Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 354Cəbirə dəstəmazı

Cəbirə qüslü

Məsələ 354: Cəbirə qüslü də cəbirə dəstəmazı kimidir. Amma qüslü vacib ehtiyata əsasən, imkan həddində ardıcıllıqla yerinə yetirmək lazımdır.

Nömrə 354

Cəbirə qüslü

Məsələ 354: Cəbirə qüslü də cəbirə dəstəmazı kimidir. Amma qüslü vacib ehtiyata əsasən, imkan həddində ardıcıllıqla yerinə yetirmək lazımdır.

Nömrə 373

Cənabət qüslü vacib namaz və bu kimi əməllər üçün vacib olur

Məsələ 373: Paklanmaq məqsədi ilə cənabət qüslü vermək müstəhəbdir. Amma namaz və bu kimi ibadətlər üçün qüsl vermək vacibdir. Meyyit namazı, şükür səcdəsi, başqasından səcdə ayəsi eşitdikdə səcdə etmək üçün cənabət qüslü vermək vacib deyil. Bu işləri cənabət halında da görmək olar. Amma yaxşı olar ki, meyyit namazı, şükür səcdəsi və bu kimi işlər üçün qüsl verilsin.

Nömrə 373 Cənabət qüslünün hökmləri

Nömrə 360Cənabət

Cənabətə səbəb olan işlər

Məsələ 360: İnsan iki halda “cünub” (cənabətli, qüsl verməyə borclu) olur:1.”Cima” (cinsi yaxınlıq);2. Yuxuda və ya oyaq vaxt, az və ya çox miqdarda, şəhvət və ya şəhvətsiz sperma (məni) xaric olması.

Nömrə 564Cənazə namazı

Cənazə namazı qılınan yer

Məsələ 564: Namaz qılanın yeri meyyitin yerindən yuxarı və ya aşağı olmamalıdır. Amma azca fərqin eybi yoxdur. Namaz qılan şəxs meyyitdən uzaqda dayanmamalıdır. Amma bu namazı cəmiyyətlə qılan şəxs uzaq dayandıqda yaxın dayanmış şəxsə cərgə ilə bağlı olarsa eybi yoxdur.

Nömrə 562Cənazə namazı

Cənazə namazı qılanın şərtləri

Məsələ 562: Meyyit namazında dəstəmaz, qüsül və ya təyəmmüm, bədən və libasın pak olması şərt deyil. Amma müstəhəb ehtiyat budur ki, başqa namazlar üçün nəzərdə tutulmuş şərtlərə riayat edilsin.

Nömrə 563Cənazə namazı

Cənazə namazının şərtləri

Məsələ 563: Meyyit namazını üzü qibləyə qılmaq vacibdir. Vacib ehtiyat budur ki, meyyiti namaz qılan şəxsin qarşısında arxası üstə uzatsınlar, onun baş tərəfi namaz qılanın sağında, ayaq tərəfi namaz qılanın solunda yerləşsin.