Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1142Haram səfər

Yol əsnasında tövbə edərsə, günah səfərin höküm

Məsələ 1142: Səfəri günah səfər olan şəxs yolda məqsədini dəyişsə, qalan yol səkkiz fərsəx və ya daha artıq olarsa, eləcə də gedib qayıdacağı yol üst-üstə səkkiz fərsəx olarsa, namazını yarı qılmalıdır. Amma günah üçün səfərə çıxmamış, yolda məqsədini dəyişib günah iş görmək istəyən şəxs namazını tam qılmalıdır. Amma əvvəlcə yarı qıldığı namazlar düzgündür.

Nömrə 1146Peşə və səfər

Peşəsinin müqəddiməsi səfər olanların namazı

Məsələ 1146: Peşəsi səfərə çıxmaq olmayan insan peşəsi ilə bağlı (müəllim, fəhlə, qulluqçu kimi) səfərə çıxmağa məcbursa, hər gün işi ilə bağlı yol gedirsə, gedib gəldiyi yol səkkiz fərsəx və ya daha artıq olarsa, namazını tam qılmalı, oruc tutmalıdır.

Nömrə 1147Peşə və səfər

Kəsirus-səfərin iş ilə bağlı olmayan səfərdə höküm

Məsələ 1147: Peşəsi səfərə çıxmaq olan şəxs peşəsindən əlavə bir məqsədlə (məsələn, həcc ziyarəti üçün) səfərə çıxarsa, başqa müsafirlər kimi namazını yarı qılmalıdır. Amma sürücü haqqını almaqla ziyarətçiləri apararsa və bu səfərdə özü də ziyarət edərsə, namazını tam qılmalıdır.

Nömrə 1148Peşə və səfər

Həcc karvanlarının müdir və bələdçisi

Məsələ 1148: Bir şəxs həcc rəhbəri və ya hər hansı ziyarətdə karvan müdiri kimi səfərə çıxarsa, səfər onun peşəsi ilə bağlı müqəddimə sayılır və bir müddət uzanır. Belə bir şəxs namazını tam qılmalıdır.

Nömrə 1149Peşə və səfər

Fəsildən fəsilə kəsirus-səfər olanlar

Məsələ 1149: Əgər bir şəxsin peşəsi ilin bir hissəsini səfərə çıxmaqdırsa (məsələn, bə’zi sürücülər yalnız müəyyən fəsildə işləyir) onun üçün iş sayılan səfərlərdə namazını tam qılmalıdır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت