Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1376Sübh namazına kimi cənabətli halda qalmaq

Sübhə qədər oyanmayacağını bilə-bilə yatan cunub insan

Məsələ 1376: Ramazan ayı gecəsində cənabətli olan bir şəxs yatacağı halda sübhə qədər oyana bilməyəcəyini bilsə, yatmamalıdır. Əgər yatsa və sübhə qədər oyanmasa, orucunun eybi var və vacib ehtiyata əsasən, qəza və kəffarəsini də yerinə yetirməlidir. Lakin, oyanacağını ehtimal verdiyi halda yata bilər və vacib ehtiyata əsasən, ikinci dəfə oyananda yatmayıb, qusl etməlidir.

Nömrə 1377Sübh namazına kimi cənabətli halda qalmaq

Sübh azanından qabaq oyanacağına ehtimal edən cunub insan

Məsələ 1377: Ramazan ayının gecəsində cənabətli olan şəxs bilsə, yaxud ehtimal versə ki, yatsa sübh azanından qabaq oyanacaq, bu halda oyanandan sonra qusul alacağını qərara alsa və bu niyyətlə yatıb, azana qədər oyanmasa, orucu düzgündür. Lakin qusul alacağını niyyət etməsə və ya tərddüd etsə ki, qusul edər, ya yox, bu halda oyanmasa, orucunun eybi var.

Nömrə 1378Sübh namazına kimi cənabətli halda qalmaq

Sübh azanından qabaq iki ya da üç dəfə oyanan sonra yenidən yatan cunub insan

Məsələ 1378: Əgər belə bir şəxs yatıb oyansa və bilsə və yaxud ehtimal versə ki, ikinci dəfə yatdıqdan sonra sübh azanından qabaq qusul üçün oyana bilər və əgər yatıb oyanmasa, vacib ehtiyata görə həmin günün qəzasını tutmalıdır. Həmçinin, üçüncü dəfə də yatıb oyanmasa, hökm eynidir. Lakin, bunların heç birində ona kəffarə vacib olmur.

Nömrə 1382Sübh namazına kimi cənabətli halda qalmaq

Ramazan oruclarının qəzasını tutarkən cənabətli qalmaq

Məsələ 1382: Ramazan ayının orucunun qəzasını tutmaq istəyən bir şəxs sübh azanından sonra oyanıb möhtəlim olduğunu görsə və sübh azanından qabaq möhtəlim olduğunu bilsə, əgər qəza orucunun vaxtı az deyilsə, vacib ehtiyata əsasən, başqa bir gündə oruc tutsun. Əgər qəza orucunun vaxtı azdırsa, məsələn, boynunda beş gün qəza orucu var və ramazan ayının başlanmasına da beş gün qalırsa, həmin günü oruc tutsun və orucu düzgündür.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت