Qadın xəstə halında ərə getsə və həmin xəstəliklə dünyasını dəyişsə
Məsələ 2402: Qadın xəstə halda ərə getsə və bu halda dünyasını dəyişsə ər ondan irs götürür. Burada yaxınlıq edib-etməməyin fərqi yoxdur.
Məsələ 2402: Qadın xəstə halda ərə getsə və bu halda dünyasını dəyişsə ər ondan irs götürür. Burada yaxınlıq edib-etməməyin fərqi yoxdur.
Məsələ 2403: Qadına təlaq hökmündə qeyd olunduğu kimi ric’i təlaq verilsə (boşansa) və iddə vaxtında ölsə, ər ondan irs götürür. Qadının iddə vaxtında ər də ölsə qadın ondan irs alır. Amma bain təlaq (boşanma) iddəsində ər və arvaddan biri ölsə digəri ondan irs götürmür.
Məsələ 2404: Əgər ər xəstəlik halında zövcəsini boşasa və bir ildən sonra (qəməri il) dünyasını dəyişsə, qadın üç şərtlə irs götürür: ər həmin xəstəliklə dünyasını dəyişsin; qadın təlaq və iddədən sonra ərə getməmiş olsun; qadının boşanmaya razılığı olmasın. (Əgər razılığı olmuşsa, onun irs götürməsi müşküldür.)
Məsələ 2405: Ərin öz zövcəsi üçün aldığı libaslar, zinət əşyaları və bu kimi şeylər zövcənin malıdır. Bir şərtlə ki, yalnız bəzənmə məqsədi ilə alındığı sübuta yetməsin.
Məsələ 2353: Əgər meyitin öz əmisi, bibisi, dayısı və xalası, eləcə də onların övladları olmazsa, növbə meyitin ata-anasının əmisi, bibisi, dayısı və xalasına çatır. Onlar olmadıqda irs övladlarına verilər; övladlar da olmasa baba və nənənin əmisi, bibisi, dayısı və xalasına irs çatır; onlar da olmadıqda irs övladlarına verilir.
Məsələ 2406: Kişi dünyasını dəyişdikdə onun Qur’anı, üzüyü, qılıncı, libası (geydiyi və ya geymək üçün hazır saxladığı libas) böyük oğulun malıdır. Əgər meyit sadalanan şeylərdən ikisinə malik olmuşsa (məsələn, iki üzük) onların hər birindən istifadə etdiyi halda hamısı böyük oğula çatır.
Məsələ 2407: Meyitin borcu olsa və bu borc mal qədərində və ya maldan artıq həddə çatsa, yuxarıda adı çəkilən dörd şey böyük oğula verilmir, satılıb borcların ödənməsinə xərclənilir. Amma mal borcdan çox olarsa və borcu ödədikdən sonra vərəsələr üçün kifayət qədər mal qalarsa, həmin dörd şey böyük oğula çatır.
Məsələ 2408: Müsəlman kafirdən irs götürür, kafir meyitin atası və ya oğlu olsa da, müsəlmandan irs götürmür.
Məsələ 2409: Bir şəxs öz yaxın qohumlarından birini bilərəkdən və ya bilmədən öldürsə, ondan irs payı almır. Amma bilmədən öldürərsə, irs götürər. Məsələn, havaya atdığı vaxt təsadüfən həmin şəxsə dəyib öldürərsə, meyitdən irs payı çatır. Bu halda ehtiyata əsasən qətlin diyəsindən həmin şəxsə pay düşmür.
Məsələ 2410: Əgər meyitdən ana bətnində övlad qalarsa, eyni vaxtda övlad, ata və ana kimi varislər olarsa, irs bölərkən bətndəki körpə üçün iki oğlan övladının payı ayrılmalıdır. Dünyaya diri gəlsə irs ona çatdırılır. Bir oğlan və ya bir qız doğulsa, artıq qalan pay vərəsələr arasında bölünür. Əgər onunla birlikdə başqa varis olmazsa, sağ-salamat doğulduqda bütün mal ona çatır. Əks təqdirdə irs varislər arasında bölünür.
Məsələ 2411: Düşmənin İslam məmləkətləri və onların sərhəddinə hücumu müqabilində müsəlmanların müdafiəyə (difaya) qalxması vacibdir. Difada insanın hücum edilən məmləkətdə yaşaması şərt deyil. Əcnəbilərin İslam məmləkətlərinə və İslami müqəddəsliklərə hücumu qarşısında bütün dünya müsəlmanlarının bir-birini müdafiə etməsi zəruridir. Müsəlmanlar malları, canları, istənilən bir vasitə ilə müdafiəyə qalxmalıdırlar. Bu işdə şər’i hakimin icazəsinə ehtiyac yoxdur. Amma müdafiə proqramlarının nizamlı şəkildə həyata keçməsi üçün şər’i hakimin nəzarəti altında imkan daxilində agah və e’tibarlı komandan tə’yin olunmalıdır.
Məsələ 2412: Əgər müsəlmanlar əcnəbilərin bilavasitə və ya daxili amillər vasitəsi ilə İslam məmləkətinə hücumundan ehtiyatlansalar bütün mükəlləflərə vacibdir ki,istənilən bir vasitə ilə bu hücum qarşısında dayanıb İslam məmləkətini müdafiə etsinlər.