Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 345

Suyun ziyanı olmadığı yaralar

Məsələ 345: Dəstəmaz üzvlərindən birində yara, irinli-qanlı çiban və ya sınıqlıq olarsa, onların üzəri açıq olduqda, qanlı olmadıqda və su zərər vermədikdə, adi qaydada dəstəmaz almaq lazımdır.

Nömrə 346

Su vurmaq ziyan olan yaralar

Məsələ 346: Əgər yara, çiban və ya sınıq əllərin üzərindədirsə və su zərərli deyilsə, onların ətrafını yumaq bəs edər. Amma rütubətli əli onların üzərinə çəkmək zərər yetirmədikdə bu işi görmək lazımdır. Su zərərli olduqda onların üzərinə parça qoyub rütubətli əli parçanın üzərindən çəkmək müstəhəbdir.

Nömrə 347

Yara məsh yerində olarsa

Məsələ 347: Əgər yara, çiban və ya sınıq məsh yerində olarsa və məsh çəkmək mümkün olmazsa, onların üzərinə pak bir parça qoyub parçanın üzərindən rütubətli əllə məsh çəkmək lazımdır. Vacib ehtiyata əsasən, təyəmmüm də edilməlidir. Əgər onların üzərinə parça qoymaq mümkün olmazsa məshsiz dəstəmaz almaq və vacib ehtiyata əsasən, təyəmmüm etmək lazımdır.

Nömrə 348

Yara parça ilə örtülmüş olarsa

Məsələ 348: Əgər yara, çiban və ya sınıq parça və ya bu kimi şeylə örtülü olarsa, onu açmaq məşəqqət yaratmazsa və su zərər verməzsə, onu açıb dəstəmaz almaq lazımdır. Başqa hallarda onların ətrafını yumaq, müstəhəb ehtiyata əsasən, cəbirə üzərindən məsh çəkmək lazımdır. Əgər cəbirə murdarlanmışsa və ya onun üzərindən əl çəkmək mümkün deyilsə, pak bir parça qoyub rütubətli əli onun üzərindən çəkmək lazımdır.

Nömrə 349

Cəbirə bütün üzü və yaxud əllərin birini əhatə edərsə

Məsələ 349: Əgər cəbirə bütün üzv və ya qollardan birini bütünlüklə örtmüşsə, vacib ehtiyata əsasən həm cəbirə dəstəmazı almaq, həm də təyəmmüm etmək lazımdır. Cəbirə bütün dəstəmaz üzvlərini örtdükdə də belə edilir.

Nömrə 350

Cəbirə əlin və barmaqların içində olarsa

Məsələ 350: Əlinin içində və barmaqlarında cəbirə olan, dəstəmazda nəm əlini onun üzərinə çəkən şəxs başına və ayaqlarına həmin rütubətlə məsh çəkə bilər. Əgər rütubət bəs etməzsə başqa dəstəmaz üzvlərindən rütubət götürmək olar.

Nömrə 351

Cəbirə adi ölçüdən çox olarsa

Məsələ 351: Əgər cəbirə yaranın ətrafını adi həddən artıq örtərsə və onu götürmək mümkün olmazsa, cəbirə göstərişinə əməl edilməlidir. Müstəhəb ehtiyata əsasən, təyəmmüm də edilməlidir. Artıq cəbirəni götürmək mümkün olduqda onu götürmək lazımdır.

Nömrə 352

Yara və zədə olmadan suyun ziyanı olarsa

Məsələ 352: Dəstəmaz üzvlərində yara, çiban, sınıq olmazsa, amma başqa bir səbəbdən su zərər verərsə, təyəmmüm etmək lazımdır. Amma üz və qolların bir hissəsinə zərərli olduqda zərərli olmayan hissəni yumaq bəs edər. Vacib ehtiyata əsasən təyəmmüm edilməlidir.

Nömrə 354

Cəbirə qüslü

Məsələ 354: Cəbirə qüslü də cəbirə dəstəmazı kimidir. Amma qüslü vacib ehtiyata əsasən, imkan həddində ardıcıllıqla yerinə yetirmək lazımdır.

Nömrə 355

Təyəmmüm üzvündə yara

Məsələ 355: Vəzifəsi təyəmmüm olan şəxs təyəmmüm üzvlərində yara, çiban və ya sınıq olduqda, cəbirə dəstəmaz göstərişləri əsasında cəbirə təyəmmümü etməlidir.