Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 2063

Ərinə itaət etməyən qadının hüquqları

Məsələ 2063: Əgər qadın qabaqkı məsələdə deyildiyi işlərdə ərinə itaət etməsə günahkardır və onun yemək, geyim, mənzil və bir yerdə yatmaq hüququ qüvvəsindən düşür. Lakin mehriyyə hüququ aradan getmir.

Nömrə 2153Vəfat iddəsi

Ərinin ölümünə əmin olan və iddə saxlayan qadın

Məsələ 2153: Əgər qadın ərinin dünyadan getməsinə yəqinliyi olsa və vəfat iddəsi saxlayıb ərə getsə, ərinin sonradan ölməsi məlum olsa, ikinci ərindən ayrılmalıdır və vacib ehtiyata əsasən, əgər hamilədirsə, təlaq iddəsində deyildiyi kimi, ikinci əri üçün iddə saxlamalıdır və ondan sonra birinci əri üçün 4 ay 10 gün vəfat iddəsi saxlamalıdır. Əgər hamilə deyilsə, birinci əri üçün vəfat iddəsi və sonra ikinci əri üçün təlaq iddəsi saxlamalıdır.

Nömrə 1708Fitrə zəkatı

Əsgərlərin fitrəsi

Məsələ 1708: Hərbi hissə və döyüş meydanlarında olan əsgərlərin xərcləri dövlətin öhdəsindədir. Lakin, onların fitrəsi dövlətə vacib deyil. Əgər (deyilən) şərtlər onlarda varsa, öz zəkat fitrələrini şəxsən verməlidirlər.

Nömrə 698Namazlar arasında ardıcıllıq

Əsr namazını qılarkən şəkk etsə ki, zöhr namazını qılmışam ya yox

Məsələ 698: Əgər ikindi namazının gedişində şəkk yaransa ki, günorta namazı qılınıb, yoxsa yox, əvvəlki Məsələdə deyilən göstərişə əməl olunmalıdır. Yə’ni niyyət günorta namazına çevrilməli, sonradan ikindi namazı qılınmalıdır. Eləcə də, xiftən namazının gedişində şəkk etsə ki, şam namazını qılıb yoxsa yox,dördüncü rəkətin rükusuna çatmazdan qabaq şəkk etsə niyyəti qaytarmalıdır.

Nömrə 2259Haram yeməlilər və içməlilər

Əti halal olan heyvanın haram üzvləri

Məsələ 2259: Əti halal olan heyvanlarda (vacib ehtiyata əsasən, onların bə’zilərində) on dörd şey haramdır:1-Qan; 2- Toxumluq; 3- Dişi heyvanın cinsi orqanı; 4-Uşaqlıq; 5- Vəzi; 6- Ağ ət; 7- Başın beyin nahiyəsində noxud formasında olan kiçik toxum; 8- Fəqərə sütunu arasında olan haram ilik; 9- Boyunun iki tərəfində yerləşən və fəqərə sütununa qədər uzanan damar; 10- Öd kisəsi; 11- Dalaq; 12- Sidik kisəsi; 13- Göz bəbəyi; 14- Böyük heyvanların dırnağı arasında olan hissə. Ərəblər buna “Zatul-şac’” deyir. Amma sərçə kimi kiçik heyvanalarda bunu ayırd etmək və yaxud ayırmaq mümkün olmadığı üçün yeyilməsinin iradı yoxdur.

Nömrə 2212Heyvanların başını kəsmək və ov etmək qaydaları

Əti halal olan heyvanlar

Məsələ 2212: Əgər əti halal olan bir hevanın ev və yaxud çöl (vəhşi) heyvanı olmasından asılı olmayaraq, sonradan deyiləcək şərtlərə uyğun başını kəssələr, onun ətini yemək halaldır. Lakin insanın cinsi yaxınlıq etdiyi heyvanın və hətta balasının da əti haramdır. Həmçinin nəcis yeyən heyvanın hökmü də yuxarıdakı ilə eynidir. Əgər ona şəriətdə qeyd edilən göstərişlərə uyğun pak yemək verib, pak etsələr, istisnadır.