Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1703Fitrə zəkatı

Əri nəfəqəsini verməyən qadının fitrəsi

Məsələ 1703: Əgər əri tərəfindən xərcləri ödənilməyən qadın başqasının çörək yeyənidirsə, fitrəsi çörəyini yediyi şəxsin öhdəsindədir. Əgər qadın imkanlı olduğu üçün şəxsi malından xərcləyirsə, fitrəsini şəxsən özü verməlidir.

Nömrə 2053Evlənmək haram olan insanlar

Əri olan qadınla evlənmək

Məsələ 2053: Əgər bir şəxs qadının ərli olduğunu bilib, onu özünə əqd etsə, gərək ondan ayrılsın. Vacib ehtiyata əsasən, onunla yaxınlıq etməməsinə baxmayaraq, sonradan da onunla evlənə bilməz.

Nömrə 2053

Əri olan qadınla evlənmək

Məsələ 2053: Əgər bir şəxs qadının ərli olduğunu bilib, onu özünə əqd etsə, gərək ondan ayrılsın. Vacib ehtiyata əsasən, onunla yaxınlıq etməməsinə baxmayaraq, sonradan da onunla evlənə bilməz.

Nömrə 2055

Əri olan qadınla zina etmiş insanın tövbəsi

Məsələ 2055: Əgər bir nəfər ərli qadınla (nəuzu billah) zina etsə, tövbə etmək üçün onun ərinə bir şey demək lazım deyil; Allahın dərgahında tövbə etməlidir.

Nömrə 2049

Əri olarkən zina etdiyi qadınla evlənmək

Məsələ 2049: Əgər ərli bir qadınla (bu işdən Allaha pənah aparırıq) zina etsə və o qadın ərindən talaq alsa, vacib ehtiyata əsasən onunla evlənə bilməz. Amma əgər hökmü bilmirdisə və evlənmişdirsə, evliliyini davam etdirə bilər.

Nömrə 2045

Ərin atası və babası və nə qədər yuxarı getsə

Məsələ 2045: Ərin atası, babası və bu minvalla hər nə qədər yuxarı getsə, oğlu və ərin oğul və qız nəvələri bu minvalla hər nə qədər aşağı gəlsələr, nikahdan qabaq və sonra doğulmalarından asılı olmayaraq, bu qadına məhrəmdirlər.