Atanın gəlinin anası ilə evlənməsi
Məsələ 2099: Əgər bir şəxs bir qızı öz oğluna əqd etsə, özü o qızın anası ilə evlənə bilər. Həmçinin, əgər əvvəl özü o qızın anası ilə evlənsə, o qızı oğlu üçün ala bilər.
Məsələ 2099: Əgər bir şəxs bir qızı öz oğluna əqd etsə, özü o qızın anası ilə evlənə bilər. Həmçinin, əgər əvvəl özü o qızın anası ilə evlənsə, o qızı oğlu üçün ala bilər.
Məsələ 2099: Əgər bir şəxs bir qızı öz oğluna əqd etsə, özü o qızın anası ilə evlənə bilər. Həmçinin, əgər əvvəl özü o qızın anası ilə evlənsə, o qızı oğlu üçün ala bilər.
Məsələ 2100: Qeyri-qanuni yolla hamilə olan qadının uşağını abort etməsi caiz deyil, onun övladı hesab olunur, yalnız ondan irs aparmır.
Məsələ 2101: Əgər bir şəxs ərsiz və başqasının iddəsində olmayan bir qadınla zina etsə, sonradan onu əqd etməsi caizdir. Əgər sonra onlardan bir uşaq dünyaya gəlsə, halal və yaxud haram nütfədən olduqlarını ayrıd edə bilməsələr, o uşaq halalzadədir.
Məsələ 2102: Əgər qadın “ərim yoxdur” desə, onun sözünü qəbul etmək olar, bir şərtlə ki, müttəhim olmasın. Əgər yaisə olduğunu desə, onun iddiasını qəbul etməyin iradı vardır.
Məsələ 2103: Bir nəfər hansısa bir qadınla evlənsə və digər bir şəxs o arvadın ərli olduğunu söyləsə və qadının özü ərsiz olduğunu desə və həm də şəriət hökmlərinə əsasən (bu) məsələ sübuta yetməsə, qadının sözü qəbul edilməlidir. Lakin e’timadlı bir mö’min onun ərli olmasını təsdiq etsə, vacib ehtiyata əsasən, ona təlaq verməlidir.
Məsələ 2104: Həddi-büluğa çatmış qızı ərə verməkdə tələsmək müstəhəbdir. Həmçinin, arvada ehtiyacı olan oğlan üçün arvad almaq da eyni hökmdədir.
Məsələ 2105: Zinadan dünyaya gələn bir şəxs evlənib, uşağı olsa, o uşaq halalzadədir.
Məsələ 2106: Əgər bir kişi mübarək ramazan ayı günündə və yaxud arvad aybaşı olduğu zaman onunla cinsi əlaqəyə girsə, günah etmişdir, lakin, onlardan dünyaya gələn uşaq halalzadədir.
Məsələ 2107: Əgər bir qadın ərinin səfərdə ölməsinə yəqin etsə və vəfat iddəsi (təlaqın hökmlərində deyiləcək qədər) saxlayıb, sonra ərə getsə və sonradan əri səfərdən qayıtsa, ikinci ərindən ayrılmalıdır və birinci ərinə halaldır. Əgər ikinci əri onunla cinsi əlaqədə olubsa, qadın iddə saxlamalıdır və vacib ehtiyata əsasən, ikinci ər onunla bağladığı şərt əsasında mehriyyəsini ödəməlidir və əgər mehrul-misl (onun kimilərə layiq olan mehriyyə) çoxdursa, onu ödəməlidir.
Məsələ 2108: Əgər bir qadın bir uşağa (sonradan qeyd ediləcək məsələlər əsasında) süd versə, o qadın onun anası, süd ona aid olan kişi isə onun atası hökmündədir və o kişinin atası, babası, anası nənəsi, qardaşı, əmisi, bacısı bibisi, övladları isə onun qardaş və bacıları hesab olunurlar. Həmçinin, o qızın atası onun ana babası, anası ana nənəsi, qardaşı dayısı, bacısı xalası hesab olunur. Həmçinin, qadının süd verdiyi qız onun ərinə haramdır (bu şərtlə ki, o qadınla cinsi əlaqədə olsun). Habelə insan arvadının süd anası ilə evlənə bilməz, çünkü arvadının anası hökmündədir.Başqa ifadə ilə, əgər uşağa aşağıda qeyd ediləcək halda süd versə, o uşaq bu qrup insanlara məhrəm olur:1-O qadının özünə; ona süd anası deyilir.2-Qadının ərinə; süd ona məxsusdur və ona da süd atası deyilir.3-O qadının atası və anasına–nə qədər yuxarı getsələr də; hətta onun süd anası və süd atası da olsa.4-O qadından dünyaya gələn, yaxud dünyaya gələcək uşaqlara;5-O qadının övladlarının uşaqlarına, nə qədər aşağı getsə də; istər onun övladından dünyaya gəlsin, istərsə də onun övladı o uşaqlara süd vermiş olsun.6-O qadının bacı və qardaşına, hətta süd vasitəsi ilə olsalar da;7-O qadının əmisi və bibisinə, hətta süd vasitəsi ilə olsalar da;8-O qadının xalası və dayısına, hətta süd vasitəsi ilə olsalar da;9-O qadının süd ona məxsus olan ərinin övladlarına, nə qədər aşağı getsə və hətta onun süd vasitəsi ilə övladları olsalar da;10-O qadının ərinin ata-anasına, nə qədər yuxarı getsə də;11-Ərinin qardaşı və bacısına, hətta süd qardaşı və süd bacısı da olsa;12-Süd ona aid olan ərin əmisi, bibisi, dayısı və xalasına, nə qədər yuxarı getsələr də, hətta südvermə yolu ilə də olsalar. Həmçinin sonrakı məsələlərdə deyiləcəyi kimi, bundan başqa bir neçə nəfər də südvermə yolu ilə məhrəm olurlar.
Məsələ 2109: Əgər qadın bir uşağa, sonradan deyiləcək şərtlər əsasında süd versə, uşağın atası o arvaddan dünyaya gələn qızlarla və vacib ehtiyata əsasən, süd ona məxsus olan ərin qızı ilə də evlənə bilməz. Vacib ehtiyata əsasən, onun süd qızları ilə də izdivac etməsinlər. Lakin, o arvadın başqa ərdən olan süd qızları ilə evlənməyin maneəsi yoxdur.