Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 638Təyəmmüm səhih olan şeylər

Əhəng daşına və s. təyəmmüm

Məsələ 638: Əhəng daşı, mel daşı, mərmər, qara daş və bu kimi şeylərə təyəmmüm etmək olar. Əqiq və firuzə daşı kimi cəvahirata təyəmmüm batildir. Vacib ehtiyat budur ki, bişmiş mel və əhəngə, eləcə də kərpic və saxsıya təyəmmüm edilməsin.

Nömrə 639Təyəmmüm səhih olan şeylər

Toza təyəmmüm etmək

Məsələ 639: Əgər yuxarıdakı məsələlərdə adı çəkilən şeylər tapılmasa, libas və bu kimi şeylərin üzərindəki toza təyəmmüm etmək olar; toz da tapılmasa, gilə təyəmmüm etmək olar. Gil də tapılmasa vacib ehtiyat budur ki, namaz təyəmmümsüz qılınsın, sonradan qəzası yerinə yetirilsin. Namazı dəstəmaz və təyəmmümsüz qılmağa məcbur olan şəxs “faqidut-təhureyn” adlanır.

Nömrə 639Təyəmmüm səhih olan şeylər

Dəstəmazsız və təyəmmümsüz

Məsələ 639: Əgər yuxarıdakı məsələlərdə adı çəkilən şeylər tapılmasa, libas və bu kimi şeylərin üzərindəki toza təyəmmüm etmək olar; toz da tapılmasa, gilə təyəmmüm etmək olar. Gil də tapılmasa vacib ehtiyat budur ki, namaz təyəmmümsüz qılınsın, sonradan qəzası yerinə yetirilsin. Namazı dəstəmaz və təyəmmümsüz qılmağa məcbur olan şəxs “faqidut-təhureyn” adlanır.

Nömrə 647Təyəmmüm səhih olan şeylər

Çirkli, çökək və şoran torpaqlara təyəmmüm etmək

Məsələ 647: Bulaşıq, çökək, yol kənarındakı, şoranlıq (üzünün yığılmadığı halda) yerə təyəmmüm etməmək daha yaxşıdır. Əgər şoranlıq yerin üzünün duzu yığılmamışsa ona təyəmmüm etmək batildir. Təyəmmüm ediləsi yer elə bulaşıqdırsa ki, xəstəlik qorxusu yaranır, vacib ehtiyata əsasən, namazı təyəmmümsüz qılıb sonradan qəzasını yerinə yetirsinlər.