Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 2229Dəvəni kəsmək

İnadkar heyvanı şərtlərini gözləməklə nəhr etmək

Məsələ 2229: Əgər heyvan inadkar olsa və onu şəriətdə müəyyən olan göstərişlərə əsasən kəsə bilməsələr, yaxud quyuya düşüb ölməsi ehtimal edilsə və şəriətdəki qaydalara əsasən kəsilməsi mümkün olmasa, bıçaq kimi kəsici bir şeylə bədənini yaralasalr və həmin yaralanma nəticəsində can versə halaldır və üzü qibləyə olması lazım deyil. Lakin, heyvanların başının kəsilməsi haqqında deyilən sair şərtlərə malik olmalıdır.

Nömrə 379Tərtibi qüsl

İnsan qüsl üzvlərini yuduğuna necə əmin ola bilər

Məsələ 379: Hər üç tərəfə, yə’ni baş və boyuna, sağ tərəfə və sol tərəfə tam qüsl verildiyinə əmin olmaq üçün hər tərəfi yuyarkən o biri tərəfin də bir hissəsi yuyulur. Müstəhəb ehtiyat budur ki, boyunun sağ hissəsi bədənin sağ tərəfi, sol hissəsi bədənin sol tərəfi ilə də yuyulsun.

Nömrə 235Nəcisin əslinin aradan getməsi

İnsanın bədəninin daxilinin murdar olması

Məsələ 235: İnsan bədəninin ağız içi və burun içi kimi hissələri murdarlanarsa, murdarlıq təmizləndikdən sonra pak olar. Məsələn, əgər diş laylarından çıxan qan ağız suyu ilə təmizlənərsə və ya tüpürcəklə xaric edilərsə, ağızı suya çəkmək lazım deyil. Amma ağızda sü’ni diş olduqda vacib ehtiyata əsasən onu suya çəkmək lazım deyildir.

Nömrə 1914Məhcurlar kimlərdir?

İnsanın həyat halında istifadəsi

Məsələ 1914: İnsan ölümündən qabaq, xəstə və sağlam olmasından asılı olmayaraq, malından istədiyi qədər kiməsə bağışlaya, malı qiymətindən ucuz sata və yaxud özünün, ailəsinin, qonaqlarının istifadəsinə düşünüklü halda verə bilər.Lakin,ehtiyat müstəhəbbə əsasən,həmin xəstəliklə dünyadan getdikdə (ölüm astanasında) malının üçdə birindən çox hissəsində belə istifadə etməsin. Əgər varislərinin icazəsi ilə olsa, istisnadır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت