Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 2032Nikah və evlənmə

Kəbinin şərtləri

Məsələ 2032: İzdivac nikahının bir neçə şərti var:1-Ehtiyat müstəhəbbə əsasən, onun siğəsi ərəb dilində düzgün şəkildə oxunmalıdır. Əgər qadın və kişi siğəni ərəb dilində oxuya bilməsələr, öz dillərində oxuya bilərlər və ərəb dilində siğəni oxumaq üçün vəkil tutmaları vacib deyil. Lakin, elə kəlmələrdən istifadə etməlidirlər ki, ərəbcə oxunan siğənin mə’nasını anlatmalıdır.2-Siğə oxuyan şəxsin inşa qəsdi olmalıdır. Yə’ni bu kəlmələri deməkdə məqsədi o iki nəfərin arasında ər-arvadlıq yaratmaq olmalıdır, qadın özünü kişinin arvadı etməli və kişi də bu mə’nanı qəbul etməlidir. Vəkilin də məqsədi belə olmalıdır.3-Nikah siğəsini oxuyan şəxs aqil olmalı və başqasının tərəfindən vəkil olmasından asılı olmayaraq, vacib ehtiyata əsasən, həddi-büluğa çatmalıdır.4-Vəliyy və yaxud vəkil nikah siğəsini oxuduqda ər-arvadı müəyyən etməlidir. Bu baxımdan, əgər bir şəxsin bir neçə qızı olsa, kişiyə “zəvvəctukə ihda bənati” (yə’ni, qızlarımdan birini sənin arvadın etdim) deyə bilməz.5-Qadın və kişi öz ixtiyarları ilə izdivaca razı olmalıdırlar. Lakin, onlardan biri zahirdə könülsüzlüklə icazə versə, amma ürəkdə razı olduğunu bilsək, nikah düzgündür.6-Nikah siğəsi düzgün oxunmalıdır. Əgər onun mə’nasını əvəz edəcək bir halda səhv oxusalar, nikah batildir. Amma mə’na əvəz olmasa, eybi yoxdur.

Nömrə 2038

Kişinin nikahı pozmasına icazə yaradan eyblər

Məsələ 2038: Əgər kişi əqd oxunandan sonra qadında aşağıdakı yeddi eybdən biri olduğunu bilsə, əqdi poza bilər:1-Dəlilik; 2-Xora xəstəliyi; 3-Bərəs (alaca) xəstəliyi; 4-Korluq; 5-Aşikar bilinən şil(əlil)olma; 6-Əfza olmaq (yə’ni, sidik və heyzin, yaxud heyzlə nəcisin məcrası bir olsa və yarıq cinsi əlaqə etmək üçün mümkün olmasın); 7-Qadında cinsi əlaqəyə mane olan artıq ət, sümük, vəz olsa.

Nömrə 2039

Qadının nikahı pozmasına icazə yaradan eyblər

Məsələ 2039: Qadın da bir neçə halda nikahı poza bilər:1-Ərin dəli olması; 2-Ərinin kişilik aləti olmazsa; 3-Cinsi əlaqəyə bacarığı olmasa; 4-Kişinin yumurtaları çıxarılmış olsa (bu və sabiq məsələ haqqında fiqh kitablarında geniş söz açılıb.)

Nömrə 2042

İnsana məhrəm olan qadınlarla evlənmək

Məsələ 2042: İnsana məhrəm olan qadınlarla, məsələn, ana, qız, bacı, bibi, xala, qardaş qızı, bacı qızı, atanın arvadı, arvadın qızı, qaynana (bu haqda geniş mə’lumat veriləcək) evlənmək haramdır.

Nömrə 2043

Qadının anası və nənəsi ilə evlənmək

Məsələ 2043: Əgər bir kişi ilə bir qadının arasında nikah əqdi oxunsa, cinsi yaxınlıq etməməsinə baxmayaraq, o qadının anası, anasının anası, onun atasının anası və beləliklə hər nə qədər getsə, kişiyə məhrəm olurlar. Lakin, arvadın qızı, qız və oğlan nəvələri, o arvadla cinsi yaxınlıq etdiyi zaman kişiyə haram olur.

Nömrə 2043

Daxil olma şərti ilə arvadın qızı, qızından və oğlundan olan nəvələri

Məsələ 2043: Əgər bir kişi ilə bir qadının arasında nikah əqdi oxunsa, cinsi yaxınlıq etməməsinə baxmayaraq, o qadının anası, anasının anası, onun atasının anası və beləliklə hər nə qədər getsə, kişiyə məhrəm olurlar. Lakin, arvadın qızı, qız və oğlan nəvələri, o arvadla cinsi yaxınlıq etdiyi zaman kişiyə haram olur.

Nömrə 2045

Ərin atası və babası və nə qədər yuxarı getsə

Məsələ 2045: Ərin atası, babası və bu minvalla hər nə qədər yuxarı getsə, oğlu və ərin oğul və qız nəvələri bu minvalla hər nə qədər aşağı gəlsələr, nikahdan qabaq və sonra doğulmalarından asılı olmayaraq, bu qadına məhrəmdirlər.

Nömrə 2045

Ərin oğlu, oğul və qız nəvələri və nəqədər aşağı getsə

Məsələ 2045: Ərin atası, babası və bu minvalla hər nə qədər yuxarı getsə, oğlu və ərin oğul və qız nəvələri bu minvalla hər nə qədər aşağı gəlsələr, nikahdan qabaq və sonra doğulmalarından asılı olmayaraq, bu qadına məhrəmdirlər.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت