Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1504Qazanc və işdən gələn mənfəət

Xümsü çıxarılmış və çıxarılmamış əmlakları ayırmaq və xümsü çıxarılmamış pulu xərcləmək

Məsələ 1504: Kəsb və ticarətdən müəyyən qədər gəlir əldə edən bir şəxsin, xümsü vacib olmayan və yaxud xümsü verilmiş başqa malı da olsa, o iki malı bir-birindən ayırması vacib deyildir. Hər ikisindən xərcləyə bilər və ilin sonunda yalnız keçən ilin xumsu çıxarılmış sərmayəsinə əlavə olanın xumsunu çıxaracaqdır.

Nömrə 1474Xüms

Xümsün yeddi qismi

Məsələ 1474: Yeddi şeydə xüms vacibdir: 1-Qazanc və iş mənfəəti; 2-Mə’dən; 3-Xəzinə; 4-Harama qarışmış halal mal; 5-Dalğıclıq vasitəsi ilə əldə edilən cəvahirat; 6-Müharibə qənimətləri; 7-Zimmi kafirin müsəlmandan aldığı torpaq (Vacib ehtiyata əsasən).

Nömrə 1519Qazanc və işdən gələn mənfəət

Xümsünü verdiyinə şəkki olan maldan istifadə

Məsələ 1519: İnsan bir malın xümsünün verilmədiyini yəqin etdiyi halda ondan istifadə edə bilməz. Lakin bir kəsin malının xümsünü verib-vermədiyində şəkk etdiyi halda o maldan istifadə etməsi caizdir. Belə bir şəxsin verdiyi hədiyyəni almaq, onunla alver etmək, verdiyi ziyafətdə iştirak etməyin eybi yoxdur və bu haqda araşdırma aparmaq lazım deyil.

Nömrə 673Zöhr və əsr namazları

Xüsusi və müştərək vaxtlar

Məsələ 673: Günorta və ikindi namazlarının xüsusi və müştərək vaxtı var. Günorta namazının xüsusi vaxtı günortadan başlayır və dörd rəkət namaz vaxtınadək davam edir. İkindi namazının xüsusi vaxtı qüruba ikindi namazı həddində vaxt qalanadəkdir. Günorta namazı həmin vaxtadək qılınmasa qəzaya getmişdir və ikindi namazı qılınmalıdır. Göstərilən iki vaxt arasındakı vaxt günorta və ikindi namazlarının müştərək vaxtıdır.

Nömrə 676Şam və işa namazları

Xüsusi və müştərək vaxtlar

Məsələ 676: Şam və xiftən namazlarının da xüsusi və müştərək vaxtı var. Şam namazının xüsusi vaxtı qürubdan başlayır və üç rəkət müddətində davam edir. Müsafir xiftən namazını tam şəkildə həmin vaxtda qılarsa səhvən olsa belə, namazı batildir. Xiftən namazının xüsusi vaxtı gecə yarıya dörd rəkətlik vaxt qalandan başlayır. Bir şəxs bilərəkdən şam namazını həmin vaxtadək yubatsa namazı qəzaya getmişdir və xiftən namazını qılmalıdır. Qeyd olunan iki vaxt arasındakı vaxt müştərək sayılır. Həmin vaxtda bir şəxs səhvən xiftən namazını şam namazından qabaq qılarsa və sonradan bunu başa düşərsə, namazı düzgündür və şam namazını qılmalıdır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت