Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1641Zəkat hara xərclənir

Zəkat səkkiz yerdə istifadə olunur

Məsələ 1641: Zəkat aşağıda qeyd edilən səkkiz yerin birində istifadə edilməlidir:1-2 ― Fəqir və miskinlərə; Bunlar özlərinin, ailələrinin illik xərclərini tə’min edə bilməyən şəxslərdir. Fəqirlə miskinin fərqi, fəqirin heç kəsdən bir şey ummamasında, ehtiyaclı miskinin isə (bir şey) ummasındadır. Sənəti, mülkü, sərmayəsi və yaxud qazancı olan şəxslər məişətlərini tə’min edə bilmədiyi hallarda fəqir sayılırlar və məişət çatışmazlıqlarını zəkatdan götürə bilərlər.3-İmam, yaxud onun naibi tərəfindən zəkatı yığmağa, saxlamağa, hesablamağa və yaxud onu İmam (əleyhis-salam)-a, naibinə və yaxud istifadə olunması üçün lazımi yerlərə çatdırmağa vəzifəli şəxs zəhmət çəkdiyi qədər zəkatdan istifadə edə bilər.4-Zəkat almaqla (imanı) güclənən və ya İslam dininə marağı artan zəif imanlı şəxslərə;5-Qulların alınıb və azad olunmasına;6-Öz borcunu verə bilməyən borclu şəxslərə;7-“Səbilillah”(Allah yolunda), yə’ni, ümumi dini faydası olan məscid, dini məktəblər, təbliğat mərkəzləri tikmək, (müxtəlif yerlərə dini) təbliğatçı göndərmək, faydalı dini kitablar nəşr etmək , qısası hər bir vasitə ilə İslama faydası olan işlər görmək, xüsusi ilə Allah yolunda cihad etmək;8-İbnüs-səbil. Səfərdə yolda qalan ehtiyaclı şəxs ehtiyacını təmin edə bilən qədər zəkatdan istifadə edə bilər. Baxmayaraq ki öz yashadığı yerdə ehtiyacsizdir.

Nömrə 1595Taxılın zəkatı

Zəkat vacib olandan sonra sahibinin ölümü

Məsələ 1595: Əgər (malın) sahibi zəkat vacib olandan sonra ölsə, zəkat onun malından verilməlidir. Lakin, zəkat vacib olmamışdan qabaq ölərsə, zəkat varislərin öhdəsindədir. Yənin hər birinin payı nisab həddinə çatarsa, zəkatını verməlidirlər.

Nömrə 1586Zəkat

Zəkatı düşən mallar

Məsələ 1586: Zəkat 9 şeyə vacibdir: 1-Buğda; 2-Arpa; 3-Xurma; 4-Üzüm (kişmiş); 5-Qızıl; 6-Gümüş; 7-Qoyun; 8-İnək; 9. Dəvə. Əgər bir şəxs bu 9 şeydən birinin sahibi olsa, gərək sonradan qeyd ediləcək məsələlərdə bəyan edilən şərtlər əsasında müəyyən miqdarını təyin edilmiş yerlərdə istifadə etməlidir. Habelə, hər il iş, qazanc, alverin sərmayəsindən, həmçinin başqa taxıllardan (buğda, arpa, xurma, kişmişdən başqa) zəkat vermək müstəhəbdir.

Nömrə 1629 Qoyunun nisabı

Zəkatı qoyunun özündən vermək vacib deyil

Məsələ 1629: Zəkatı qoyunların özündən vermək icbari deyil, əgər ayrı qoyundan da versə caizdir. Habelə, qoyun, inək və dəvənin yerinə onların pulunu da verə bilər. Əgər müstəhəqqə heyvanın özünün verilməsi faydalı olarsa, vacib ehtiyata əsasən, bu halda onun özünü verməlidir.