Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 2123Məhrəmliyə səbəb olan süd vermənin şərtləri

Bu insanlara süd verməklə qadın öz ərinə haram olmur

Məsələ 2123: Əgər qadın ərinə məxsus olan süddən aşağıdakı şəxslərə süd versə əri ona haram olmur lakin, bu işi etməməsi daha yaxşıdır:1-Öz bacı və qardaşına;2-Öz əmisi, bibisi, dayısı və xalasına;3-Əmisi və dayısı övladlarına;4-Öz qardaşı övladlarına;5-Ərinin qardaşını, yaxud ərinin bacısına;6-Öz bacısı uşaqları və yaxud ərinin bacısı uşaqlarına;7-Ərinin əmisi, bibisi, dayısı və xalasına;8-Ərinin başqa arvaddan olan nəvəsinə;

Nömrə 2126Süd verməyin qaydaları

Uşağa süd vermək üçün ən münasib qadın

Məsələ 2126: Heç kəs uşağa süd vermək üçün anadan üstün deyil və yaxşı olar ki, uşağına verdiyi südün müqabilində ərindən muzd almasın; baxmayaraq ki, bu işə görə muzd alamağa hüququ var. Əgər ana dayədən artıq muzd almaq istəsə, ər uşağı ondan alıb, dayəyə verə bilər.

Nömrə 2127Süd verməyin qaydaları

Dayənin sifətləri

Məsələ 2127: Rəvayətlərdə qeyd edilibdir ki, uşaq üçün seçilən dayə ağıllı, imanlı, iffətli və gözəl üzlü olmalı və dəli, möminə olmayan, eybəcər, pis əxlaqlı və yaxud zinazadə dayə seçməməlidirlər. Həmçinin, uşağı zinadan dünyaya gələn, südü zinadan olan dayəni seçməkdən pəhriz edilməlidir.