Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1401Orucun kəffarəsi

Orucun üç qisim kəffarəsi var

Məsələ 1401: Ramazan ayının orucunun kəffarəsi üç şeydən ibarətdir: 1-Bir qul azad etmək; 2-İki ay oruc tutmaq; - 3-Altımış fəqiri doyurmaq (Onların hər birinə bir müdd (təqribən, 750qm) buğda, arpa və bunlara oxşar qidalardan versə, kafidir). Bu günümüzdə qul azad etmək imkanı yoxdur. Bu baxımdan, iki şeydən birini icra etməyə ixtiyarı var. Həmçinin, buğdanın yerinə bir müdd miqdarında olan çörək də verə bilər.

Nömrə 1402Orucun kəffarəsi

Üç kəffarənin heç birini yerinə yetirməyə qadir olmayan insanın vəzifəsi

Məsələ 1402: Əgər bu üç işdən heç birini yerinə yetirmək imkanı olmasa, neçə müddə imkanı çatsa, fəqirə verməlidir. Əgər buna da imkanı çatmazsa, on səkkiz gün oruc tutmalıdır. Əgər bunu da edə bilməsə, neçə günə imkanı çatsa oruc tutmalıdır. Əgər bunu da edə bilməsə, tövbə etməlidir. Qəlbində “Əstəğfirullah” deməsi də kafidir və sonradan imkanı çatdıqda kəffarə verməsi vacib deyil.