Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1433Qəza orucunun hökmləri

Növbəti ramazan ayına kimi oruclarının qəzasını tuta bilməyən insanın vəzifəsi

Məsələ 1433: Əgər xəstəlik səbəbilə ramazan ayının orucunu tutmasa və onun xəstəliyi gələn ilin ramazan ayına kimi davam etsə, oruc tutmadığı günlərin qəzası ona vacib deyil, yalnız hər gün üçün bir müdd (təqribən 750 qm) buğda, arpa və s. kimi fəqirə verməlidir. Amma başqa üzr səbəbilə (məsələn, səfərə getdiyi üçün) oruc tutmasa və onun üzrü gələn ramazan ayına qədər davam etsə, vacib ehtiyata görə, oruc tutmadığı günlərin qəzasını ramazandan sonra qəza etməli və hər gün üçün bir müdd yemək fəqirə versin. Həmçinin, əgər xəstəlik üzündən orucu tərk edib sonradan sağalsa, lakin başqa bir üzrün – müsafirlik kimi -qarşıya çıxması da bu hökmdədir.

Nömrə 1434Qəza orucunun hökmləri

Növbəti ramazan ayına kimi oruclarının qəzasını bilərəkdən tutmayan insanın vəzifəsi

Məsələ 1434: Üzürlü səbəbə görə ramazan ayının orucunu tutmayan şəxs, üzrü aradan götürüldükdən sonra bilərəkdən gələn ramazan ayına qədər orucun qəzasını yerinə yetirmədikdə, sonradan qəzasını yerinə yetirməli və həm də hər gün üçün bir müdd yemək kəffarə verməlidir. Habelə, qəzanı tutmaqdan ötrü səhlankarlıq etdiyindən vaxt daralsa və bu az vaxtda bir üzür ortaya çıxdıqda sonradan həm qəzasını tutmalı və həm də kəffarə verməlidir. Lakin, səhlənkarlıq etmədiyi halda vaxtın az olduğu zamanda təsadüfən, bir üzür qarşıya çıxarsa, sonra yalnız qəzasını yerinə yetirməlidir.

Nömrə 1435Qəza orucunun hökmləri

Bir neçə il davam edən üzrün aradan getməsi

Məsələ 1435: Əgər insanın xəstəliyi bir neçə il davam etsə və sonra sağalsa, növbəti ramazan ayına qədər qəzaları tutmaq miqdarında vaxt olsa, gərək axırıncı ramazan ayının qəzasını tutsun, əvvəlki illərin qəzalarının hər günü üçün bir müdd təam verməlidir.

Nömrə 1437Qəza orucunun hökmləri

Kəffarəni necə ödəmək olar

Məsələ 1437: Hər günün kəffarəsini bir fəqirə vermək lazım deyil. Əksinə, bir neçə günün kəffarəsini bir fəqirə verə bilər. Əgər bir müdd miqdarında çörək versə, kafidir. Lakin, onun pulunu verə bilməz. Əgər həmin pulla çörək alacağına əmin olsa, istisnadır.

Nömrə 1443Səfərdə olan insanın orucunun hökmləri

Səfərdə oruc tutmağın hökmü

Məsələ 1443: Oruc tutmağı nəzir edib onun gününü müəyyən etməyən şəxs onu səfərdə tuta bilməz. Amma səfərdə müəyyən bir günü oruc tutmağı nəzir etsə və yaxud səfərdə olub-olmamasından asılı olmayaraq, müəyyən bir günü oruc tutmağı nəzir etsə, belə bir nəzir iradlıdır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت