Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1904Musaqatın hökmləri

Bağ sahibinin ölümü ilə musaqatın hökmü

Məsələ 1904: Bağ sahibinin ölümü ilə musaqat müamiləsi pozulmur və varisləri onların canişinləri hesab olurlar. Lakin, ağaclara qulluq etmə işləri tapşırılan şəxs ölsə və şəxsən onun özünün bağbanlıq etməsini şərt ediblərsə, müamilə pozulur. Belə şərt etmədikləri halda, varisləri onun canişinləri olurlar.

Nömrə 1907Musaqatın hökmləri

Yeri ağac əkmək üçün vermək

Məsələ 1907: Ağac əkmək üçün torpağı bir şəxsə verib, məhsulun hər iki tərəfin olmasını şərt etsələr, bütün cəhətləri aydınlaşdırdıqları halda, musaqat olmamasından asılı olmayaraq, müamilə düzgündür.

Nömrə 1909Həddi-buluğa çatmamış uşağın istifadəsi

Həddi-buluğun əlamətləri

Öz mallarından istifadə edə bilməyən şəxslərə “məhcurin” deyilir.Məsələ 1909: Həddi-büluğa çatmayan uşaq öz malından istifadə edə bilməz. Həddi-büluğa çatmağın əlamətləri üç şeydən biri ola bilər:Birincisi, qəməri təqvimi ilə kişilərdə 15, qadınlarda isə 9 yaşın tamam olması.İkincisi, spermanın xaric olması;Üçüncüsü, cinsiyyət üzvünün ətrafında qalın tüklərin bitməsi;

Nömrə 1911Məhcurlar kimlərdir?

Dəli və səfehin əmlakdan istifadəsi

Məsələ 1911: Dəli və səfeh, yə’ni öz malını əbəs yerlərə sərf edən və onları, müamiləni qorumağı bacarmayan şəxs öz malından istifadə etmək hüququ yoxdur; bu kimi işlər onların qəyyumlarının nəzarəti altında olmalıdır.

Nömrə 1912Məhcurlar kimlərdir?

Müflis olmuş insanın əmlakdan istifadəsi

Məsələ 1912: Müflis, yənu borcu mövcud sərmayəsindən çox olan şəxsə borc verənlər şəriət hakimindən onu malından istifadə etməkdən məhrum etmələrini tələb etsələr, hakimin hökmündən sonra onun öz malından istifadə etmək hüququ yoxdur.

Nömrə 1914Məhcurlar kimlərdir?

İnsanın həyat halında istifadəsi

Məsələ 1914: İnsan ölümündən qabaq, xəstə və sağlam olmasından asılı olmayaraq, malından istədiyi qədər kiməsə bağışlaya, malı qiymətindən ucuz sata və yaxud özünün, ailəsinin, qonaqlarının istifadəsinə düşünüklü halda verə bilər.Lakin,ehtiyat müstəhəbbə əsasən,həmin xəstəliklə dünyadan getdikdə (ölüm astanasında) malının üçdə birindən çox hissəsində belə istifadə etməsin. Əgər varislərinin icazəsi ilə olsa, istisnadır.

Nömrə 1914Məhcurlar kimlərdir?

İnsanın ölüm ayağında əmlakdan istifadəsi

Məsələ 1914: İnsan ölümündən qabaq, xəstə və sağlam olmasından asılı olmayaraq, malından istədiyi qədər kiməsə bağışlaya, malı qiymətindən ucuz sata və yaxud özünün, ailəsinin, qonaqlarının istifadəsinə düşünüklü halda verə bilər.Lakin,ehtiyat müstəhəbbə əsasən,həmin xəstəliklə dünyadan getdikdə (ölüm astanasında) malının üçdə birindən çox hissəsində belə istifadə etməsin. Əgər varislərinin icazəsi ilə olsa, istisnadır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت