Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 808Namazqılanın yerinə aid müxtəlif məsələlər

Dayanmaq haram olan yerdə namaz qılmaq

Məsələ 808: Əgər bir yerdə dayanmaq haramdırsa (Məsələn, uçmaqda olan bir yerdə) orada namaz qılınmamalıdır. Namaz qılınarsa belə, vacib ehtiyat budur ki, həmin namaz təzələnsin. Eləcə də üzərində dayanmaq və oturmaq haram olan bir yerdə (məsələn, Allahın adı yazılmış xalça üzərində) namaz qılmağın hökmü yuxarıdakı kimidir.

Nömrə 810Namazqılanın yerinə aid müxtəlif məsələlər

Məsumların

Məsələ 810: Namaz qılan şəxs ədəbə riayat edərək Peyğəmbər və mə’sum imamların qəbrindən öndə dayanmamalıdır. Əgər onun namazı müqəddəsliklərə hörmətsizlik sayılarsa, haramdır və belə bir namaza irad var. Başqa hallarda isə namaz batil olmaz.

Nömrə 814Namazqılanın yerinə aid müxtəlif məsələlər

Başqasının girə bilmədiyi yerdə naməhrəm qadın və kişinin namaz qılması

Məsələ 814: Kişinin naməhrəm qadınla başqalarının daxil ola bilmədiyi xəlvət bir yerdə olmasının eybi var və vacib ehtiyat budur ki, oranı tərk etsinlər. Belə bir yerdə namaz qılmağın da eybi var. Eləcə də, şərab içilən, qumar oynanılan, qeybət edilən günah məclisləri kimi yerlərdə namaz qılınmasına irad var.

Nömrə 814Namazqılanın yerinə aid müxtəlif məsələlər

Günah məclisində namaz

Məsələ 814: Kişinin naməhrəm qadınla başqalarının daxil ola bilmədiyi xəlvət bir yerdə olmasının eybi var və vacib ehtiyat budur ki, oranı tərk etsinlər. Belə bir yerdə namaz qılmağın da eybi var. Eləcə də, şərab içilən, qumar oynanılan, qeybət edilən günah məclisləri kimi yerlərdə namaz qılınmasına irad var.

Nömrə 816Namaz qılmaq müstəhəb olan yerlər

Məsciddə namaz

Məsələ 816: Namazın məsciddə qılınması müstəhəbdir və bu məsələ xüsusi vurğulanır. Namaz üçün Məscidül-Həram, sonra Məscidün-Nəbi, sonra Kufə məscidi, sonra Beytül-Müqəddəs məscidi, sonra şəhərin Came məscidi, sonra isə məhəllə və bazar məscidi üstün sayılır.

Nömrə 821Namaz qılmaq məkruh olan yerlər

Bir neçə yerdə namaz qılmaq məkruhdur

Məsələ 821: Yaxşı olar ki, bir neçə yerdə namaz qılınmasın: Hamam, şoran torpaq, oturmuş və ya dayanmış insanın qarşısında, açıq qapının qarşısında, yollarda, get-gələ mane olacaq təqdirdə küçələrin kənarında. Əgər küçənin kənarında namaz qılınması insanlara əziyyət yaradarsa bu iş haramdır. Eləcə də od qarşısında, çıraq önündə, mətbəxdə, od kürəsi olan yerdə, quyu qarşısında, kanalizasiya axan quyu qabağında, ruhu olan əkslərlə üzbəüz namaz qılmamaq daha yaxşıdır. Amma bu əkslərin önündə pərdə olarsa eybi yoxdur. Namaz qılanla üz bəüz olmasa da əks olan yerdə, qəbirlərin önündə, qəbir üstündə, qəbristanlıqda, cənabətli şəxs olan otaqda namaz qılmamaq yaxşıdır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت