Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1064Çox şəkk edənlərin şəkki

Şəkkə əhəmiyyət verməmək nə deməkdir

Məsələ 1064: Şəkkə əhəmiyyət verməmək dedikdə iki ehtimaldan öz faydasına olanı əsas götürmək nəzərdə tutulur. Məsələn, bir şəxs şəkk edirsə ki, səcdə və ya rükunu yerinə yetirib, onları yerinə yetirdiyini qəbul etməlidir. Bu hissələrin yerinin ötməsinin fərqi yoxdur. Sübh namazını iki və ya üç rəkət qılmasına şəkk etsə, onu iki rəkət qıldığını qəbul etməlidir.

Nömrə 1065Çox şəkk edənlərin şəkki

Namazın eyni yerində çox şəkk edən insan

Məsələ 1065: Əgər bir şəxs namazın bir hissəsi ilə bağlı çox şəkk edərsə, (məsələn, Həmd-surədə şəkk) başqa hissələrlə bağlı şəklərinə göstəriş əsasında əməl etməli, yalnız adətən üzləşdiyi şəkkə etina etməməlidir. Eləcə də, bir şəxs müəyyən bir namazda, məsələn, sübh namazında şəkk edərsə, yalnız həmin namazla bağlı şəkkinə əhəmiyyət vermir. Əgər bir şəxs yalnız müəyyən məkanda (məsələn, cəmiyyət arasında) namaz qıldıqda şəkk edərsə, yalnız həmin məkandakı şəklərinə etina etmir.

Nömrə 1067Çox şəkk edənlərin şəkki

Çox şəkk edən insan rüknü edib-etməməsinsə şəkk edərsə

Məsələ 1067: Çox şəkk edən şəxs bir rüknü (məsələn, rükunu) yerinə yetirib-yetirmədiyinə şəkk etsə və ona əhəmiyyət verməsə, sonradan yadına düşdükdə onu yerinə yetirməlidir. Əgər sonrakı rüknə daxil olmayıbsa onu yerinə yetirməsi lazımdır. Əgər sonrakı rüknə başlayıbsa, namazı batildir. Amma həmin hissə rükn olmadıqda və sonradan onu yerinə yetirmədiyini xatırladıqda, sonrakı rüknə keçənədək onu yerinə yetirməlidir. Əgər sonrakı rüknə keçsə geri qayıtmır və namazı düzgündür.

Nömrə 1068Çox şəkk edənlərin şəkki

Vasvası insanın vəzifəsi

Məsələ 1068: Vasvası şəxslər öz əminliyinə və şəkkinə əməl etməməlidir. Onlar adi fərdlər kimi hərəkət etməli, əmin olub-olmadıqlarını əsas götürməməlidirlər. Əks təqdirdə bir çox hallarda namazları batil olacaqdır.

Nömrə 1069İmam və məmumun şəkki

Camaat namazının rəkətlərində şəkk

Məsələ 1069: Əgər imam-camaat rəkətlərin sayı ilə bağlı şəkk etsə, məsələn, bilməsə ki, üç rəkət qılıb, yoxsa dörd rəkət, mə’mumlar rəkətlərin sayını bildikdə bunu işarə ilə imama anladırlar və imam bu işarəyə əsasən hərəkət edir. İmam rəkətlərin sayını bildiyi vaxt mə’mum şəkk edərsə, imama tabe olmalı, öz şəkkinə əhəmiyyət verməməlidir.

Nömrə 1071Müstəhəb namazda şəkk

Müstəhəb namazın rəkətlərində şəkk

Məsələ 1071: Əgər müstəhəb namazların rəkətlərinin sayında şəkk yaransa namaz qılan şəxs yuxarı və ya aşağı sayı götürməkdə azaddır. Yuxarı say namazı batil etdikdə, aşağı say əsas götürülür. Məsələn, bir və ya iki rəkət namaz qılındığına şəkk yarandıqda, həm bir, həm də iki rəkət əsas götürmək olar. Amma iki və ya üç rəkət namaz qılındığına şəkk yarandıqda, hökmən iki rəkəti əsas götürmək lazımdır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت