Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1798Nisyə və nağd ticarət

Vaxt yetişməmiş əvəzi istəmək

Məsələ 1798: Bir mal nisyə satıldıqda, müddət vaxtı sona çatmazdan qabaq onun əvəzini tələb edə bilməz. Lakin, müştəri dünyadan köçəndən sonra, hətta, vaxt sona çatmazdan öncə, satıcı borcunu meyyitin malından tələb edə bilər.

Nömrə 1846Sülhün hökm və şərtləri

Vaxtı hələ çatmamış borcun müsaləhəsi

Məsələ 1846: Əgər birinin başqasında vaxtı çatmayan borcu varsa, borcunu az bir miqdarla sülh etsə və məqsədi də bu olsa ki, alacağının bir miqdarını (ona) bağışlasın və qalanını isə nəqd alsın, (bunun) eybi yoxdur. Məsələn, altı aydan sonra 10 min tumən alacağı var, onun min tumənindən imtina edib, qalanını qarşı tərəfin razılığı ilə nəqd şəkildə alır.

Nömrə 1059Vaxtı keçəndən sonra şəkk

Vaxtı keçəndən sonra şəkkin əhəmiyyəti yoxdur

Məsələ 1059: Namazın vaxtı keçdikdən sonra namazın qılınıb-qılınmaması ilə bağlı şəkkə əhəmiyyət verilmir. Hətta qılmadığını güman etsə də bu hökm gücündədir. Amma namazın vaxtı ötməmiş belə bir şəkk yaransa, hətta namazı qıldığını güman etsə belə onu yenidən yerinə yetirməlidir.

Nömrə 1060Vaxtı keçəndən sonra şəkk

Vaxtı keçəndən sonra dörd rükət namaz qıldığını amma zöhr yoxsa əsri qıldığını bilməyən insan

Məsələ 1060: Əgər günorta və ikindi namazlarının vaxtı ötdükdən sonra cəmi dörd rəkət qıldığını bilərsə və hansı niyyətlə qıldığını bilməzsə, istər günorta, istər ikindi namazı olsun, vacib namazın qəzası niyyəti ilə dörd rəkət namaz qılmalıdır. Amma şam və xiftən namazlarının vaxtı ötdükdən sonra onların hansı birini qıldığını bilməsə, həm şam, həm də xiftən namazlarının qəzasını yerinə yetirməlidir.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت