Naməhrəm qadının səsini dinləmək
Məsələ 2092: Ləzzət qəsdi və günaha düşməyə səbəb olmadığı halda naməhrəm qadının səsini eşitməyin eybi yoxdur. Lakin, qadın səsinin tonunu təhrik edici etməməlidir.
Məsələ 2092: Ləzzət qəsdi və günaha düşməyə səbəb olmadığı halda naməhrəm qadının səsini eşitməyin eybi yoxdur. Lakin, qadın səsinin tonunu təhrik edici etməməlidir.
Məsələ 2093: Məhkəmədə şahid durmaq və bu qəbildən olan digər mühüm işlərlə əlaqədar naməhrəm qadını tanımaqdan ötrü ona baxmaq caizdir.
Məsələ 2094: Əgər nikahda qadının bakirə olmasını şərt bilsələr, sonradan qadının bakirə olmaması mə’lum olsa, izdivacı poza bilərlər.
Məsələ 2095: Vacib ehtiyata əsasən, naməhrəm kişi və qadın heç kəsin olmadığı və gələ bilmədyi xəlvət yerdə qalmasınlar. Hətta orada namaz qılsalar belə, onların namazları iradlıdır.
Məsələ 2096: Əgər kişinin məqsədi əvvəldən mehriyyəni ödəməmək olsa, əqd düzgündür və ona mehriyyəni ödəmək vacib deyil.
Məsələ 2097: Müsəlman atadan dünyaya gələn müsəlman şəxs mürtəd olsa, yəni Allahı, Peyğəmbəri (s) və yaxud İslam dininin bariz hökmlərindən birini, məsələn namazı, orucu inkar etsə və onları inkar etməyin mənası, Allahı, Peyğəmbəri (s) inkar etmək olsa, onun izdivacı batil olur və həyat yoldaşı ondan uzaqlaşıb vəfat iddəsi, yə’ni əri ölən qadın iddəsi saxlamalıdır və sonradan evlənə bilər. Əgər qadın yaisədirsə (aybaşı olmursa) və yaxud bu vaxta qədər cinsi yaxınlıq etməyibsə, iddə saxlaması lazım deyil.
Məsələ 2098: Əgər nikah zamanı ər öz həyat yoldaşını müəyyən bir şəhərdən başqa yerə aparmamasını şərt etsə, kişi onu o şəhərdən başqa yerə apara bilməz. Əgər onun razılığı olsa, istisnadır.
Məsələ 2099: Əgər bir şəxs bir qızı öz oğluna əqd etsə, özü o qızın anası ilə evlənə bilər. Həmçinin, əgər əvvəl özü o qızın anası ilə evlənsə, o qızı oğlu üçün ala bilər.
Məsələ 2099: Əgər bir şəxs bir qızı öz oğluna əqd etsə, özü o qızın anası ilə evlənə bilər. Həmçinin, əgər əvvəl özü o qızın anası ilə evlənsə, o qızı oğlu üçün ala bilər.
Məsələ 2100: Qeyri-qanuni yolla hamilə olan qadının uşağını abort etməsi caiz deyil, onun övladı hesab olunur, yalnız ondan irs aparmır.
Məsələ 2101: Əgər bir şəxs ərsiz və başqasının iddəsində olmayan bir qadınla zina etsə, sonradan onu əqd etməsi caizdir. Əgər sonra onlardan bir uşaq dünyaya gəlsə, halal və yaxud haram nütfədən olduqlarını ayrıd edə bilməsələr, o uşaq halalzadədir.
Məsələ 2102: Əgər qadın “ərim yoxdur” desə, onun sözünü qəbul etmək olar, bir şərtlə ki, müttəhim olmasın. Əgər yaisə olduğunu desə, onun iddiasını qəbul etməyin iradı vardır.