Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 2067

Yaxınlığı tərk etməyin maksimum müddəti

Məsələ 2067: Ər dörd aydan artıq arvadı ilə cinsi əlaqəni tərk edə bilməz. Əgər qadın cavan olsa, bu zamanda onun günaha düşməsi qorxusu var. Vacib ehtiyata əsasən, elə raftar etməlidir ki, o günaha düşməsin.

Nömrə 2069

Mehriyyəni tələb etmək

Məsələ 2069: Əgər nikahda mehriyyənin verilməsi üçün bir zaman tə’yin olunmayıbsa, qadının tez bir zamanda mehriyyəsini tələb etmək hüququ var. Hətta mehriyyəsini almazdan qabaq, ərin mehriyyəni verməyə imkanı olub-olmamasından asılı olmayaraq, əri ilə cinsi yaxınlığın qarşısını ala bilər. Əgər onun imkansızlığı əvvəlcədən mehriyyənin nəqd halında deyil, onun zimməsində olmasına işarə olsa, istisnadır.

Nömrə 2071

Ləzzət üçün deyil sadəcə məhrəmlik üçün müvəqqəti izdivac

Məsələ 2071: Müvəqqəti evlənmə ləzzət qəsdi ilə olmaya da bilər. Bu iş qohumların o qızla məhrəm olması məqsədi ilə də olsa caizdir, bu şərtlə ki, müvəqqəti evləndirilən qız cinsi ləzzəti dərk etmə həddində olsun. Məsələn, əgər (qız) kiçikdirsə, vaxtı o qədər uzatmalıdırlar ki, qızın (cinsi ləzzəti) dərk etmə dövranına da şamil olsun. Hətta nikahdan sonra müddəti bağışlasalar belə.

Nömrə 2073

Yaxınlıq etməmək şərti

Məsələ 2073: Müvəqqəti evlənmədə qadın kişinin onunla cinsi əlaqədə olmayıb, yalnız başqa ləzətləri aparmasını şərt edə bilər. Lakin, sonradan bu işə razı olsa, (onunla cinsi əlaqədə olmağın) maneəsi yoxdur.

Nömrə 2074

Müvəqqəti arvadın nəfəqə haqqı yoxdur

Məsələ 2074: Müvəqqəti evlənmədə qadının xərc hüququ yoxdur, hamilə olduqda ərindən, əri də ondan irs aparmır və vacib olaraq bir yataqda yatmaq hüququ da yoxdur.

Nömrə 2076

Ata və ata babasının yad qadınla məhrəmlik yolu

Məsələ 2076: Ata və yaxud atanın atası bir qadınla məhrəm olmaqdan ötrü onu müvəqqəti olaraq həddi-büluğa çatmayan oğluna əqd edə bilər (bu şərtlə ki, əqdin müddəti oğlanın cinsi faydalanma vaxtına da şamil olmalıdır) və habelə, həddi-büluğa çatmayan bir qızı (oğlan haqqında deyilən şərtlər əsasında) qohumlara məhrəm olması üçün, bir şəxsə əqd edə bilərlər. Hər iki halda, vacib ehtiyata əsasən, əqdin o iki nəfər üçün bir faydası olsun və fəsadı olmasın.

Nömrə 2077

Vaxtın qalanını bağışlamaq

Məsələ 2077: Kişi müvəqqəti evlənmənin müddətini bağışlayaraq ona son qoya bilər. Bu halda, - cinsi yaxınlıq olsa da olmasa da - onun bütün mehriyyəsini verməlidir.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت