Vəsi ya da qəyyum olduğunu iddia edən insan
Məsələ 2350: Bir şəxs meyitin vəsisi olduğunu iddia etsə, mala və ya övladlara qəyyum tə’yin edildiyini bildirsə, yalnız iki ədalətli kişi onun dediklərini təsdiqlədikdə iddiası qəbul olunur.
Məsələ 2350: Bir şəxs meyitin vəsisi olduğunu iddia etsə, mala və ya övladlara qəyyum tə’yin edildiyini bildirsə, yalnız iki ədalətli kişi onun dediklərini təsdiqlədikdə iddiası qəbul olunur.
Məsələ 2352: Qohumluq səbəbindən irs çatanlar üç qrupdur: 1. Meyitin atası, anası və övladları; övlad olmadıqda silsilə boyu övladın övladı (əlbəttə ki, onlardan meyitə daha yaxın olanı); nə qədər ki, bu qrupdan bir nəfər var, ikinci qrupa irs çatmır.2. Meyitin atası, babası və silsilə boyu babalar; meyitin anası, nənəsi və yuxarı getdikcə nənələri (nənə həm ata, həm də ana tərəfindən ola bilər); bacı və qardaş, bacı və qardaş olmadıqda onların övladları, övladlarının övladları; hansı meyitə daha yaxınsa, o da irs aparır; nə qədər ki, bu qrupdan bir nəfər var, üçüncü qrupa irs çatmır.3. Əmi və bibi, dayı və xala, silsilə boyunca onların övladları; hansı meyitə daha yaxınsa, o da irs aparır; nə qədər ki, əmi və bibi, dayı və xaladan biri sağsa onların övladlarına irs çatmır; onların övladları sağ ikən övladlarının övladlarına irs verilməz; amma bir istisna var: əgər meyyitin atadanbir əmisi, atadanbir əmisinin oğlu, anadanbir əmisinin oğlu varsa, atadanbir əmiyə irs çatmır, mal ata və anadanbir əminin oğluna verilir.
Məsələ 2355: Əgər meyitin varisi birinci qrupdan yeganə şəxs olarsa (məsələn, ata və ya ana, ya da bir oğul və ya bir qız) meyitin bütün malı ona çatır. Əgər bir neçə oğul və ya bir neçə qız olarsa, mal onlar arasında bərabər bölünür. Əgər həm qız, həm də oğlan övladlar varsa mal elə bölünər ki, oğlanlar iki, qızlar bir pay götürsün.

Məsələ 2356: Əgər meyitin varisi yalnız onun ata və anası olarsa, mal üç hissəyə bölünür. İki hissəsi ataya, bir hissəsi anaya verilir. Amma meyitin iki qardaşı və ya dörd bacısı, ya bir qardaş iki bacısı olarsa, bütün övladlar ata-anadan və atadanbir olduqda ana malın altıda birini götürür, qalan hissə ataya çatır.
Məsələ 2357: Əgər meyitin varisi yalnız ata, ana və bir qız olsa, mal beş yerə bölünür, ata və ananın hər biri bir pay, qız üç pay götürür. Meyitin atadanbir iki qardaşı, ya dörd bacısı, ya da bir qardaş və iki bacısı olarsa, mal altı hissəyə bölünür, ata və ana hər biri bir pay, qız üç pay götürür. Qalan bir pay ata və qız arasında bölünür. Vacib ehtiyat budur ki, onlar ikisi bölgüdə razılaşsın.
Məsələ 2358: Əgər meyitin varisi yalnız ata və ana, bir oğul olsa, mal altı hissəyə bölünür, ata və ana hər biri bir pay götürür, oğula dörd pay çatır. Əgər bir neçə oğul və ya qız olarsa, qalan dörd hissə onlar arasında bərabər bölünür. Əgər həm oğul, həm də qız olsa, mal elə bölünür ki, hər oğul qıza münasibətdə iki pay götürsün.
Məsələ 2359: Əgər meyitin varisi yalnız ata və bir oğul, ya da ana və bir oğul olarsa, mal altı hissəyə bölünür, bir pay ata və anaya, beş pay oğula düşür.
Məsələ 2360: Əgər meyitin varisi yalnız ata, ya da oğul və qızla ana olsa, mal altı hissəyə bölünür, bir pay ata və ana götürür, qalan beş pay oğula iki, qıza bir pay verməklə bölünür.
Məsələ 2361: Əgər meyitin varisi yalnız ata və bir qız, ya ana və bir qız olarsa, mal dörd hissəyə bölünür, bir pay ata və ya anaya, üç pay qıza verilir.
Məsələ 2362: Əgər meyitin varisi ata və bir neçə qız, ya da ana və bir neçə qız olarsa, mal beş hissəyə bölünür, bir pay ata və ya anaya düşür, qalan dörd pay qızlar arasında bərabər bölünür.