Vəkalət haqqını ödəməyin vaxtı
Məsələ 1926: Əgər bir şəxsi hansısa bir işi görmək üçün vəkil təyin edib, onun üçün zəhmət haqqı nəzərdə tutsalar, işdən sonra onu ödəməlidirlər.
Məsələ 1926: Əgər bir şəxsi hansısa bir işi görmək üçün vəkil təyin edib, onun üçün zəhmət haqqı nəzərdə tutsalar, işdən sonra onu ödəməlidirlər.
Məsələ 1928: İnsanın onun üçün icra edilən bir işin müqabilində müəyyən malı verəcəyini şərt etməsinə cüalə deyilir. Məsələn, “hər kəs mənim itirdiyi şeyi tapsa ona min tumən verərəm” deməsi kimi. Bu şərti qoyan şəxsə cael və işi icra edənə isə amil deyilir. Cüalə ilə bir nəfəri bir işi görmək üçün əcir etməyin fərqi bundadır ki, icarədə əcir siğəsi oxunduqdan sonra işi yerinə yetirməlidir və onu əcir edən şəxs də ona zəhmət haqqı borclu olur. Cüalədə isə amil işə başlamaya və yaxud iş əsnasında ondan imtina edə bilər. Həmçinin, amil işini icra etməyənə qədər cail ona borclu deyil.
Məsələ 1929: Cüalənin müəyyən edilməyən və yaxud müəyyən edilən şəxslə baş tutması mümkündür. Məsələn, əgər “bir həkim uşağımın xəstəliyini müalicə etsə, filan miqdar ona verəcəyəm” və yaxud bir dalğıca “əgər mənim itirdiyimi dənizdən çıxartsan, sənə min tümən verərəm” deyə bilər və hər iki halda düzgündür.
Məsələ 1930:Cail ağıllı,həddi-büluğa çatmış olmalı,öz iradə və ixtiyarı ilə müqavilə bağlamalı və şəriət hökmlərinə əsasən, öz malından istifadə etmə hüququna malik olmalıdır. Bu baxımdan, malını əbəs yerə xərcləyən səhef adamın cüaləsi düzgün deyil.
Məsələ 1931: Müqaviləsi bağlanan iş haram olmamalı və onun əqli bir nəticəsi olmalıdır. Bu baxımdan, əgər “bir nəfər şərab içsə və yaxud gecə qaranlıq bir yerə getsə, filan məbləği ona verərəm” desə, cüalə düzgün deyil.
Məsələ 1932: Əgər bir malı müəyyən edib, məsələn, “hər kəs mənim atımı tapsa bu buğdanı ona verərəm”, desə, vacib ehtiyata əsasən, onun qiymətində tə’sirli olan miqdar və xüsusiyyətlərini müəyyən etməlidir. Əgər malı müəyyən etməsə, məsələn, “mənim atımı tapan şəxsə 100 kq. buğda verərəm” desə, buğdanın qiymətində tə’sirli olan xüsusiyyətləri müəyyən etməlidir. Lakin, əgər cail bu iş üçün müəyyən muzd tə’yin etməyib, “hər kəs mənim itirdiyimi tapsa ona pul verərəm və yaxud (məndən) bir hədiyyə qazanacaq” desə, cüalə batildir. Əgər bir nəfər bu işi görsə, onun muzdunu, yerinə yetirdiyi işin camaatın nəzərində dəyəri olduğu qədər ödəməlidir. Əgər, cailin nəzərində tutduğu məbləğ ondan az olsa, istisnadır. Bu halda nəzərində tutduğunu verməlidir.
Məsələ 1933: Əgər iş görən müqavilədən qabaq o işi icra etsə, həmçinin, müqavilədən sonra işi muzd almamaq qəsdi ilə görsə, muzd almağa heç bir haqqı yoxdur.
Məsələ 1934: Əgər bir nəfər “hər kəs mənim itirdiyim şeyi tapsa onun yarısını ona verərəm” desə və iş görən o şeyin qiymət və xüsusiyyətlərindən xəbərsiz olsa, cüalənin iradı var.
Məsələ 1935: Cail və amil işə başlamazdan öncə cüaləni poza bilər. İşə başlayandan sonra da cüaləni poza bilər, lakin, cail (cüaləni) pozarsa, nə qədər iş görübsə muzdunu ona verməlidir.
Məsələ 1936: Qeyd etdiyimiz kimi, amil işi natamam saxlaya bilər, lakin, (işi) natamam qoymaq cailin zərər və ziyanına səbəb olsa, onu başa çatdırmalıdır, əks təqdirdə isə zamindir. Məsələn, əgər xəstəyə “gözümdə əməliyyat aparsan filan məbləğdə sənə verərəm” desə və o da əməliyyata başlasa və bu işi natamam saxlamaq gözün naqis olmasına səbəb olsa, heç bir haqqı yoxdur və ona vurduğu zərər və ziyana da zamindir.
Məsələ 1937: Əgər amil, natamam qaldıqda faydasız olan bir işi yarıda saxlasa, məsələn, itən əşyanı bir az axtarıb, sonra bu işi davam etdirməsə, heç bir hüququ yoxdur. Həmçinin, işin bir miqdarını görmək faydalı olsa (məsələn, paltarın bir hissəsini tiksə), əgər muzdü tamam iş üçün şərt edibsə, yenə də heç bir hüququ yoxdur. Lakin, məqsədi hər nə qədər iş görsə, o qədər muzd almaq olsa, görülən işin muzdu dərziyə verilməlidir.
Məsələ 1938: Borc vermək çox böyük müstəhəb işlərdəndir. Qur’an ayələrində və məsumların (s) hədislərində ona çox tə’kid edilmişdir. İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) belə nəql edilib: “Müsəlman qardaşına borc verən şəxsin malı artar və mələklər ona rəhmət göndərərlər. Əgər ona borclu olan şəxslə anlaşsa, hesabsız və sür’ətlə Sirat körpüsündən keçəcək. Əgər bir şəxs müsəlman qardaşından borc istəyəndə verməsə, cənnət ona haram olar.” Həmçinin başqa rəvayatdə qeyd edilib: “Sədəqənin savabı on (10), borcun savabı isə on səkkiz qatdır”.