Naməhrəm qadının bədəninə həkimin baxması
Məsələ 2089: Zəruri halda kişi həkimin naməhrəm qadına müayinə və müalicə üçün baxması caizdir.
Məsələ 2089: Zəruri halda kişi həkimin naməhrəm qadına müayinə və müalicə üçün baxması caizdir.
Məsələ 2090: Vacib hicab məsələsində qadın bədəninin üz və əlinin biləyə qədər hissəsindən başqa yerini hər vasitə ilə örtə bilər, xüsusi paltar şərt sayılmır. Lakin dar, bədənə yapışan və habelə bəzək paltarlarını geyinməyin eybi var.
Məsələ 2091: Kişinin evlənmək istədiyi qadının bədəninə yaxşı- pis xüsusiyyətlərini öyrənmək məqsədi ilə baxması caizdir. Əgər bir dəfə baxmaqla məqsədi hasil olmasa, bir neçə dəfə, müxtəlif məclislərdə (onun bədəninə) baxa bilər.
Məsələ 2092: Ləzzət qəsdi və günaha düşməyə səbəb olmadığı halda naməhrəm qadının səsini eşitməyin eybi yoxdur. Lakin, qadın səsinin tonunu təhrik edici etməməlidir.
Məsələ 2093: Məhkəmədə şahid durmaq və bu qəbildən olan digər mühüm işlərlə əlaqədar naməhrəm qadını tanımaqdan ötrü ona baxmaq caizdir.
Məsələ 2094: Əgər nikahda qadının bakirə olmasını şərt bilsələr, sonradan qadının bakirə olmaması mə’lum olsa, izdivacı poza bilərlər.
Məsələ 2095: Vacib ehtiyata əsasən, naməhrəm kişi və qadın heç kəsin olmadığı və gələ bilmədyi xəlvət yerdə qalmasınlar. Hətta orada namaz qılsalar belə, onların namazları iradlıdır.
Məsələ 2096: Əgər kişinin məqsədi əvvəldən mehriyyəni ödəməmək olsa, əqd düzgündür və ona mehriyyəni ödəmək vacib deyil.
Məsələ 2097: Müsəlman atadan dünyaya gələn müsəlman şəxs mürtəd olsa, yəni Allahı, Peyğəmbəri (s) və yaxud İslam dininin bariz hökmlərindən birini, məsələn namazı, orucu inkar etsə və onları inkar etməyin mənası, Allahı, Peyğəmbəri (s) inkar etmək olsa, onun izdivacı batil olur və həyat yoldaşı ondan uzaqlaşıb vəfat iddəsi, yə’ni əri ölən qadın iddəsi saxlamalıdır və sonradan evlənə bilər. Əgər qadın yaisədirsə (aybaşı olmursa) və yaxud bu vaxta qədər cinsi yaxınlıq etməyibsə, iddə saxlaması lazım deyil.
Məsələ 2098: Əgər nikah zamanı ər öz həyat yoldaşını müəyyən bir şəhərdən başqa yerə aparmamasını şərt etsə, kişi onu o şəhərdən başqa yerə apara bilməz. Əgər onun razılığı olsa, istisnadır.
Məsələ 2099: Əgər bir şəxs bir qızı öz oğluna əqd etsə, özü o qızın anası ilə evlənə bilər. Həmçinin, əgər əvvəl özü o qızın anası ilə evlənsə, o qızı oğlu üçün ala bilər.
Məsələ 2099: Əgər bir şəxs bir qızı öz oğluna əqd etsə, özü o qızın anası ilə evlənə bilər. Həmçinin, əgər əvvəl özü o qızın anası ilə evlənsə, o qızı oğlu üçün ala bilər.