Qayıtmaq haqqı aradan qalxmır
Məsələ 2160: Əgər kişi arvadından bir mal alıb, təlaqdan sonra ona dönməyəcəyinə, yaxud dönmək hüququna malik olmamasına razılaşsa, dönmək hüququ pozulmur.
Məsələ 2160: Əgər kişi arvadından bir mal alıb, təlaqdan sonra ona dönməyəcəyinə, yaxud dönmək hüququna malik olmamasına razılaşsa, dönmək hüququ pozulmur.
Məsələ 2161: Bir şəxs arvadına ikinci dəfə təlaq verib, sonra əqd etsə və yaxud yenidən ona dönsə (vacib ehtiyata əsasən, hər dəfə cinsi yaxınlıq edib, heyz görüb, pak olduqdan sonra ona təlaq versin), üçüncü dəfə ona təlaq versə, o qadın ona haram olar; o qadın yalnız bir halda ona halal olacaq ki, iddə keçdikdən sonra başqa bir ərlə daimi əqd edib, onunla cinsi yaxınlıq etsin və sonra ona təlaq verilsin. Belə bir halda iddədən sonra birinci ər onunla evlənə bilər.
Məsələ 2162: Əri ilə yaşamağa rəğbəti olmayan bir qadın onların ər-arvadlığı davam etdikdə günaha düşmək qorxusu olsa, ona təlaq vermək üçün öz mehriyyəsini və yaxud başqa malını ərinə bağışlaya bilər. Bu təlağa xül’ təlağı deyilir.
Məsələ 2163: Vacib ehtiyata əsasən, xül’ təlağı siğəsi aşağıda qeyd edilən şəkildə olsun:Əgər ər özü təlaq siğəsini oxumaq istəsə və qadının adı məsələn, Fatimə olsa, deməlidir:زَوجَتِى فَاطِمَةُ خاَلَعتُهَا عَلَى مَابَذَلَت هِىَ طاَلِقُ(Zəvcəti Fatimətu xalə’tuha əla mabəzələt hiyə taliq- yə’ni, “arvadım Fatiməni verdiyi şeylər müqabilində xul’ təlağı verdim və o azaddır.”)Əgər onun vəkili siğə oxumaq istəsə, vacib ehtiyata əsasən, bir nəfər qadın və bir nəfər də kişi tərəfindən vəkil olur, bu halda məsələn, ərin adı Məhəmməd, arvadın adı Fatimə olsa, qadının vəkili deyir: عَن مُوَكِّلَتي فَاطِمَةَ بَذلتُ مَهرَهَا لِمُوَكِّلىِ کَ مُحَمَّدٍ لِيَخلَعَهَا عَلَيهِ)Ən muvəkkiləti Fatimətə bəzəltu məhrəha limuvəkkilikə Muhəmmədin liyəxlə’əha ələyhi)Ondan sonra kişinin vəkili dərhal deməlidir:زَوجَةُ مُوَكِّلىِ خَالَعتُهَا عَلَى مَابَذَلَت هِىَ طَالِقُ(Zəvcətu muvəkkili xalə’tuha əla ma bəzələt hiyə taliqun). (Əgər qadın mehriyyədən başqa şey ərinə bağışlasa, siğə oxuyan zaman onun adını çəkməlidir).
Məsələ 2164: Əgər ər-arvad bir-biri ilə yaşamaq istəməsə və qadın öz mehriyyəsini, yaxud başqa malı kişiyə təlaq verməsi üçün bağışlasa, belə təlaqa “mübarat təlağı” deyilir.
Məsələ 2165: Vacib ehtiyata əsasən, mübarat siğəsini aşağıda qeyd edilən qayda ilə oxumalıdırlar. Əgər ərin özü mübarat siğəsini oxumaq istəsə və arvadının adı məsələn, Fatimə olsa, deyir:بَارَأتُ زَوجَتِى فَاطِمَةَ عَلَى مَابَذَلَت فَهِىَ طَالِقُ(Barə’tu zəvcəti Fatimətə əla ma bəzələt fəhiyə taliq)(Yə’ni, arvadım Fatiməyə, mehriyyəsinin müqabilində mübarat verdim (bir-birimizdən ayrıldıq) və o azaddır.) (Əgər mehriyyədən başqa bir şey verirsə adını çəkməlidir) və əgər kişinin vəkili siğəni oxumaq istəsə deməlidir:بَارَأتُ زَوجَةَ مُوَكِّلِى فَاطِمَةَ عَلَى مَابَذَلَت فَهِىَ طاَلِقُ(Barə’tu zəvcətə muvəkkili Fatimətə əla ma bəzələt fəhiyə taliq)Əlbəttə, qabaqcadan qadın öz mehriyyəsini və yaxud ondan az olan bir şeyi mübarat təlağı müqabilində ərinə bağışlamalıdır.
Məsələ 2166: Vacib ehtiyata əsasən, xül’ və mübarat təlaqlarının siğələri ərəb dilində düzgün oxunmalıdır. Lakin, qadın malını bağışlamaq üçün ərinə başqa dildə də “Mənə təlaq vermək üçün filan malı sənə bağışladım” desə, maneəsi yoxdur.
Məsələ 2167: Qadın xul, yaxud mübarat talağı əsnasında öz malını bağışlamaq fikrindən dönə bilər və əgər dönərsə, (bağışladığı malın hamısını ya da bir hissəsini geri alarsa) bu zaman əri ona qayıda və kəbin oxunmadan onu yenidən özünə arvad edə bilər.
Məsələ 2168: Mübarat təlağı üçün ərin aldığı mal mehriyyədən çox olmamalıdır. Hətta vacib ehtiyata əsasən, (mehriyyədən) az olmalıdır. Ancaq xul’ təlağında hər nə qədər olsa, eybi yoxdur.
Məsələ 2169: Əgər bir kişi bir qadının öz arvadı olduğunu güman edib naməhrəm qadınla cinsi yaxınlıq etsə, onun əri olduğunu bilib-bilməməsindən asılı olmayaraq, həmin qadın iddə saxlamalıdır (təlaq iddəsi qədər). Əgər kişi o qadının öz arvadı olmamasını və qadınsa onu öz əri bilirsə, bu halda da vacib ehtiyata əsasən, iddə saxlamalıdır.İddənin başlayacağı vaxt sonuncu yaxınlıqdan sonra hesablanmalıdır.
Məsələ 2170: Əgər bir kişi bir qadını öz ərindən təlaq alıb, onun arvadı olması üçün aldatsa, o qadına verilən təlaq və əqd düzgündür. Lakin, hər ikisi böyük günah iş görmüşdür.
Məsələ 2171: Əgər qadın nikah əsnasında ərin, məsələn, (uzunmüddətli) səfərə getdiyi, narkotik maddələrə qurşanıb narkoman olduğu, yaxud onun xərcini vermədiyi halda təlağın ixtiyarı onun əlində olmasını şərt etsə, bu şərt batildir. Lakin, o, əri tərəfindən vəkil olub, hər vaxt bu işləri yerinə yetirsə, özünə təlaq verməsini şərt etsə, bu vəkalət düzgündür və belə bir halda özünə təlaq vermək hüququ var.