya dirilərə hədiyyə edə bilər.

Nömrə 1216Əcir tutulmuş insanın şərtləri

Naibin niyyəti

Məsələ 1216: Bir başqası tərəfindən namaz və ya oruc, eləcə də bir ibadəti yerinə yetirmək istəyən şəxs öz niyyətində meyyiti müəyyənləşdirməlidir. Meyyitin adını bilmək zəruri deyil, müəyyən əlamət və nişanə ilə müəyyənləşdirmək bəs edər.

Nömrə 1217Əcir tutulmuş insanın şərtləri

Niyyətin şərtləri

Məsələ 1217: Meyyitin qəza ibadətini yerinə yetirən şəxs özünü meyyitin yerində fərz etməli, meyyitin öhdəsində olan qəzanı yerinə yetirməlidir. Əgər ibadəti yerinə yetirib savabını hədiyyə etsə, qəza ödənməz.

Nömrə 1220Əcir tutulmuş insanın şərtləri

Üzrü olan insanın naib olması

Məsələ 1220: Vacib ehtiyata əsasən meyyitin ibadətlərini yerinə yetirməyi öhdəsinə götürmüş şəxs namazın şərtlərini ödəməyə qadir olmalıdır. Məsələn, namazı oturaq qılan şəxs naib ola bilməz. Hətta vacib ehtiyata əsasən, təyəmmüm və cəbirə ilə namaz qılan şəxs naib olmamalıdır.

Nömrə 1222Əcir tutulmuş insanın şərtləri

Əqd daxilində şərtləri gözləmək

Məsələ 1222: Namaz və oruc üçün əcir tutulan şəxslə xüsusi şərt kəsilərsə (məsələn, namazı məsciddə və ya müəyyən saatda qılması deyilərsə) bu şərtə əməl etməlidir. Amma xüsusi bir şərt olmasa, vəzifəsinə uyğun adi qaydada hərəkət etməlidir. Müstəhəbləri də adi qaydada yerinə yetirə bilər. Bundan artığına vəzifəli deyil. Nə qədər ki, şərt kəsilməyib, ayat namazlarını qılması vacib deyil.

Nömrə 1223Əcir tutulmuş insanın şərtləri

Eyni ölü üçün müxtəlif naiblər

Məsələ 1223: Meyyitin qəza namazları üçün bir neçə şəxs əcir tutularsa, onların hərəsi üçün müəyyən vaxt tə’yin etmək lazım deyil. Onlar həmin namazları istədikləri vaxt qıla bilər. Amma namazlar arasında tərtibə riayat etmək üçün müstəhəb ehtiyat budur ki, onların hər biri üçün müəyyən vaxt tə’yin edilsin. Məsələn, biri ilə sübhdən günortayadək, o biri ilə günortadan axşamadək namaz qılması şərt kəsilsin. Yə’ni hər iki şəxs məsələn, günorta namazından başlayıb sübh namazınadək qılsın. Bir və ya bir neçə günün namazının qılınmasının fərqi yoxdur.

Nömrə 1224Əcir tutulmuş insanın şərtləri

Əcir tutulmuş şəxs dünyadan gedərsə və bütün əməlləri özü edəcəyini şərt edibsə

Məsələ 1224: Əgər əcir tutulmuş şəxs öhdəsində olan namaz və orucları yerinə yetirməmiş dünyasını dəyişərsə, muzdu tam aldığı halda bütün namazları qılacağını öhdəsinə götürmüşsə, qılınmamış namazların muzdu onun malından götürülməlidir. Əgər belə bir şərt kəsilməmişsə, vərəsələri onun malından götürüb qalan namazların icrası üçün əcir tutmalıdırlar. Dünyasını dəyişmiş əcirin malı olmadıqda vərəsələrə bir şey vacib olmur. Amma yaxşı olar ki, meyyitin borcu ödənsin.

Nömrə 1225Əcir tutulmuş insanın şərtləri

Əcir tutulmuş şəxs əməlləri bitirməmiş dünyadan gedərsə və özünün də qəza namazı boynunda varsa

Məsələ 1225: Əgər əcir öhdəsinə götürdüyü əməli başa vurmamış dünyasını dəyişərsə və özünün də qəza namazı qalarsa, öhdəsinə götürdüyü namazların qılınması üçün onun malından əcir tutulmalıdır. Əgər özünün qılması şərt kəsilibsə, yerinə yetirilməmiş namazların haqqı qaytarılmalıdır. Amma həmin şəxsin öz qəza namazları üçün malından götürə bilməzlər. Yalnız vərəsələrin razılığı ilə və ya malının üçdə birini vəsiyyət etsə belə etmək olar.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت