Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 2259Haram yeməlilər və içməlilər

Əti halal olan heyvanın haram üzvləri

Məsələ 2259: Əti halal olan heyvanlarda (vacib ehtiyata əsasən, onların bə’zilərində) on dörd şey haramdır:1-Qan; 2- Toxumluq; 3- Dişi heyvanın cinsi orqanı; 4-Uşaqlıq; 5- Vəzi; 6- Ağ ət; 7- Başın beyin nahiyəsində noxud formasında olan kiçik toxum; 8- Fəqərə sütunu arasında olan haram ilik; 9- Boyunun iki tərəfində yerləşən və fəqərə sütununa qədər uzanan damar; 10- Öd kisəsi; 11- Dalaq; 12- Sidik kisəsi; 13- Göz bəbəyi; 14- Böyük heyvanların dırnağı arasında olan hissə. Ərəblər buna “Zatul-şac’” deyir. Amma sərçə kimi kiçik heyvanalarda bunu ayırd etmək və yaxud ayırmaq mümkün olmadığı üçün yeyilməsinin iradı yoxdur.

Nömrə 2261Haram yeməlilər və içməlilər

Torpaq və gil

Məsələ 2261: Torpaq və gili yemək haramdır. Lakin, Seyyidlər ağası həzrət İmam Hüseynin (ə) türbətindən (bir noxuddan az) şəfa məsədi ilə yeməyin işkalı yoxdur. Həmçinin, müalicə üçün Dağıstan və İrəvan gilini yemək, əgər əlacı yalnız bunları yeməkdə olsa, caizdir.

Nömrə 2262Haram yeməlilər və içməlilər

Tütün məmulatları

Məsələ 2262: İnsana ciddi zərər vuran şeyi yeyib-içmək haramdır. Siqaret çəkmək və müxtəlif tütün məmulatları, xüsusi ilə, narkotik maddələr, iynə ilə vurulmasından, tüstü kimi çəkilməsindən, yeyilməsindən,iynə ilə vurulmasından və hər bir vasitə ilə olmasından aslı olmayaraq, mütləq şəkildə haramdır. Həmçinin, istehsalı, alqı-satıqısı və onun yayılmasına göstərilən hər bir dəstək, haramdır. Siqaretə və narkotik maddələrə adət etmiş şəxslərə onları tərk etməyə çalışmalari vacibdir.

Nömrə 2263Haram yeməlilər və içməlilər

İnsanın yaxınlıq etdiyi heyvan

Məsələ 2263: Əgər bir inək, qoyun və dəvə ilə yaxınlıq etsələr, onların ətlərinin haram olmasılndan əlavə, vacib ehtiyata əsasən, sidik və qaitləri nəcis, südlərini içmək isə haramdır. O heyvanların başı kəsilməli, leşləri yandırılmalıdır. Onlarla yaxınlıq edən şəxs pulunu sahibinə verməlidir.

Nömrə 2264Haram yeməlilər və içməlilər

Şərab içmək

Məsələ 2264: Şərab içmək haram və böyük günahlardan biridir və bə’zi rəvayətlərdə ən böyük günahlardan sayılmışdır. Onu halal bilən şəxs şərabı halal bilməyin Allahı, Peyğəmbəri (s) danmaq olduğunu bilsə, kafirdir. İmam Sadiqdən (ə) belə nəql edilib: “Şərab pisliklərin kökü, günahların mənşəyidir; şərab içən şəxs ağlını itirir və o halda Allahı tanımır və heç bir günahdan qorxusu olmur, heç kəsin ehtiramını saxlamır, yaxın qohumlarının hüquqlarına riayət etmir, aşkar pisliklərdən üz döndərmir; iman və allahşünaslıq ruhu ondan xaric olur və Allahın rəhmətindən uzaq olan bir ruh bədənində qalır; Allah, mələklər, peyğəmbərlər, mö’minlər ona lə’nət edir, qırx günə qədər namazı qəbul olmur və Qiyamət günü üzü qara olar!”

Nömrə 2268Yeməlilər və içməlilər

Yemək yeməyin müstəhəb əməlləri

Məsələ 2268: Yemək halında bir neçə işi yerinə yetirmək, savab qəsdi ilə müstəhəbdir: 1-Yemək yeməzdən öncə hər iki əli yumaq; 2-Yemək yedikdən sonra da əlini yuyub dəsmalla qurulasın; 3-Ev sahibi qonaqlardan öncə yemək yeməyə başlasın və hamıdan sonra əlini yeməkdən çəksin; 4- Yemək yediyi zaman “Bismillah” sonunda isə “Əlhəmdulillah” desin. Əgər süfrədə müxtəlif çeşidli yemək varsa, onların hər birini yedikdə “Bismillah” desin; 5-Sağ əli ilə yemək yesin; 6-Əgər bir neçə nəfər bir süfrə kənarında yemək yeyirlərsə, hər biri qarşısına qoyulan yeməkdən yesin; 7-Kiçik loğma götürsün; 8-Tələsərək yemək yeməsin, uzun fasilə ilə yemək yesin və yeməyi yaxşı çeynəsin; 9-Yeməkdən sonra xilal edib, yemək qırıntılarını dişlərinin dibindən təmizləsin və ağzını yusun; 10- Yemək qırıntılarını kənara atmasın, səhrada yemək yediyi zaman yemək qalıqlarını quşlar və heyvanlar üçün saxlasın; 11- Gün ərzində iki dəfə - günün və gecənin əvvəlində yemək yesin;12- Yeməyin əvvəl və axırında düz yesin; 13- Bütün meyvələri yeməzdən öncə yusun; 14- İmkan daxilində süfrəsinin kanarında qonağı olsun.

Nömrə 2269Yeməlilər və içməlilər

Yemək yeməyin məkruh əməlləri

Məsələ 2269: Aşağıda qeyd edilən əməllər yemək halında məkruhdur:1-Tox halda yemək yemək; 2-Çox yemək; Nəql edilmişdir ki, Allahın hamıdan çox qarını dolu olan şəxslərdən xoşu gəlmir; 3-Yemək halında başqalarının üzünə baxmaq; 4-Yeməyi qaynar halda yemək; 5-Yediyi, içdiyi şeyə üfürmək; 6- Çörək süfrəyə qoyulduqdan sonra nəyinsə yolunu gözləmək; 7- Bıçaqla çörəyi kəsmək; 8-Çörəyi qabın altında qoymaq və ona edilən hər bir ehtiramsızlıq; 9- (Qabığı ilə yeyilən) meyvələrin qabığını soymaq; 10- Meyvəni tam yemədiyi halda uzağa atmaq.

Nömrə 2270Yeməlilər və içməlilər

Su içməyin müstəhəb əməlləri

Məsələ 2270: Su içən zaman bir neçə iş tövsiyə edilmişdir: 1-Suyu sovuraraq içsin; 2- Gündüz ayaq üstə su içsin; 3 Su içməzdən öncə “Bismillah” və içdikdən sonra isə “Əlhəmdulillah” desin; 4-Suyu bir nəfəsə yox, üç nəfəsə içsin; 5-Suyu meyli olan halda içsin; 6- Su içəndən sonra İmam Hüseyn (ə) və onun ailəsini xatırlasın və onun düşmənlərinə lə’nət oxusun.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت