Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1948Borcun hökmləri

Borc sələmi

Məsələ 1948: Borc verən şəxsin verdiyi miqdardan artıq alacağını şərt etməsi, malın çəki və yaxud ədədlə satılıb-satılmamasından asılı olmayaraq, sələm və haramdır. Habelə, borclu şəxsin onun üçün bir iş görməsini, başqa bir mal əlavə etməsini, məsələn, borc aldığı puldan başqa bir miqdar buğda da ona əlavə etməsini, yaxud, bir miqdar düzəldilməmiş qızıl ona borc verib, həmin miqdarı düzəldilmiş şəkildə geri almasını şərt etsə, bütün bunlar sələm və haramdır. Lakin, borc alan şəxsin şərtsiz olaraq, bir miqdar artıq qaytarmasının eybi yoxdur, əksinə, bu iş müstəhəbdir.

Nömrə 1949Borcun hökmləri

Sələm vermək də sələm almaq kimi haramdır

Məsələ 1949: Sələm almaq sələm vermək kimi haramdır. Sələm borcu alan şəxs onun (alınan şeyin) maliki sayılmır və ondan istifadə etmək caiz deyil. Lakin, sələm şərti olmadığı halda belə, pul sahibi borc alanın puldan istifadə etməsinə razı olardısa, belə bir halda borc alan şəxs ondan istifadə edə bilər.

Nömrə 1951Borcun hökmləri

Paltarın pulunu sələmli puldan və ya sələmə qarışmış halal maldan ödəmək

Məsələ 1951: Əgər bir paltar alıb onun pulunu paltar sahibinə sələm borcdan və yaxud sələmə qarışıq olan halal puldan qaytarsa və aldığı zamanda məqsədi belə bir pul ilə onu ödəmək olsa, o paltarı geyinməyin və yaxud onunla namaz qılmağın eybi var. Əgər aldığı zaman məqsədi belə olmayıb, sonradan bu qənaətə gəlibsə eybi yoxdur. Lakin onun boynundakı (zimmə) haram pulla əda olunmur.

Nömrə 1952Borcun hökmləri

Sərfi-bəratın mənası

Məsələ 1952: İnsan başqa bir şəhərdə onun adamından az (pul) almaları üçün başqa bir şəxsə bir qədər pul verə bilər. Buna “bəraət sərfi” deyilir. Bu iş öz borcunun bir hissəsindən imtina etməyə bənzəyir. Lakin, bir müddətdən sonra başqa bir şəhərdə çox almağından ötrü bir qədər pul versə , məsələn, 1000 tümən verib, başqa şəhərdə 1100 tümən alsın, sələm və haramdır.

Nömrə 1954Həvalənin hökmləri

Həvalənin necəliyi

Məsələ 1954: Əgər borclu şəxs borc sahibinə borcunu başqasından alması üçün həvalə (qəbz) versə və borc sahibi qəbul etsə, borc o şəxsin (həvalə verilənin) öhdəsinə düşür və borclu şəxs borcdan xilas olur.

Nömrə 1955Həvalənin hökmləri

Həvalə verənin şərtləri

Məsələ 1955: Həvalə verən, borc sahibi və həvalə edilən şəxslərin hər üçü həddi-büluğa çatmalı, aqil olmalı, heç kəs onları məcbur etməməli, səfeh və öz malından istifadə etmək hüququndan məhrum olmamalıdırlar. Lakin, öz malından istifadə etmək hüququndan məhrum olan şəxsi ona borclu olmayan bir şəxsə həvalə etməyin eybi yoxdur.

Nömrə 1956Həvalənin hökmləri

Həvalə olunan şəxsin razılığı

Məsələ 1956: Əgər borclu olan şəxsin başını həvalə versələr, qəbul etməsi lazımdır. Lakin, borclu olmayan şəxsin başını həvalə verməsələr, qəbul etməsi lazım deyil. Həmçinin, insan borc sahibinə başqa bir mal həvalə vermək istəsə, məsələn, 100 kq. buğda alacağı var, onun əvəzində 100 kq. buğda almağı həvalə etsə, borc sahibi bunu qəbul etdiyi halda, (həvalə) düzgündür.

Nömrə 1959Həvalənin hökmləri

Borcun həqiqətdə məlum olduğu halda həvalənin nə qədər olmasını bilməmək

Məsələ 1959: Həqiqətən borc müəyyən olsa, lakin borc sahibi və borclu şəxs həvalə verilən zaman onun növünü və yaxud miqdarını bilməsələr, həvalə düzgündür. Məsələn, əgər bir nəfərin borcunu dəftərə yazsa və dəftəri görməzdən öncə həvalə versə, sonra dəftəri görsə və borc sahibinə borcunun miqdarını desə, həvalə düzgündür. Bir şərtlə ki, borcun hədləri mə’lum olsun.