Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 2427Bank və xeyriyyə fondlarının iqtisadi əməliyyatları

Əmək haqqı almağın hökmü

Məsələ 2427: Xeyriyyə fondlarının əmək haqqı ünvanında pulların saxlanması üçün verdiyi haqlar halaldır. Amma vacib ehtiyat budur ki, bu məbləğ bankın ümumi xərclərinə uyğun olsun. Belə olmasın ki, pulun qazancı əmək haqqı adı ilə alınsın. Xeyriyyə fondları (qərzül-həsənə sandıqları) verilən borc müqabilində heç bir şərt qoya bilməz. Məsələn, deyə bilməzlər ki, verilən borca görə işçiyə əmək haqqı verilməlidir. Demək, alınan əmək haqqı borcdan ayrı olmalıdır.

Nömrə 2429Səftə (veksel) və çek

Səftənin tərifi, səftənin qisimləri və çek

Məsələ 2429: “Siftə” dedikdə pul yox, borcu təsdiqləyən sənəd nəzərdə tutulur. Bu kağızla müamilə başa çatmır. Siftə iki qisimdir:1. Borclunun borc sahibinə verdiyi siftə həqiqi siftədir;2. Bir dostun borclu olmadığı dosta verdiyi siftə dostcasına siftədir. Dostcasına siftə verilir ki, bu siftə üçüncü bir şəxsə çatdırılsın və ondan nağd pul götürülsün. “Çek” də siftə kimi iki qisimdir: 1. Həqiqi və müddətli çek bir şəxsin o birindən tələbini göstərir. (Məsələn, mal əvəzində çek verilir.) Bu qəbil müddətli çeki aşağı qiymətə tələbkar şəxsə nağd vermək olar. Onu üçüncü bir şəxsə az qiymətə satmaq da olar; 2. Dostcasına çek odur ki, bu çek tələb edilmədiyi halda verilir. Belə bir halda onunla müamilə edilməsinə irad var.

Nömrə 2430Səftə (veksel) və çek

Səftənin alğı-satqısı

Məsələ 2430: Həqiqi siftəni bir şəxs başqa birinə aşağı məbləğə versə, (üç ay müddəti olan 1000 manatlıq siftəni 900 manata nağd dəyişsə) bu qəbil siftə müamiləsinə irad yoxdur. Amma dostcasına siftə ilə müamiləyə irad var. Çünki burada həqiqi borc yoxdur. Problemin aradan qaldırılması üçün göstərilən yolların heç biri nöqsansız deyil.

Nömrə 2432Səftə (veksel) və çek

Valyutaların alğı-satqısı

Məsələ 2432: Müxtəlif valyutaların müamiləsi halaldır. Yə’ni İran pulunu Səudiyyə rialına müamilə etmək olar. Amma bir şəxsə müəyyən miqdarda borc verən şəxs həmin pulun İran və ya xarici pul olmasından asılı olmayaraq, verdiyi qədər ala bilər. Aldığı artıq sələm sayılır və haramdır. Məsələn, bir şəxs 100 dollar borc versə, sonra əvəzində iran rialı almağa məcbur olsa, günün qiyməti ilə hesablaşmalıdır.Məgər belğ ki,tələbkar ondan azına razı olsun.

Nömrə 2433Sərqofli

Sərqofli nə deməkdir və onun şərtləri

Məsələ 2433: “Sərqofli” dedikdə icarəçinin sahibə ödədiyi və ona icarədə üstünlük haqqı verən pul nəzərdə tutulur. Bu pulu ödəyən icarəçi mülkün icarəsində başqalarından önəmli haqqa malikdir. Qədimdə sərqofli olmamışdır. Bu gün belə bir məfhumdan istifadə olunur və sərqofli aşağıdakı şərtlərlə düzgün sayılır:Sərqofli miqdarı mə’lum olmalıdır. Tərəflər razılıqla müamiləni yerinə yetirməlidir. Onlar büluğ həddinə çatmış, ağıllı, yetkin olmalı, sərqofli və onun şərtlərini bilməlidirlər.

Nömrə 2434Sərqofli

Mülkü icarə vermək

Məsələ 2434: Mülk sahibi öz mülkünü icarəyə verib icarə haqqından əlavə sərqofli ala bilər. Bu halda sahib icarə haqqı başa çatsa da öz mülükünü başqasına icarəyə verə bilməz. Amma sərqofli ödəmiş icarəçi razı olsa, mülkü başqa birinə icarəyə vermək olar. Birinci icarəçi mülkün sərqoflini başqa birinə az və ya çox qiymətə həvalə edə bilər.

Nömrə 2435Sərqofli

Sərqofli ödənmiş mülkün icarə müddəti başa çatsa

Məsələ 2435: Əgər sərqofli ödənmiş mülkün icarə müddəti başa çatsa, sahib mülkü həmin icarəçiyə və ya onun razılıq verdiyi başqa birinə təqdim etməyə vəzifəlidir. Belə bir məqamda icarə haqqı günə uyğun mütəxəssis qiyməti əsasında tə’yin edilir.

Nömrə 2436Sərqofli

Sərqofli odənməmiş mülkün icarə müddəti başa çatsa

Məsələ 2436: Mülkü icarəyə götürmüş və sərqofli ödəməmiş şəxs sərqofli müddəti başa çatdıqdan sonra ev sahibindən icazəsiz həmin mülkdə qala bilməz. Əgər evi boşaltmasa qəsbkar və mülkə zamin sayılır. İcarə qiyməti, artımlar onun öhdəsinədir. Mülk sahibinin icazəsi olmadan belə birindən mülkü icarəyə götürmək olmaz.

Nömrə 2437Sərqofli

Sərqofli verməklə mülkü icarəyə götürmək

Məsələ 2437: Bir şəxs sərqofli verməklə bir mülkü icarəyə götürsə, icarə müddəti tamam olmamış mülkü digər birinə icarəyə verə bilər. O həmin şəxsdən istədiyi miqdarda sərqofli ala bilər. İcarəçinin dəyişməsində mülk sahibinin də razılığı şərtdir. Amma bu haqq öncədən icarəçiyə verilmişsə, mülk sahibinin razılığına ehtiyac yoxdur.

Nömrə 2438Sığorta

Sığortanın tərifi

Məsələ 2438: Sığorta sığortalanan şəxs və sığorta şirkəti arasında müqavilədir. Sığortalanan şəxs şirkət və ya şəxsə ödədiyi pul müqabilində düşdüyü zərərlərin ödənməsini həmin tərəfdən tələb edə bilər. Ticarət malları, tikililər, avtomobillər, gəmilər, təyyarələr, fəhlə və qulluqçular, insanın həyatı və bu kimi digər şeylər sığortalana bilər.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت