Ölüyə toxunma qüslü dəstəmazı əvəz edir
Məsələ 504: Meyyitə toxunma qüslü cənabət qüslü kimi verilir. Bu qüsüldən sonra dəstəmaz almaq vacib deyil. Amma müstəhəb ehtiyat budur ki, dəstəmaz alınsın.
Məsələ 504: Meyyitə toxunma qüslü cənabət qüslü kimi verilir. Bu qüsüldən sonra dəstəmaz almaq vacib deyil. Amma müstəhəb ehtiyat budur ki, dəstəmaz alınsın.
Məsələ 505: İnsan bir neçə meyyitə toxunsa və ya bir meyyitə bir neçə dəfə toxunsa, bir qüsül verməsi bəs edər.
Məsələ 506: Meyyitə toxunma qüslü verməli olan şəxs məscidə gedə bilər, vacib səcdəsi olan Qur’an surəsi oxuya bilər, zövcəsi ilə yaxınlıq edə bilər. Amma namaz və bu kimi ibadətlər üçün qüsül verməlidir. Yə’ni meyyitə toxunma qüslü verməli olan insan dəstəmazsız insan kimidir.
Məsələ 524: Müsəlman meyyitə üç qüsül vermək vacibdir: Sidr qatılmış su ilə, kafur qatılmış su ilə, saf su ilə. Amma şəhid və bir qisim başqaları üçün qüsül yoxdur və bu barədə sonradan danışılacaq.
Məsələ 525: Sidir və kafurun suyu bulaşdıracaq həddə olmasının eybi yoxdur. Amma sidr və kafur o qədər az olmamalıdır ki, onların qatılmadığı söylənilsin. Su qatqılı şəkil aldıqda yaxşı olar ki, meyyit əvvəlcə onunla yuyulsun, sonra üzərinə tökülsün.
Məsələ 526: Əgər lazımı qədər sidir və kafur tapılmasa, vacib ehtiyata əsasən, tapılan miqdarı suya qatmaq lazımdır. Əgər tamamilə tapılmasa, onların əvəzinə adi su ilə qüsül verilməlidir.
Məsələ 527: Həcc və ümrə üçün ehram bağlamış şəxs təvafdan qabaq, xoş ətir halal olmamışdan öncə dünyasını dəyişsə, ona kafurlu su əvəzinə adi su ilə qüsül verilir.
Məsələ 528: Meyyitə qüsül verən şəxs müsəlman, büluğ həddində və ağıllı olmalıdır. Həmin şəxsin qüsl məsələlərini bilməsi lazımdır. Müstəhəb ehtiyat budur ki, həmin şəxs on iki imamçı şiə olsun.
Məsələ 529: Meyyit qüslü Allaha xatir, ona yaxınlaşmaq məqsədi ilə verilməlidir.
Məsələ 530: Müsəlman uşaq zinadan doğulmuşsa da ona qüsül vermək vacibdir. Uşaqlıqdan divanə olan və həmin halda büluğ həddinə çatan şəxsin ata-anası müsəlman olarsa, ona qüsül vermək vacibdir. Öncə müsəlman olub sonradan ağlını itirmiş şəxs də bu hökmdədir.
Məsələ 531: Dörd aylıq və ya daha böyük olan siqt (düşmüş) uşağa qüsül verilməlidir. Əgər dörd aylıqdan kiçik olsa, vacib ehtiyata əsasən, onu parçaya büküb qüsülsüz dəfn edirlər.Hər iki halda meyit namazı yoxdur.
Məsələ 532: Qadına kişi qüsül verə bilməz. Eləcə də, qadın kişiyə qüsül verə bilməz. Yalnız ər və arvad bir-birlərinə qüsl verə bilərlər. Amma müstəhəb ehtiyat budur ki, zərurət olmadıqda bu iş görülməsin.