Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1458 Ayın əvvəlini sübüta yetməsinin yolları

Bir şəhərdə Ayın sübuta yetməsi başqa şəhərlər üçün

Məsələ 1458: Əgər bir şəhərdə ayın əvvəli sabit olsa, yaxın və üfüqləri eyni olan uzaq şəhərlər üçün də bu kafidir. Həmçinin, şərq şəhərlərində ay görsənsə, onlara nisbətdə qərbdə yerləşən şəhərlər üçün də bu kafidir. (Məsələn, ayın əvvəli Məşhəd şəhərində isbat olsa, qətiyyətlə Tehran şəhərində olan şəxslər üçün də bu kafidir; lakin, bunun əksi kifayət etmir).

Nömrə 1460Ayın əvvəlini sübüta yetməsinin yolları

Şəkk günü

Məsələ 1460: İnsan oruc tutduğu günün ramazanın axırı və ya şəvval ayının birinci günü olmasında şəkk etdikdə o günü oruc tutmalıdır. Lakin, gün ərzində şəvval ayının birinci günü olması sübuta yetirilsə, hətta qüruba az qalmasına baxmayaraq, iftar etməlidir.

Nömrə 1461Ayın əvvəlini sübüta yetməsinin yolları

Zindanda olan insanın vəzifəsi

Məsələ 1461: Zindanda olan şəxs ramazan ayının daxil olmasına yəqin hasil etmədikdə öz gümanına əməl etməli və ən çox ramazan ayı olmasına ehtimal verdiyi ayda oruc tutmalıdır. Lakin, onun üçün heç bir güman hasil olmadığı təqdirdə hər hansı bir ayda oruc tutsa, düzgündür. Vacib ehtiyata əsasən, əgər onun zindanda qalması uzanarsa gələn il də həmin ayda oruc tutmalıdır.

Nömrə 1463Haram oruclar

Ərin icazəsi olmadan arvadın müstəhəb orucu

Məsələ 1463: Əgər qadının (müstəhəb) oruc tutması səbəbilə ərinin haqqı aradan gedərsə, oruc tutması caiz deyil. Hətta ərinin haqqı aradan getməsə belə, vacib ehtiyata əsasən, (oruc tutması) ərinin icazəsi ilə olmalıdır. Həmçinin, övladın müstəhəb oruc tutması ata-ananın əziyyətə düşməsinə səbəb olsa, caiz deyil. Lakin, onlardan icazə almaq lazım deyil.

Nömrə 1464Haram oruclar

Ziyanı olan halda oruc tutmaq

Məsələ 1464: Oruc tutmağın onun üçün zərərli olmasını bilən bir şəxs oruc tutmamalıdır və əgər oruc tutsa, səhih deyil. Əgər yəqin deyil, oruc tutmağın ona kəskin şəkildə zərər yetirəcəyinə (istər bu, şəxsi təcrübəsindən və istərsə də həkim məsləhətindən) böyük ehtimal verdiyi halda oruc tutmamalıdır.

Nömrə 1469Oruc

Məkruh oruclar

Məsələ 1469: “Aşura” gününün, habelə Ərəfə, yaxud Qurban bayramı günü olmasında şəkk olan günün orucu məkruhdur. Qonağın ev sahibinin icazəsi olmasdan oruc tutması da məkruhdur.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت