Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 2135Talağın şərtləri

Talaq verənin şərtləri

Məsələ 2135: Öz arvadına təlaq verən kişi aqil, vacib ehtiyata görə həddi-büluğa çatan olub öz ixtiyarı üzündən təlaq verməlidir. Əgər onu, arvadına təlaq verməyə məcbur etsələr, təlaq batildir. Həmçinin gərək təlaq vermək niyyəti olsun. Deməli, təlaq siğəsini zarafatyana desə düzgün deyil.

Nömrə 2136Talağın şərtləri

Talaq siğəsinin şərtləri

Məsələ 2136: Vacib ehtiyata əsasən, təlaq siğəsi düzgün ərəb dilində oxunmalıdır və iki adil kişinin onu eşitməsi vacibdir. Əgər ər özü təlaq siğəsini oxumaq istəsə, arvadının adı, məsələn, Fatimədirsə, deyir:زَوجَتىِ فَاطِمَةُ طَالِقُ(Zəvcəti Fatimətu taliqun- yəni, arvadım Fatimə arvadlıqdan azaddır).Əgər başqasını vəkil etsə, o vəkil deməlidir:زَوَجَةُ مُوَكْلِىِ فَاطِمَةُ طَالِقُ(Zəvcətu muvəkkili Fatimətu taliqun- yəni, müvəkkilimin arvadı azaddır.)

Nömrə 2137Talağın şərtləri

Talağı verilən qadının şərtləri

Məsələ 2137: Qadın təlaq zamanı heyz, nifas qanından pak olmalı və habelə, o paklıq zamanı əri onunla cinsi yaxınlıq etməməlidir. Əgər ondan qabaqkı paklıqda olan nifas və ya heyz halında onunla yaxınlıq etsə, vacib ehtiyata əsasən, təlaq kifayat deyil; ikinci dəfə aybaşı olub, sonra pak olmalıdır.

Nömrə 2138Talağın şərtləri

Heyz ya nifas hallarında talaq vermək səhih olan hallar

Məsələ 2138: Üç yerdə heyz və nifas halında təlaq vermək düzgündür:1-İzdivacdan sonra ər mütləq halda onunla cinsi əlaqədə olmayıbsa; 2-Hamilə olsa; 3-Qadın hazır olmadığı (qaib olduğu) üçün əri bilməsin və yaxud qadının pak olmasını başa düşmək onun üçün müşkül olsun.

Nömrə 2139Talağın şərtləri

Talaq heyz və nifas halında baş verərsə

Məsələ 2139: Əgər bir şəxs qadını heyz qanından pak hesab edib təlaq versə, sonradan təlaq vaxtı heyz halında olduğu mə’lum olsa təlaqı batildir. Əgər qadının heyz halında olduğunu hesab edərək təlaq versələr və sonra pak olduğu mə’lum olsa, onun təlağı düzgündür.

Nömrə 2143Talağın şərtləri

Aylıq adət qanı görməyən qadın

Məsələ 2143: Xəstəlik və yaxud başqa səbəblə əlaqədar aybaşı olmayan qadına əri təlaq vermək istəsə, onunla cinsi əlaqədə olduğu vaxtdan üç ay onunla cinsi yaxınlıqdan çəkinməli və sonra ona təlaq verməlidir.

Nömrə 2144Talağın şərtləri

Müvəqqəti izdivacın talağı yoxdur

Məsələ 2144: Müvəqqəti evlənmənin (siğənin) təlaqı yoxdur, müddəti bitdikdə və yaxud kişi ona müddəti bağışladıqda onun arvadlığından azad olur. Onun aybaşıdan paklanması və iki nəfər şəxsi şahid tutmaq lazım deyil.

Nömrə 2145Talaq iddəsi

İddə saxlamaq vacib olmayan hallar

Məsələ 2145: Ərindən təlaq alan qadın iddə saxlamalıdır; əri ümumiyyətlə onunla cinsi əlaqədə olmasa, doqquz yaşına çatmazdan öncə təlaq versə və yaxud qadın yaisə olsa, yə’ni yaşı əllini ötübsə, istisnadır. Bu halda təlaqdan sonra fasiləsiz olaraq ərə gedə bilər. Əlbəttə hicri qəməri ilə əlli yaşından yuxarı olan qadın heyzin bütün şərtlərini əks etdirən qan görərsə, yaisə olmamışdır və iddəni gözləməsi lazımdır.