Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1679Müxtəlif məsələlər

Zəkatı verməli insan olmayanda zəkatın başqa şəhərə aparılması

Məsələ 1679: Hər vaxt birinə zəkat vacib olsa, lakin o məntəqədə müstəhəq olmasa, sonradan bu məntəqədə müstəhəqq tapa biləcəyinə ümid etmədiyi halda, mütləq zəkatı ayrı məntəqəyə aparıb istifadəyə verməlidir. Vacib ehtiyata əsasən, ayrı məntəqəyə aparmaq xərcləri onun öhdəsinə düşür. Lakin, zəkat tələf olduqda, zamin deyil.

Nömrə 1667Müxtəlif məsələlər

Zəkatı ödəməkdə səhlənkarlıq

Məsələ 1667: Zəkatı ödəməkdə səhlənkarlıq etmək olmaz. Yəni zəkat vacib olan vaxtda onu fəqirə və yaxud şəriət hakiminə çatdırmalıdır. Lakin müəyyən bir fəqiri gözləsə və ya hansısa üstün cəhəti olan fəqirə vermək istədikdə, gözləyə bilər. Amma, vacib ehtiyata əsasən, bu halda zəkatı maldan ayırsın.

Nömrə 1663Zəkat niyyəti

Zəkatın növünü təyin etmək

Məsələ 1663: Bir neçə malın zəkatı vacib olan şəxs müəyyən qədər zəkat verib heç birini niyyət etməsə, bu halda, verdiyi şey onların biri ilə eyni cinsdən olsa, həmin cinsin zəkatı hesab olunur. Əgər heç biri ilə həmcins olmasa, onların hamısına bölünər. Bu baxımdan, məsələn, əgər zəkat adı ilə bir qoyun versə, qoyunun zəkatı hesab olur. Lakin, qoyun və inəkdən zəkata borclu olduğu halda müəyyən qədər gümüş pul versə, hər ikisinin arasında bölünər.

Nömrə 1587Zəkatın vacib olma şərtləri

Zəkatın vacib olma sayı

Məsələ 1587: Zəkat bir neçə şərtlə vacib olur:1. Mal sonradan qeyd ediləcək nisab həddinə çatsın.2. Sahibi həddi-büluğa çatmış və ağıllı olmalıdır.3. O maldan təsərrüf etmə qüdrətinə malik olmalıdır.4. İnək, qoyun, dəvə, qızıl və gümüş məsələsində 12 ay keçməlidir. Lakin, vacib ehtiyata əsasən, on ikinci ayın əvvəllərindən zəkat (qeyd edilənlərə) aid olur (vacib olur). Əgər bəzi şərtlər 12-ci ay əsnasında aradan getsə, zəkat ödənilməlidir.

Nömrə 1605Taxılın zəkatı

Zəkatın ölçüsü suvarılmanın növü ilə mütənasibdir

Məsələ 1605: Əgər tarla yağış və yaxud çay suyu ilə suvarılıb quyu suyuna ehtiyac olmasa və bununla belə yenə də quyu suyu ilə suvarılsa və bu işin məhsulda heç bir təsiri olmasa, zəkatı onda biri qədərdir. Yaxud əksinə, quyu suyu ilə suvarılsa və yağış ona yağsa və məhsulunda heç bir təsir qoymasa, zəkatı iyirmidə biri qədərdir.

Nömrə 1598Taxılın zəkatı

Zəkatının ödənməsində yəqin və şəkk olan dənli bitkini alan insanın vəzifəsi

Məsələ 1598: Əgər insan buğda, arpa, xurma, yaxud üzüm alsa və satıcının onun zəkatını verdiyini bilsə, zəkat ona vacib deyil. Şəkk etdiyi halda da heç nə ona vacib deyil. Lakin, onun zakətını vermədiyini bilsə (həmin) zəkat daxilində olan alver batildir, lakin, şəriət hakimi icazə versə, istisnadır. Belə olan halda zəkat miqdarının qiymətini satıcıdan alırlar. İcazə vermədikdə zəkatı alıcıdan alacaqlar. Əgər alıcı onun miqdarını satıcıya veribsə, onu geri ala bilər.

Nömrə 1662Zəkat niyyəti

Zəkatda qürbət qəsdi

Məsələ 1662: Zəkatda qürbət qəsdi şərtdir. Yəni zəkat Allah-taalanın əmrinə itaət etmək üçün verilməlidir. Gərək niyyətində malın və yaxud fitrənin zəkatı olmasını müəyyən etsin. Lakin, əgər buğda, arpa və başqa şeylərin zəkatını verirsə, zəkatın hansının olmasını müəyyən etməsi lazım deyil.