Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 66Ayaqyolu hökmləri

İstibra edərkən bədənin vəziyyəti

Məsələ 66: Sidik və ya nəcis çıxacağını yuyan vaxt üzü qibləyə və ya arxası qibləyə olmağın eybi yoxdur. Amma “istibra” (sidik kanalının şəriət qaydasında təmizlənməsi) zamanı vacib ehtiyata əsasən üzü qibləyə və ya arxası qibləyə oturmaq olmaz.

Nömrə 212

İstihalənin tərifi və hökmü

Məsələ 212: Əgər murdarın əsli elə dəyişilsə ki, ona başqa ad verilsin, paklanmış sayılar. Məsələn, it duzluğa düşüb duza çevrilərsə paklanar. Murdarlanmış şey başdan-başa dəyişdikdə paklanır. Məsələn, murdar ağac yanıb kül olarsa, murdar su buxara çevrilərsə paklanar. Amma forma dəyişikliyi, məsələn, buğdanın una çevrilməsi onu paklamır.

Nömrə 212İstihalə (dəyişmə)

Nömrə 217İnqilab (dəyişmə növü)

Çöpləri ilə olan üzümdən sirkə hazırlamaq

Məsələ 217: Üzümü çöpləri ilə sirkəyə töksələr, adətən, sirkə olmazdan qabaq şəraba çevrilir. Bu maye daha sonra sirkə halına düşür. Bu vaxt pak olur. Amma xiyar, badımcan və bu kimi şeyləri sirkəyə tökərlərsə vacib ehtiyata əsasən ondan çəkinmək lazımdır.