Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 2247Balıq tutmaq

Halal balığın şərtləri

Məsələ 2247: Halal balıq, pulunun az və yaxud çox, böyük və yaxud kiçik olmasından asılı olmayaraq, pullu balıqdır. Hətta pulu zəif olan, torda tutulan zaman tökülən balıqlar da halaldır. Əgər mikroskop və bu kimi s. cihazlarla göürünsə, lakin camaat ona pul deməsə faydasızdır.

Nömrə 2250Balıq tutmaq

Qeyri-müsəlman balıqçının hökmü

Məsələ 2250: Balığı tutan şəxsin müsəlman olması, onu götürən vaxt Allahın adını deməsi lazım deyil. Lakin, onu sudan diri tutması və yaxud tora düşdükdən sonra ölməsi mə’lum olmalıdır.

Nömrə 2251Balıq tutmaq

Müsəlman bazarında satılan balıq

Məsələ 2251: Əgər balıq müsəlman bazarından və yaxud müsəlman şəxsdən alınsa, hətta onu sudan diri tutmaları mə’lum olmasa belə, halaldır və axtarış aparmaq da lazım deyil. Lakin kafirdən alınsa və balığın diri tutulub-tutulmaması, tora diri düşüb-düşməməsi mə’lum olmasa haramdır.

Nömrə 2255Balıq tutmaq

Meyqu və səmənquru yeməyin hökmü

Məsələ 2255: Krevet (meyqu) suda yaşayan halal heyvanlardandır. Amma quruda yaşayan, lakin balıq adı qoyulan səmənqur balığı haramdır. Əgər zəruri halda dərman kimi istifadə edilsə, istisnadır.