Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1821Ticarətə aid müxtəlif məsələlər

Malı satmaqda dəllalın hökmü

Məsələ 1821: Əgər malı bir şəxsə verib, onu bu qiymətə mənim üçün sat və hər nə qədər baha satsan, (xeyri) sənin olsun, desə, müamilə düzgündür və artıq miqdar dəllalınkıdır. Həmçinin, əgər bu malı bu qiymətə sənə satdım və o da, qəbul etdim desə, o qiymətdən nə qədər baha satsa, onunkudur.

Nömrə 1825Şirkət (şəriklik)

Şəriklik necə gerçəkləşir

Məsələ 1825: Əgər iki mal elə qarışsa ki, bu işin məqsədli və məqsədsiz baş verməsindən asılı olmayaraq, onları bir-birindən seçmək və ayırmaq mümkün olmasa, o malda şəriklik hasil olur. Həmçinin, şirkət siğəsini ərəb, fars və yaxud hər hansı bir dildə oxusalar və yaxud bir-birləri ilə şirkət etmək istəklərini məlum edən bir iş görsələr, onların şirkətləri siğə oxuduqları mallarda düzgündür və iki malın bir-birinə qarışdırılması lazım deyil.

Nömrə 1827Şərikliyin hökmləri

Hər kəsin öz aldığı maldan müştərək istifadə

Məsələ 1827: Əgər iki nəfər , hərənin öz e’tibarı ilə müəyyən bir mal alıb, onun qiymətinə özü borclu olmasını, lakin, malda və onun istifadəsində bir-biri ilə şərik olmalarını şərt etsələr, düzgün deyil. Amma onlardan birinin başqasını, malı onun üçün müştərək şəkildə almağa vəkil etməsinin maneəsi yoxdur, bu halda şirkətləri düzgündür.

Nömrə 1828Şərikliyin hökmləri

Şəriklərin şərtləri

Məsələ 1828: Şirkət müqaviləsi bağlamaq istəyən şəxslər həddi-büluğa çatmış və aqil olmalı, məqsədli və öz ixtiyarı ilə addım atmalıdırlar. Habelə, öz malında istifadə etmək hüququndan (öz malından istifadə etməyi bacarmayan, onu hədər yerə tələf edən ruhi xəstələr kimi) məhrum olmamalıdırlar.

Nömrə 1829Şərikliyin hökmləri

İş ilə mütənasib qazanc şərti

Məsələ 1829: Şirkət müqaviləsində, işləyən adamın çox qazanc götürməsini şərt etməyinin maneəsi yoxdur. Yaxud əksinə, işləməyən və yaxud az işləyən şəxsin çox qazanc götürməsini də şərt etmək (güzəşt və ayrı səbəblərə görə) olar. Amma, əgər bütün mənfəətləri bir nəfər götürsün, deyə şərt etsələr, düzgün deyil. Lakin, əgər bütün zərəri və yaxud onun əksər hissəsini bir nəfər ödəsin, deyə şərt etsələr, düzgündür.

Nömrə 1830Şərikliyin hökmləri

Sərməya ilə mütənasib qazanc şərti

Məsələ 1830: Şəriklərin hər biri öz sərmayələrinə uyğun mənfəət aparır və yaxud zərər çəkirlər. (Lakin,) şirkət müqaviləsində xüsusi bir şərt qeyd etsələr, istisnadır. Bu baxımdan, sərmayəsi şərikinin sərmayəsindən iki dəfə çox olan şəxsin mənfəət və zərər payı da şərikinə nisbətdə iki bərabər olacaq. Amma, paylarının bərabər olmalarını şərt ediblərsə maneəsi yoxdur.

Nömrə 1831Şərikliyin hökmləri

Şəriklikdə işin bölünməsi

Məsələ 1831: Şirkət müqaviləsində hər ikisi birgə alqı-satqı edə bilmələrini, yaxud hər biri fərdi olaraq və yaxud da yalnız onlardan birinin müamilə etməsini şərt edə bilərlər. Hər halda, müqaviləyə əsasən əməl etməlidirlər. Əgər bunu müəyyən etməsələr, heç biri digərinin icazəsi olmadan o sərmayə ilə müamilə edə bilməz.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت