Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 625Sudan istifadə etmək təhlükəlidirsə

Suyun zıyanı olarn hallar

Məsələ 625: Su olduğu halda dəstəmaz alsa xəstələnəcəyindən qorxan və bu xəstəliyin uzanacağından ehtiyatlanan, müalicənin çətinliyini bilən şəxs təyəmmüm etməlidir. Amma isti suyun ona zərəri yoxdursa, isti su ilə dəstəmaz almalı və ya qüsl verməlidir. Zərər labüd olmasa da, belə bir qorxu varsa dəstəmaz əvəzinə təyəmmüm edilir.

Nömrə 627Sudan istifadə etmək təhlükəlidirsə

Suyun ziyanı olduğunu bilənlər

Məsələ 627: Bir şəxs suyun zərərli olduğunu bilib, təyəmmüm edərsə, sonradan suyun zərərli olmadığını anlasa təyəmmümü batildir. Həmin təyəmmümlə qıldığı namazı vacib ehtiyata əsasən, təzələməlidir. Amma bir şəxs suyun zərərli olmadığını bilib dəstəmaz alarsa və ya qüsl verərsə, sonradan suyun zərərli olduğunu bildikdə dəstəmazı və qüsulu səhihdir.

Nömrə 628Özü və yaxınları üçün ölüm təhlükəsi olanlar

Suyun işlənməsi özü və yaxınları üçün ölüm təhlükəsi yaradır

Məsələ 628: Kifayat qədər su olduğu halda dəstəmaz və qüslə işlədilsə özünün, övladının, dostlarının və yoldaşlarının susuzluqdan öləcəyindən və ya xəstələnəcəyindən, eləcə də böyük zəhmətə düşəcəyindən qorxan şəxs təyəmmüm etməlidir. Qeyri-müsəlman bir şəxsin həyatı təhlükədə olarsa suyu ona verib təyəmmüm etmək lazımdır. Bu hökm heyvana münasibətdə də öz gücündədir.

Nömrə 630Təyəmmüm halları

Yalnız paklama üçün su var

Məsələ 630: Əgər ixtiyarında azca su olan şəxs dəstəmaz alıb qüsl verdikdə bədənini və libasını təmizləməyə su qalmayacaqsa, bədənini və libasını təmizləməli, namaz üçün təyəmmüm etməlidir. Amma təyəmmüm üçün bir şey tapmadıqda suyu dəstəmaz və qüslə sərf etməli, murdar bədən və ya libasla namaz qılmalıdır.

Nömrə 634Vaxt darlığında

Vaxtın dar olmasında şəkk

Məsələ 634: Bir şəxs vaxtın dar olub-olmadığını bilməzsə dəstəmaz almalı və ya qüsl verməlidir. Amma vaxtın az olduğunu bildikdə dəstəmaz və qüsl verəcəyi halda namazın vaxtının ötəcəyindən qorxarsa təyəmmüm etməlidir.

Nömrə 636Vaxt darlığında

Namazı müstəhəb əməllərsiz qılmaq

Məsələ 636: Dəstəmaz aldıqda və ya qüsl verdikdə iqamə və qunut kimi müstəhəblərsiz namazı vaxtında qılacağını bilən şəxs bu işi görməlidir. Hətta əgər surə “İxlas” oxumağa vaxt olmasa namazı dəstəmazla həmin surəsiz qılmalıdır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت