Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 561Cənazə namazı

Cənazə namazının vaxtı

Məsələ 561: Meyyit namazı qüsül, hənut və kəfəndən sonra qılınır. Hətta unutqanlıq səbəbindən bu namaz qüsül, hənut və kəfəndən qabaq və ya onlar arasında qılınarsa batildir.

Nömrə 573Cənazə namazı

Cənazə namazında müstəhəb əməllər

Məsələ 573: Müstəhəbdir ki, meyyit namazı qılan şəxs dəstəmazlı, qüsül və ya təyəmmüm etmiş olsun. Ehtiyat müstəhəbə əsasən, dəstəmaz və qüsül mümkün olmadıqda təyəmmüm edilir. Bir şəxs dəstəmaz alıb qüsül versə namaza çatmayacaqsa, müstəhəbdir ki, meyyit namazının o biri şərtlərinə savab məqsədi ilə əməl etsin: Əvvəla, meyyit kişidirsə imam-camaat və ya meyyit namazı qılan şəxs meyyitin düz orta bərabərində dayansın. Əgər meyyit qadındırsa sinəsi istiqamətində dursun. İkincisi, namazı ayaqyalın qılsın. Üçüncüsü, hər təkbirdə əllərini qaldırsın. Dördüncüsü, meyyitlə məsafəsi o qədər az olsun ki, külək libasını tərpətsə cənazəyə toxunsun. Beşincisi, əgər namaz camaatla qılınırsa, imam təkbir və duaları ucadan söyləsin, onunla namaz qılanlar astadan desinlər. Altıncısı, namaz qılan şəxs meyyit və mö’minlər üçün çox dua etsin. Yeddincisi, namazdan öncə üç dəfə “Əssəlat” söyləsin. Səkkizincisi, namazı elə bir yerdə qılsın ki, meyyit namazında daha çox insan iştirak etsin. Doqquzuncusu, yaxşı olar ki, meyyit namazı məsciddə qılınmasın. Yalnız Məscidül-həramda maneəsi yoxdur. Onuncusu, heyiz qadın meyyit namazını camaatla qılarsa, bir cərgədə tək dayansın.

Nömrə 566Cənazə namazı

Cənazə namazında niyyət

Məsələ 566: Meyyit namazını ayaq üstə, Allaha yaxınlıq məqsədi ilə qılmaq lazımdır. Niyyətdə meyyit müəyyənləşdirilməlidir. Məsələn, niyyət edilir ki, bu meyyitə namaz qılıram, qürbətən iləllah. Meyyit namazını ayaq üstə qılacaq şəxs olmasa, ona oturaq vəziyyətdə namaz qılınmalıdır.

Nömrə 1875İcarəyə aid müxtəlif məsələlər

Cərrah həkimin zəmanəti

Məsələ 1875: Əgər həkim xəstə üzərində əməliyyat apardıqda, uşağı sünnət etdikdə səhlənkarlıq üzündən xəstəyə, uşağa bir zərər yetirsə və yaxud onların ölümünə səbəb olsa, habelə, səhv edib, hansısa ziyana səbəb olsa, zamindir. Lakin, səhlənkarlıq və səhv deyil, başqa səbəblər nəticəsində, xəstə eyibli olsa, yaxud ölsə, bir şərtlə ki, əgər uşağı onun sahibinin icazəsi ilə müayinə edibsə, zamin deyil.

Nömrə 1930Cualənin şərtləri

Cailin şərləri

Məsələ 1930:Cail ağıllı,həddi-büluğa çatmış olmalı,öz iradə və ixtiyarı ilə müqavilə bağlamalı və şəriət hökmlərinə əsasən, öz malından istifadə etmə hüququna malik olmalıdır. Bu baxımdan, malını əbəs yerə xərcləyən səhef adamın cüaləsi düzgün deyil.

Nömrə 1257Camaat namazının hökmləri

Camaat namazının ikinci rəkətinə çatanın vəzifəsi

Məsələ 1257: İmamın ikinci rəkətində iqtida edən şəxs öz namazının ikinci rəkətində, imamın namazının üçüncü rəkətində iki səcdədən sonra oturur, təşəhhüdün vacib miqdarını oxuyub qalxır və imama çatır. Əgər üç dəfə təsbihat deməyə vaxt çatmasa, bir dəfə deyir və rükuda özünü imama çatdırır.

Nömrə 1286Camaat namazı

Camaat namazının məkruh əməlləri

Məsələ 1286: Savab ümidi ilə aşağıda göstərilən hallardan çəkinmək daha yaxşıdır:1. Əgər sıralarda yer varsa tənha dayanmasın.2. Mə’mum namazın zikrlərini elə desin ki, imam eşitməsin;3. Günorta və ikindi, eləcə də xiftən namazını yarı qılan müsafir müsafir olmayanlar üçün imam dayanmasın. Eləcə də, müsafir olan şəxs müsafir olmayana iqtida etməsin (əlbəttə burada savabın azlığı nəzərdə tutulur.)

Nömrə 1285Camaat namazı

Camaat namazının müstəhəb əməlləri

Məsələ 1285: Camaat namazında savab ümidi ilə aşağıdakı göstərişlərə riayat etmək müstəhəbdir:1. Əgər mə’mum bir kişisə imamın sağ tərəfində, azca ondan arxaya dayansın. Əgər bir qadınsa imamın sağ tərəfində elə dayansın ki, onun səcdə yeri imamın diz və ya durduğu yer bərabərində olsun. Əgər mə’mum bir kişi və bir qadın, ya da bir kişi və bir neçə qadınsa, kişi imamın sağ tərəfində o birilər imamın arxasında dayansın. Əgər bir neçə kişi və bir neçə qadınsa hamılıqla imamın arxasında dayansınlar. Mə’mum bir neçə kişi və bir neçə qadın olduqda kişilər imamın arxasında, qadınlar kişilərin arxasında dayansınlar.2. Əgər həm imam, həm də mə’mum qadın olarsa, bir cərgədə dayansınlar. Amma imam bir qədər irəlidə dursun.3. İmam cərgənin orta hissəsində dayansın. Elm, fəzilət və təqva əhli birinci sırada dayansınlar.4. Camaat namazının cərgələri nizamlı olsun. Cərgədəkilərin çiyinləri bir xətdə olsun. Bir cərgədə dayananlar arasında ara buraxılmasın. 5. “Qəd qamətis-səlat” dedikdən sonra mə’mumlar qalxsınlar camaat namazına hazır olsunlar.6. İmam-camaat başqalarından halsız olan mə’mumların vəziyyətini nəzərə alsın, tələsməsin. Eləcə də rüku, səcdələr və qunutu uzatmasın. Amma iqtida edənlərin hamısında bu hazırlığın olduğunu bilərsə, namazı uzada bilər.7. İmam-camaat Həmd və surəni oxuyan zaman səsini mə’mumların eşidəcəyi həddə qaldırsın, amma həddən artıq yox.8. Əgər imam rükuda anlasa ki, kimlərsə təzəcə namaza çatıb və iqtida etmək istəyirlər, rükunu azca uzatsın ki, onlar namaza qoşula bilsin. Amma rükunu iki rüku həddindən çox uzatmasın. Hətta başqa birinin də qoşulmaq istədiyini bilsə rükuda bu həddi gözləsin.

Nömrə 1069İmam və məmumun şəkki

Camaat namazının rəkətlərində şəkk

Məsələ 1069: Əgər imam-camaat rəkətlərin sayı ilə bağlı şəkk etsə, məsələn, bilməsə ki, üç rəkət qılıb, yoxsa dörd rəkət, mə’mumlar rəkətlərin sayını bildikdə bunu işarə ilə imama anladırlar və imam bu işarəyə əsasən hərəkət edir. İmam rəkətlərin sayını bildiyi vaxt mə’mum şəkk edərsə, imama tabe olmalı, öz şəkkinə əhəmiyyət verməməlidir.

Nömrə 1226Camaat namazı

Camaat namazının savabı

Məsələ 1226: Camaat namazı böyük əhəmiyyət daşıyan müstəhəb əməllərdən, ən böyük dini göstəricilərdəndir. Rəvayatlərdə bu məsələyə xüsusi əhəmiyyət verilmişdir. Xüsusi ilə, məscidin qonşuları və məscidin azan səsini eşidən şəxsə tə’kidlə tövsiyə olunur. Yaxşı olar ki, insan bacardığı həddə namazını camaatla qılsın. Rəvayatdə bildirilir ki, bir şəxs İmam-camaata iqtida etsə, onun namazının hər rəkətinə 150 namazın savabı verilər. Əgər iqtida edən iki nəfər olsa bu savab 600 namazın savabına çatar. Namaz qılanların sayı artdıqca namazın da savabı artır. Əgər iqtida edənlərin sayı on nəfərə çatarsa, bu namazın savabını bütün göy kağız, dənizlər mürəkkəb, ağaclar qələm olsa, mələklər, insanlar və cinlər yazsa, onu yazıb başa vura bilməzlər.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت